"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

ÖGEY QIZ, GİZLİ ŞAHİD, “SİYASİ MÖVQE” İDDİASI – Zamirə Hacıyevanın məhkəməsi (Fotolar)

26 İyun 2019 - 13:28
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Londonda “Westminister Magistrates” məhkəmənin qarşısındaki fotoqraflar ordusunu ötüb içəri keçirəm. Hamısı bugünkü 16 milyonluq “ov”unu gözləyir. Mühafizəni asanlıqla keçirəm.

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Elə bu an ağlıma gəlir, Bakıda olsam, sorğu- suala tutulmuşdum yəqin. Bura nəyə görə gəldiyim heç kimi maraqlandırmır. İstəyirsən gir-gəz, sonra çıx get. İki il əvvəl, tələbə olarkən “Royal Courts”a gedib gəzməyim yadıma düşür, “məhkəməni gəzmək istəyirəm, icazə varmı?”, deyə, soruşmuşdum. “Foto çəkmədiyiniz müddətdə, əlbəttə, içəri girə bilərsiniz” demişdilər.

…Yuxarı qalxıb bir nömrəli otağın qarşısında gözləyirəm. Yarım saat sonra daha öncəki məhkəmədən simasını tanıdığım Zamirə Hacıyevanın vəkillərindən birini görürəm, yanında da bir qadın. Bir qadına, bir vəkilə baxıram. Budur, Zamirə Hacıyeva tam qarşımda dayanıb, bir-birimizə baxırıq. Üç dörd ay öncə polis stansiyasından çıxanda onu çəkmişdim. Görəsən, tanıdımı məni? Onda suallarıma cavab verməyib “məni tək buraxın” demişdi.
İclasın başlamağına 10 dəqiqə qalmış vəkilləri ilə içəri keçir. Elə mən də onlara baxıb içəriyə keçirəm. Əvvəlcə arxada, jurnalistlərin olduğu yerdə oturur. Bəli, məndən iki stul o tərəfdə 99.000 funt sterlinqə oyuncaq almış azərbaycanlı bir qadın oturur…

Zamirə Hacıyevaya baxıram. Həyəcanlı olduğu hər halından bəllidir. İlk dəfədir ki, məhkəməsində iştirak edir. Bu, onun üçün çox önəmlidir. Özü ilə təxminən eyni yaşlarda olan qadın və gənc oğlan ona dəstək olmaq üçün gəlib. Bəlkə də oğludur, nə bilmək olar, ancaq sonra “oğlu”nun sadə geyiminə baxıram, “ola bilməz” deyirəm. Yəqin ki, yanındakı qadının oğludur. Bu da bir təxmindir…

Və beləliklə hakim içəri girir, hamı ayağa qalxır. Vəkilləri Zamirə Hacıyevanı təqdim edir. Zamirə Hacıyeva jurnalistlərin olduğu yerdən sol tərəfdəki şüşəli otağa dəvət edilir. Prosesin axırına qədər orda tək-tənha oturur. Hakim onun adını, doğum tarixini soruşur, o da cavablayır. Bundan sonra o susur, vəkili onun üçün danışır.

Proses uzun çəkir, ümumilikdə 4-5 saat. Sizə yadda qalan məqamlardan danışım…

O, Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 28 kartdan istifadə edib, bu kartlardan 10-u şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin, ögey qızının adınadır. Bu məqamda fikirləşriəm, ögey qız? Bu haqda heç eşitməmişdim.

Zamirə Hacıyevanın vəkili bir ara belə deyir ki, müvəkkilinə kredit kartları veriləndə o, bunların ölkə qanunlarının pozularaq verilməsindən xəbərsiz olub. Ona görə də ” Harrods”da bu qədər pul xərcləmək çox da düzgün olmasa da, hər hansı hüquqi cinayət təşkil etmir.

Daha sonra vəkil Azərbaycandakı siyasi məhbusların vəziyyətindən danışır. Bildirir ki, Zamirə Hacıyeva Azərbaycana göndərilsə o, siyasi görüşlərinə görə ədalətli mühakimə olunmayacaq. Bu məqamda Azərbaycan hökumətini təmsil edən Helen Malkolmun cavabı ürəyimcə olur: “Bizim bildiyimiz qədər, Zamirə Hacıyevin siyasi mövqeyi yoxdur”.

Zamirə Hacıyevanın özü barəsində, xərclədiyi pullar haqqında məlumatlar verilir. Ərinin ildə 55 min funt sterlinqdən çox pul qazanmadığı qeyd olunur. 11.5 milyon funt sterlinq dəyərindəki evindən danışılır. “Neçə uşaq oxudulardı o pulla” deyə, fikirləşirəm…

İkinci yarı üçün fasilə verilir. Zamirə Hacıyevanın dostları onun çiynini ovub, dəstək olurlar. Elə çölə çıxanda sadə geyimi gözümü oxşayır. Evinin qarşısında idman paltarı ilə çəkilən məşhur görüntü yəqin ki yadınızdadır. İdman geyiminin belə minlərlə funt sterlinq qiyməti var idi. Yəqin ki, indi bir az daha ehtiyatlı davranıb.

“Aranızda Azərbaycan hökumətindən ya da səfirliyindən kimsə var? “

Prosesin ikinci yarısında Zamirə Hacıyevanın vəkilləri bir-bir jurnalistlərə yaxınlaşıb bizdən bu suala cavab istəyirlər. Çünki gizli şahid gələcək birazdan. O, tanınmaqdan, ifşa olunmaqdan qorxur. Vəkillər əl-ayağa düşür, məndən də soruşurlar eyni sualı. Jurnalist olduğumu deyirəm.

Gizli şahid həyəcanlıdır, boğazı quruyur danışdıqca. Tez-tez hakim və Zamirə Hacıyevanın vəkili daha yüksəkdən danışmağı məsləhət görür. Bəzi sualları başa düşməyəndə tərcüməçi köməyinə yetişir. Gizli şahidi isə hakimdən başqa heç kəs görmür. Bir ara şahidin özü də bayaq vəkillərin bizdən soruşduğu sualı soruşur. Hakim onu əmin edir ki, içəridə Azərbaycan hökumətindən, ya da səfirliyindən heç kəs yoxdur.

Bax belə, şahid də siyasi məhbuslardan danışır. Elə bu yerdə Helen Malkolmun bayaq yuxarıda dediyi arqument yadıma düşür. Ancaq görəsən, Zamirə Hacıyeva bahalı daş-qaş almaqdan başqa hər hansı bir məsələ ilə maraqlanıb bu son illərdə?

Gizli şahidin səsinin yavaş çıxmağı, dediklərinin çox anlaşılan olmamağı məhkəmə prosesini yavaşladır. Hakim prosesin növbəti iclasda davam edəcəyini elan edir…

“APA”

235d130d91eda15
895d130d918bfc4

Previous Post

ÖGEY QIZ, GİZLİ ŞAHİD, “SİYASİ MÖVQE” İDDİASI – Zamirə Hacıyevanın məhkəməsi (Fotolar)

Next Post

Sankt-Peterburqda azərbaycanlı iş adamı soyulub

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Next Post
Sankt-Peterburqda azərbaycanlı iş adamı soyulub

Sankt-Peterburqda azərbaycanlı iş adamı soyulub

Sankt-Peterburqda azərbaycanlı iş adamı soyulub

Sankt-Peterburqda azərbaycanlı iş adamı soyulub

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.