"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

XİN: “Ermənistanın süni şəkildə mövcud status-kvonu davam etdirməsi ciddi gərginliklər yaradır”

06 İyul 2018 - 13:35
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Ermənistanın süni şəkildə Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kvonu davam etdirmək cəhdləri ciddi gərginliklərə səbəb olur ki, bunun da məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür.

Elchi.az  xəbər verir ki, bu barədə XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Ağdərə və ətraf kəndlərin işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlamasında deyilir.
Açıqlamada deyilir ki, 7 iyul tarixində Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 25 il ötür:
“Məlum olduğu kimi, Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzə başlayana qədər Ağdərə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonundan birinin inzibati mərkəzi idi. 1989-cu ildə SSRİ tərəfindən aparılmış son əhalinin siyahıya alınmasına görə rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstəriciyə görə Ağdərə azərbaycanlı əhalinin sayına görə Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ərazidə zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası vardır. Rayonun 75059 min hektar ərazisi (rayonun ərazisinin 44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi.
Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində Azərbaycan xalqına məxsus mədəni irsinin talan edildi, xüsusiyyətləri saxtalaşdırıldı və infrastrukturu dağıdıldı.
Bu sırada qəsdən erməniləşdirmək məqsədilə alban xristian irsinin şah arxitektur əsərlərindən olan XIII əsrə aid Gəncəsar məbəd kompleksi saxtalaşdırılmış formada təmir edilib. Bu qeyri-qanuni əməllər tarixi reallığın saxtalaşdırılması və Qarabağın etnik tərkibinin dəyişdirilməsi siyasətinin davamıdır. Bu prosesin bariz nümunələrindən biri 1978-ci ildə Şıxarx kəndində İranın Marağa şəhərindən 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar ucaldılmış abidə idi. Lakin, Ermənistanın təcavüzünün başlamasından sonra ermənilərin həmin ərazilərdə yaxın tarixdə peyda olmasını xatırladan bu abidə məhv edildi.
Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim ötən 25 il ərzində Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir. Bu xüsusda xarici hüquqi və fiziki şəxslərin də cəlb edilməsi ilə ərazinin təbii mineral resursları qeyri-qanuni şəkildə və vəhşicəsinə talan edilir. İşğal altında qalan Sərsəng su anbarının texniki təhlükəsizliyinin təmin olunması üçün zəruri diqqət ayırmır və bu da nəticə etibarilə, Tərtər çayı boyunca yerləşən çoxsaylı Azərbaycan yaşayış məntəqələri üçün təhlükə yaradır. Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085(2016) saylı qətnaməsində ifadə olunmuşdu.
1976-cı ildə tikilmiş Sərsəng su anbarı ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulsa da, bu əraziləri işğal etdikdən sonra Ermənistan su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib. Ermənistan qəsdən qış aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir. Nəticə etibarilə, insanların su təminatı və kənd-təsərrüfatı fəaliyyəti, ərazinin bio-müxtəlifliyinin məhv olması və torpağın quruluşunu dəyişməsi üçün ciddi təhlükələr yaranır.
Cenevrə Konvensiyaları və əlavə protokollar, 1966-cı il Mülki və siyasi hüquqlar və İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, BMT Baş Assambleyasının 64/292 saylı 28 iyul 2010-cu il tarixli qətnaməsi və digər beynəlxalq sənədlərdə sudan istifadə insan hüquqlarının tərkib elementi kimi təsbit edilib.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunduğu kimi beynəlxalq ictimaiyyət Azərbaycanın ərazilərinin işğalını pisləyir və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Yalnız bu istiqamətdə təxirəsalınmaz addımların atılması Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına, o cümlədən Ağdərəyə və ətraf kəndlərə qayıtmasına əsas yarada bilər.

Previous Post

XİN: “Ermənistanın süni şəkildə mövcud status-kvonu davam etdirməsi ciddi gərginliklər yaradır”

Next Post

Əyləncə mərkəzində baş verən ölüm faktı ilə bağlı cinayət işi başlandı

Bənzər yazılar

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü ilə...

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir...

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Elchi.az xəbər...

Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01

Dünya üçün Azərbaycan nümunəsi var. Siyasi və iqtisadi müstəqilliyini tam təmin edərək region liderliyindən qlobal arenaya sürətlə yüksələn ölkəmizin təşəbbüs...

Next Post
Əyləncə mərkəzində baş verən ölüm faktı ilə bağlı cinayət işi başlandı

Əyləncə mərkəzində baş verən ölüm faktı ilə bağlı cinayət işi başlandı

Əyləncə mərkəzində baş verən ölüm faktı ilə bağlı cinayət işi başlandı

Əyləncə mərkəzində baş verən ölüm faktı ilə bağlı cinayət işi başlandı

Son xəbərlər

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

15 Oktyabr 2026 - 17:48
Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.