"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

08 Yanvar 2021 - 19:39
in MANŞET, SİYASƏT
FacebookVatsap
“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”

Qüdrət Həsənquliyev: “Dağlıq Qarabağda yaşayan ermənilər ya revanş barədə düşünən əli qana batmış Balasanyan kimiləri oradan qovub Azərbaycanın vətəndaşları kimi yaşamalı, ya da övladlarını döyüş meydanlarında ölmüş görmək istəmirlərsə köçüb getməlidirlər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini oxucularımıza təqdim edirik:

Bunu da oxuyun

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

– Qüdrət bəy, ABŞ-dakı seçki prosesi və gələcək ABŞ-Azərbaycan münasibətləri barədə nə deyə bilərsiniz?

– ABŞ-da “unikal” və saxtakarlıqlarla dolu bir seçki keçirilməsi bu ölkənin prezidenti və onun ən yaxın tərəfdarları tərəfindən iddia olunur. Görünən odur ki, dövlət hakimiyyət orqanları tezliklə Trampdan canlarını qurtarmaq istəyirlər. Məhz bu səbədən Trampın tərəfdarlarının seçki saxtakarlıqlarına dair 62 iddiasına məhkəmələr qanun pozuntularına dair ciddi əsasların olmadığını əsas gətirib baxılmamış saxladı. Bu hal yarıbayarı parçalanmış ABŞ cəmiyyətində qarşılıqlı nifrəti və düşmənçiliyi bir az da artırdı. Bu düşmənçiliyin və nifrətin nəticəsi olaraq dünən etirazçıların Konqresə basqını nəticəsində 4 nəfərin öldürülməsi xüsusilə kədərli hadisə idi. Dünyada demokratiyanı təbliğ və təşviq edən ABŞ-da iqtidar müxalifətin seçkiləri saxtalaşdırdığını iddia edir. ABŞ-ın qeyri-demokratik hesab etdiyi ölkələrdə isə müxalifət iqtidarı seçkiləri saxtalaşdırmaqda günahlandırır. Hər iki düşərgədə seçkilərin saxtalaşdırıldığı, hakimiyyətin qeyri-legitim olduğu iddia olunur. Hər halda demokratik dünyanın lider ölkəsi olan ABŞ-da seçkidə baş verənlər üzücü və dünyada demokratik proseslərə kölgə salan pis nümunədir. Bu ölkənin dünyada demokratiyanı dəstəkləmək cəhdləri bundan sonra uzun müddət təəssüf ki, acı gülüş doğuracaq. Bu ölkədə son prezident seçkilərinin hamısında saxtakarlıqlar edilməsi barədə ittihamların olmasına rəğmən ABŞ siyasi elitası şəffaf və hər kəsin etimad göstərəcəyi seçki islahatlarından yayınır. ABŞ -da baş verənlər həm də dünya üçün dərs götürüləsi hadisədir. Bir daha təsdiq oldu ki, xalq seçki qutusu başına gələrkən öz məsuliyyətini hiss etməli, peşəkar səviyyədə siyasətlə məşğul olmamış şəxsləri yüksək dövlət vəzifələrinə seçməməli, bu tipli şəxslərin siyasi vəzifələrə təyin olunmasına etiraz etməlidir. İş adamı Trampın prezidentliyi ABŞ-ın öz tərəfdaşları ilə münasibətlərinin sərinləşməsinə, dünyada gərginliyin artmasına, böyük dövlətlərin təkbaşına istədiklərini etməsi meyllərinin güclənməsinə yol açdı.

Yeni administrasiyanın bizə münasibətinə gəldikdə isə, mən əsassız təzyiqlərin və ittihamların olacığını gözləyirəm. Çünki Baydenin ermənipərəst mövqeyinə görə Azərbaycana dövlət yardımlarını qadağan edən qanunun müəlliflərindən biri olduğunu hamımız bilirik. Yeni administrasiyanın bizə təzyiqlərinin kökündə də eyni motiv dayanacaq. Amma ümid edirəm ki, ABŞ-ın dövlət institutları Azərbaycanın ABŞ üçün əhəmiyyətini nəzərə alıb Prezidentin ifrata varmasının qarşısını alacaqlar.

– Füzulidə yeni hava limanının tikilməsinə və Şuşaya yeni avtomobil yolunun çəkilməsinə də münasibətinizi bilmək maraqlı olardı. Çünki Xocalıda hava limanı var və kommunikasiyaların açılması nəzərdə tutulursa Şuşaya da köhnə yollardan istifadə etməklə getmək olardı. Həmin pullarla onlarla yaşayış məntəqəsini bərpa etmək mümkün idi. Niyə bu tipli layihələrə böyük məbləğdə vəsait xərclənir?

– Hökumət təmsilçiləri bu kimi suallara cavab versəydi daha yaxşı olardı. Mən düşünürəm ki, hökumət həm Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasına qaytarılacağının uzun zaman alacağını, həm də Şuşanın strateji əhəmiyyyətini və onun ölkənin mədəniyyət paytaxtı olmasını nəzərə alıb həmin şəhərə yeni qısa və çoxzolaqlı yolun çəkilməsini məqsədəuyğun hesab edib. Ola bilsin hərbi strateji əhəmiyyəti ilə yanaşı başqa səbəblər də var.

Füzuli hava limanına gəldikdə mən onu istisna etmirəm ki, gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər və biz Füzulidəki aeroportdan hərbi məqsədlər üçün də istifadə edə bilərik. Həm də hava şəraiti baxımından aran Qarabağda yerləşdiyi üçün Füzuli aeroportu daha effektli ola bilər.

– Ermənistanın revanş cəhdini mümkün sayırsınızmı?

– Erməni mentalitetini nəzərə alıb kənar təsirlərin də olacağı halda bunu tam istisna etmək olmaz. Ermənistan ordusunu darmadağın etdiyimizdən, hər halda bu yaxın zamanlarda baş verməyəcək. Dağlıq Qarabağda yaşayan ermənilər ya revanş barədə düşünən əli qana batmış Balasanyan kimiləri oradan qovub Azərbaycanın vətəndaşları kimi yaşamalı, ya da övladlarını döyüş meydanlarında ölmüş görmək istəmirlərsə köçüb getməlidirlər.

– Əhalinin işğaldan azad olunmuş ərazilərə tezliklə köçürülməsi üçün hökumət hansı addımları atmalıdır?

– İlk növbədə rayon mərkəzləri və əlverişli coğrafi mövqelərdə yerləşmiş böyük kəndlər minalardan təmizlənməli, tikinti aparılması üçün şərait yaradılmalıdır. Həmin yerlərdən olan böyük sahibkarlarla fərdi iş aparılmalı, onlar quruculuq işlərinə cəlb olunmalıdırlar. İnanıram ki, onlar ata yurdlarını bərpa etməklə yanaşı, öz vəsaitləri hesabına ayrılıqda və ya digərləri ilə birlikdə böyük məmnuniyyətlə universitetlər, orta və peşə məktəbləri, bağçalar, administrativ binalar tikə bilərlər. Dövlət onlara gələcəkdə çəkdikləri xərcin bir hissəsini qarşılamaq üçün əlavə dəyər gətirən ictimai-iaşə, səhiyyə və turizmin inkişafı üçün digər obyektlərin tikintisinə torpaq sahəsi ayırmalı, kreditlər verməlidir. Xarici investorları, beynəlxalq miqyasda tanınan nüfuzlu bankları bölgəyə cəlb etmək üçün vergi cənnəti yaradılmalıdır. Kəndlərdə fərdi evlərin tikintisi üçün vəsait ev sahiblərinə verilməlidir. Bu şəffaflığı və sürətli məskunlaşmanı təmin edəcəkdir. Sadəcə, Ermənistanla sərhədə qədər, həm də tikinti materiallarının daşınması üçün dəmir yolu sürətlə bərpa olunmalı, yaşayış məntəqələri qaz və elektrik enerjisi ilə təmin edilməlidir. Görülən işlər barədə ictimaiyyət gündəlik məlumatlandırılmalıdır

Previous Post

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

Next Post

Millət vəkili Cavid Qurbanov və Baba Rzayev haqqında: “Bütün bunlar doğrudur, amma…”

Bənzər yazılar

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb. Elchi.az IRIB-yə istinadən xəbər verir...

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20

"Suverenlik, konstitusiya, kimlik, azadlıq və demokratiya kimi anlayışlar xüsusilə öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkələr üçün xüsusi...

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07

"Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". Elchi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü münasibətilə Bakıda...

Next Post
Millət vəkili Cavid Qurbanov və Baba Rzayev haqqında: “Bütün bunlar doğrudur, amma…”

Millət vəkili Cavid Qurbanov və Baba Rzayev haqqında: "Bütün bunlar doğrudur, amma..."

Millət vəkili Cavid Qurbanov və Baba Rzayev haqqında: “Bütün bunlar doğrudur, amma…”

Millət vəkili Cavid Qurbanov və Baba Rzayev haqqında: "Bütün bunlar doğrudur, amma..."

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.