"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Yatanda ürəyin kabelini “tok”a taxmalıdır” – Xəstəyə süni ürək qoyan cərrah

13 Fevral 2019 - 18:22
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanda ilk dəfə xəstəyə süni ürək yerləşdirilməsi əməliyyatı ilə kardiologiya sahəsində çoxdan gözlənilən hadisəni reallaşdıran Respublika Müalicəvi Diaqnostika Mərkəzi Ürək və Damar Cərrahiyyəsi Uzmanı, Ürək-damar xəstəlikləri Şöbəsinin müdiri, həkim Anar Əmrah süni ürək və bu ürəklə insanın necə yaşayacağı barədə maraqlı məlumatlar açıqlayıb.

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

O, ilk dəfə artıq həyatını itirmək təhlükəsi ilə üz-üzə qalan və süni ürək yerləşidirilən 55 yaşlı xəstə barədə danışıb.

Elchi.az oxu.az-a istinadən həmin müsahibəni təqdim edir:

– Həkim, bir qədər 55 yaşlı pasiyent barədə məlumat verərdiniz. Bu, ölkədə ilk prosedurdur?

– Bəli, ilk dəfə 55 yaşlı Qubuşov Vasif İslam oğluna 140-160 qram çəkidə olan süni ürək qoşulub. Bu pasiyent bizə müraciət edənə qədər Rusiya, Türkiyə, Belarus və bir çox ölkələrdə müalicə alıb. Burada da müalicə olunub. Ona vəziyyəti ilə bağlı məlumat verilib və çıxış yolu kimi süni ürək qoyulmasının ən məqbul yol olduğu bildirilib.

Xəstə bu barədə fikirləşəcəyini deyərək evə yazılıb. Lakin bir gün sonra çox ağır, təngnəfəs vəziyyətdə xəstəxanaya gətirilib. Zamanımız yox idi. Əməliyyatı bazar gününə saldıq. Xəstəni itirmək üzrə idik. Ürək öz fəaliyyətini yerinə yetirə bilmirdi. Dörd saat davam edən əməliyyatda ürəyin yuxarı hissəsinə süni ürək yerləşdirildi. Ürəyə gedən damarlar süni ürəyə yönləndirildi.

Ürəyin passiv də olsa, fəaliyyəti var. Lakin əsas güc süni ürəyin üzərinə düşür. O qanı yığır və digər orqanlara ötürür. Təqribən 8-10 litrə yaxın qan ötürülür ki bu da orqanların qanla təminatını qarşılaya bilir.

– Bəs cihaz necə fəaliyyət göstərir?

– Cihaz ABŞ istehsalıdır. Ən müasir texnologiyalarla hazırlanmış həcmcə kiçik ürəkdir. Aparatın işləməsindən asılı olaraq 6-8 və ya 12-24 saat ərzində batareya gücü ilə çalışa bilir. Ehtiyat olaraq dörd batareya verilir. Ehtiyac yaranarsa, daha dörd batareya ilə təchiz etmək imkanımız var.

– Batareyanın enerjisi bitdi və xəstə elektrik olmayan hər hansı bir yerdə qaldı. O zaman nə baş verəcək?

– Bilirsiniz, batareyanı həm maşında, həm evdə enerjiyə qoşmaq olur. Batareyaların enerji ilə təmin edilməsinə diqqət edilməlidir, inanmıram, hər hansı bir xəstə öz həyatına bu cür diqqətsiz yanaşsın. Amma dediyiniz hal yaşanarsa, təbii ürək tamamilə fəaliyyətini itirmir. Passiv şəkildə də olsa, 24 saat öz funksiyasını yerinə yetirə bilər. O baxımdan, xəstələrə tövsiyə edirik ki, elektrik təchizatı olmayan ərazilərdə 24 saatdan artıq qalmasınlar.

– Batareyaların istifadə müddəti bitdikdən sonra pasiyent həmin batareyaları almaq üçün nə qədər pul verməlidir?

– Heç bir ödəniş edilmir. Bu batareyalar həmin xəstələr üçün sifarişli gəlir və ehtiyac olan zaman onlar zəruri sayda batareya ilə təmin edilirlər.

– Bu insanlar yatanda batareya bitərsə, nə baş verər?

– Yaxşı olar ki, yatan zaman batareya ilə deyil, cihazın kabelini elektrik cərəyanı yuvasına taxaraq yatsınlar. Kabel kifayət qədər uzana və qısala bilir. Bütün proseslər bədənin daxilində qalır. Sadəcə aşağı tərəfdən cərəyan kabeli bədəndən çölə çıxarılıb ki, bu da cihazın enerji bərpası üçün idtifadə edilir.

– Doğru başa düşdüm, insan enerjiyə qoşulu halda yatmalıdır?

– Bəli, düz başa düşdünüz.

– Hər hansı qısaqapanma və ya elektrik problemi onların həyatı üçün riskli deyil?

– Xeyr, heç bir təhlükə yoxdur. Cihazın daxilində və proqramında təhlükəsizlik üçün qoruyucular mövcuddur.

– Bəs bu insanlar normal insanlar kimi duş qəbul edə biləcək? Su ilə təmas cihazın istifadəsində problem yaradır?

– Xeyr. Bunlar əvvəlcədən düşünülüb. Süni ürək cihazı suya və zərbəyə davamlıdır.

– Əməliyyat 97-100 min manat civarında vəsait tələb edir. Süni ürəyə ehtiyacı olan çox sayda insan var. Əməliyyatın gerçəkləşdirilməsində əhaliyə dövlət yardımı istiqamətində hər hansı layihə hazırlanacaqmı?

– Bu gün Azərbaycanda ürək köçürülməsi Milli Məclisdə müzakirəyə qoyulub. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Ürək köçürülməsi bu işin ən son mərhələsi hesab olunur. Yəni canlı donorların tapılması üçün çox zaman sərf edilir. İtirilən hər dəqiqə isə pasiyentin vəziyyətinin daha riskli hal alması deməkdir. Həm də çox nadir halda təsadüf edilir ki beyin ölümü gerçəkləşsin, lakin ürək, ağciyər fəaliyyətini saxlasın. Məsələn, 55 yaşlı xəstəmizdə ağciyər təzyiqi 90-a çatmışdı.

Orqan köçürülməsi zamanı artıq ona iki orqan – ağciyər və ürək köçürülməli idi. Bunun üçün isə donor kimi istifadə ediləcək şəxsin ailə yaxınlarının icazəsi olmalıdır, qan qrupu uyğun gəlməlidir, xəstəlikləri olmamalıdır. Bu, kifayət qədər uzun prosedurdur. Eyni zamanda, bu gün ölkə qanunvericiliyində ağciyər transplantasiyasına icazə yoxdur. Məhz bu səbəblərdən biz süni ürək qoyulması yolunu seçdik.

1549985629_yuyu

– Xəstənin qidalanmasına dəyişiklik ediləcəkmi?

– Xəstə altı həftə özünə diqqət etməlidir. Qida rasionu, demək olar ki, normal insanlarla eynidir. Lakin ömür boyu qan durulaşdırıcı preparatlardan istifadə etməlidir ki, cihaz qan laxtaları ilə təmas yaratmasın.

– Bu cihaz nə vaxtsa ürəkdən çıxarılır?

– Gənc xəstələrdə ürəyin fəaliyyətini nəzərə almaqla, altı aydan sonra çıxarmaq olur. Altı ay müddətinə süni ürək təbii ürəyin fəaliyyətinə təkan verərək onun aktiv və normal fəaliyyətini təmin edirsə, cihazı çıxarırıq. Lakin yaşlı xəstələrdə bunu etmirik, çünki ürək hüceyrələri ölür. Bu səbəbdən cihaz ömür boyu ürəyin yanında qalır. Cihaz dəyişdirilmir, yalnız batareyaları dəyişdirilir. Təbii ki, minimum ehtimallar var ki, cihaz xarab olsun. ABŞ-da belə bir hal olub və cihaz dəyişdirilib.

-Gənc yaşda insanlara süni ürək qoyulması onların ailə həyatında hər hansı bir problem yarada bilərmi?

– Xeyr, heç bir problem yoxdur. Onlar hər kəs kimi ailə qura və övlad sahibi ola bilərlər.

– Həmin şəxslər ağır nəqliyyat qəzaları keçirən zaman nə baş verə bilər?

– Normal insanlara göstərilən ilkin tibbi yardım göstərilməlidir. Qəza anında ilk olaraq cihazın batareyaları yoxlanmalıdır. Əgər çıxıbsa, yerinə taxılmalıdır. Digər bütün proseslər hamı kimi davam etdirilir.

Previous Post

“Yatanda ürəyin kabelini “tok”a taxmalıdır” – Xəstəyə süni ürək qoyan cərrah

Next Post

Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: “Ayda 700 manat maaş alırdım”

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post
Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: “Ayda 700 manat maaş alırdım”

Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: "Ayda 700 manat maaş alırdım"

Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: “Ayda 700 manat maaş alırdım”

Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: "Ayda 700 manat maaş alırdım"

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.