"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Həbsimə sifarişi Eldar Mahmudov verib, iki nəfər isə…” – İddia

10 May 2018 - 15:15
in aktual-banner, Banner, BannerVeteninfo, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq baş idarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevə qarşı Mətləb Mustafayevin iddiası üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baş tutan prosesdə iddiaçı Mətləb Mustafayev çıxış edib.

O bildirib ki, Nəsimi rayon məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qərarı ilə onun yaşadığı mənzildə axtarış aparılıb.

Şikayətçi qeyd edir ki, əməliyyata rəhbərlik edən müstəntiq Elşən Murtuzova məhkəmə qərarı ilə tanış olmazdan 1 saat 20 dəqiqə əvvəl, yəni həmin gün saat 14.40-da Abşeron rayonu ərazisində onun qollarının qandallayıb.

İddiaçı müstəntiq tərəfindən qollarının kimin göstərişi ilə qandallanması barədə arayış verib: “Antiterror mərkəzinin sabiq rəisi Elçin Quliyev 15 iyul 2016-cı ildə verdiyi ifadəsində bildirib ki, Mətləb Mustafayevin İran vətəndaşları Rza və Hüseynlə əlaqələrinin olması barədə nazir Eldar Mahmudovun əməliyyat məlumatı olub və onun göstərişi ilə bu məlumatı həmin gün aidiyyəti üzrə istintaq baş idarəsinə göndərilib. Ancaq nazir onu haradan və necə əldə etməsi barədə Elçin Quliyevə bir söz deməyib.

Sabiq idarə rəisi bildirib ki, Eldar Mahmudov ona təxminən bir həftə sonra Mətləb Mustafayevin qohumlarının da evində silah və sursat olması barədə məlumat verib. O da Eldar Mahmudovun göstərişi ilə həmin gün əməliyyat məlumatını aidiyyəti üzrə istintaq baş idarəsinə göndərib. Lakin qohumlarının evindən silah və sursat tapılmayıb. Mənim evimdənsə axtarış zamanı markasını bilmədiyim silah və sursat aşkarlanıb. Elçin Quliyev ifadəsində qeyd edir ki, bununla bağlı istintaq işi aparılıb, istintaqın yekunu barədə isə onun məlumatım olmayıb”.

Mətləb Mustafayevin sözlərinə görə, sabiq nazir Eldar Mahmudov Rza və Hüseyn adlı şəxslərlə onun əlaqələrinin olması məlumatını verəni, yaxud Rza və Hüseyni şəxsən tanıyırmış: “Elədirsə Eldar Mahmudov soyadı, atasının adı, harada və nə zaman anadan olduqları, harada yaşadıqları, harada pasport qeydiyyatında olduqları, Azərbaycan Respublikası sərhədini nə vaxt, hansı sərhəd və gömrük məntəqəsindən keçib ölkəyə daxil olduqları, tapançanı nə zaman, harada , neçəyə satan İran vətəndaşları Rza və Hüseyn adlı şəxslər barədə məlumatları niyə gizlədib, istintaq orqanına bildirməyib?

Mənim İran vətəndaşları Rza və Hüseynlə əlaqəmin olması məlumatını Eldar Mahmudov verilibsə, Elçin Quliyev, Mövlan Şıxəliyev onların şəxsiyyətinin müəyyən edilməsini niyə ondan soruşmayıblar? İstintaqın obyektiv aparılması üçün Rza və Hüseyn adlı şəxslərin Azərbaycan Respublikasına nə zaman daxil olduqları barədə Dövlət Sərhəd Xidmətinə, Dövlət Gömrük Komitəsinə sorğu göndərilməməsi bir daha sübut edir ki, MTN-nin İstintaq Baş İdarəsi vətəndaşları şərləmək məqsədi ilə uydurma şəxslərin adından istifadə edib”.

Mətləb Mustafayev bildirib ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda “Mətləb Mustafayevin yaşadığı mənzilə tapança qoyulmsına göstəriş verməzdən əvvəl o sabiq nazir Eldar Mahmudovun razılığını alıb” ifadəsi işlədilib: “Məhkəmədə Elçin Quliyev yaşadığım mənzilə tapança qoyanın ATM-in əməkdaşı Ramin Əliyev olduğunu bildirdi. MTN-in istintaq təcridxanasının sabiq rəisi Zaur Bənnayev ifadəsində “Mətləb Mustafayevin mənə təqdim etdiyi 20 ədədə qədər məktubları aidiyyəti üzrə MTN-nin istintaq baş idarəsinə göndərmişəm”, – deyə bildirib. Məktublar həmin idarəyə verilibsə, bəs onda Mövlan Şıxəliyev göndərilmiş məktublara niyə cavab verməyib?”.

Mətləb Mustafayev bildirib ki, MTN-də işləyən və o, həbs olunandan sonra intihar edən qardaşı Malik Mustafayevə sabiq nazir tərəfindən təzyiq olunub: “Eldar Mahmudov mərhum qardaşım Malik Mustafayevə “sənin qardaşın Elçin Quliyevin, Mövlan Şıxəliyevin tələb etdikləri ifadəni verməsə, nəinki onu, sənin bütün qohum-əqrabanı həbs edəcəm” – deyərək ona təzyiq edib”.

Mətləb Mustafayevin sözlərinə görə, vəkilinin iştirak etmədiyi sorğu-sual zamanı müstəntiq Elşən Murtuzov İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin sifarişini ona çatdırıb: “Həmin sifarişdə Mövlam Şıxəliyev göstərib ki, guya mən qeyri-səmimiyəm, əgər onun istədiyi ifadəni versəm, ömrümün sonuna kimi yağ-bal içərisində zəngin yaşayacam, təhlükəsizliyim yüksək səviyyədə təmin olunacaq. Tapança ilə bağlı isə müstəntiq mənə dedi ki, əgər rəhbərliyin dedikləri ilə razılaşsam, tapança yalançı, oyuncaq çıxa bilər.

İMövlan Şıxəliyev mətbuata açıqlamasında “qərarları prokurorluq araşdırıb. Əgər qanuna zidd hərəkət olsaydı, prokurorluq müstəntiqin qərarını ləğv edərdi. Kiminsə həbsdən azad edilməsi mənim səlahiyyətlərimə aid olmayıb” deyə bildirib. Bütün məsuliyyəti üzərindən atıb. Hətta 25 oktyabr 2017-ci ildə Bakı Apelyasiya Məhkəməsinin hökmü ilə mənə bəraət bəraət verildikdən sonra Mövlan Şıxəliyev yenə də mətbuata danışıb.

O, “Mətləb Mustafayevin bəraət almasından xəbərim var. Amma onu deyə bilərəm ki, həbsə və istintaqa görə mən məsuliyyət daşımıram. Qanunverciliyə diqqət etsəniz görərsiniz ki, istintaqa nəzarət edən orqan var”” deyə bildirib. Mövlan Şıxəliyev əlavə edib ki, işi adam tutmaq olmayıb, heç kimin də istintaqını aparmayıb, işi məktublara imza atmaq olub. Əgər bu şəxsin vəzifəsi məktublara imza etməkdən ibarət olubsa, 17 sentyabr 2014-cü ildə saat 22.50-dən sonra qohumlarımın yaşadıqları evdə aparılmış axtarış keçirilməsi barədə Səbail rayon Məhkəməsinin sədri Araz Hüseynova və Baş Prokurorun birinci müavini Rüstəm Usubova göndərdiyi məktubları harada və nə zaman imzaladığını necə izah edə bilər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral.2014-cü il tarixli 63 nömrəli qərarına əsasən təcridxanada saxlanılan təqsirləndirilən şəxslərə həftədə bir dəfə 4 saatadək olmaqla yaxınları ilə görüş və həftədə iki dəfə 15 dəqiqəyədək telefon əlaqəsi saxlamağa icazə verildiyi halda, 8 ay ərzində MTN-də saxlanıldığım müddətdə Mövlan Şıxəliyevin göstərişi ilə mənə telefon əlaqəsi saxlamağa və ailə üzvlərimlə qısa müddətli görüşə icazə verilməyib”.

Şikayətçi əlavə edib ki, Əməliyyat-texniki İdarənin sabiq rəisi, general-mayor Natəvan Mirvətovanın silahın istifadəyə yararlı olması barədə xidməti məktubu 10 sentyabr 2014-cü ildə, yəni silah onun yaşadığı mənzilə qoyulmamışdan bir gün əvvəl istintaq baş idarəsində qeydiyyatdan keçib.

Mətləb Mustafayev bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində yenidən istintaq aparılıb: “Qondarma, sifarişli cinayət işinin materialları arasındakı fərqlərə, saxtakarlıqlara, sənədlərə olunan düzəlişlərə, tarix uyğunsuzluqlarına, ziddiyyətlərə, qanunsuzluqlara, sübutların gizlədilməsinə, saxtalaşdırılmasına, şahidlərin dindirmə və üzləşdirmə protokollarına istinad edərək məqsədli həbsimə rəhbərlik edənlərdən birinin məhz istintaq idarəsinin sabiq rəisi Mövlan Şıxəliyev olduğu məlum olub. Bu şəxs istintaq idarəsində saxtalaşdırılmış qondarma cinayət işinin istintaqından məlumatlı olmasına baxmayaraq, tədbir görməyib, Nəticədə məni 21 ay həbsdə olmağıma bais olub.

Bütün bu göstərilənlərdən görünür ki, bu şərləmə əməliyyatı birbaşa vəzifə səlahiyyətlərini aşma və vəzifəsindən sui-istifadə etməklə Eldar Mahmudovun göstərişi, Elçin Quliyevin, Mövlam Şıxəliyevin təşkilatçılığı və iştirakçılığı ilə edilib. Nəticədə Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunmağıma nail olublar.

Həbs olunduğum zaman Mövlan Şıxəliyev şərləndiyimi bilə-bilə heç bir tədbir görməyib. Vəkilim Eldəniz Alxazovun verdiyi vəsatətlərim qeydiyyata alınmasına və onlara cavab verilməsinə nəzarət etməyib, istintaqın saxta sənədləşmə əsasında aparılmasına göstəriş verib”.

Mətləb Mustafayev bildirib ki, “Azərsu”da işdən Eldar Mahmudovun sifarişi ilə azad edilib.

Mətləb Mustafayev həbsədə saxlanılması və digər xərclərə, dəymiş maddi və mənəvi zərərə görə Maliyyə Nazirliyindən onun xeyrinə 83 min 120 manat tutulması istəyib.

Mövlan Şıxəliyevin vəkili iddianı əsassız hesab edib və təmin edilməməsini istəyib.

Müşvirə keçirən hakim iddia ərizəsini qismən təmin edib. Məhkəmə Mətləb Mustafayevin xeyrinə 5 min manat Maliyyə Nazirliyindən tutulması barədə qərar qəbul edib.

Qeyd edək ki, Mətləb Mustayayev Mövlan Şıxəliyevə qarşı da iddia qaldırıb. O, iddia ərizsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı ittiham hazırlanıb.

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edib.

Bundan başqa, Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudova qarşı mülki iddiası Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə araşdırılır.

O, sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini göstərib və ondan 100 min manatdan çox pul təzminat ödəməsini tələb edib.

Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olduqları qeyd edilib.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-in rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Elçin Quliyev apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun bəraət istəməsi barədə şikayəti təmin edilməyib.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.

Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.

Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Mətləb Mustafayevin işi üzrə məhəkəmələrə müdaxilə edilməyib. Bu səbəbdən Mətləb Mustafayevin cinayət işi tam obyektiv aparışdırılıb və onun Eldar Mahmudov, Elçin Quliyev, İlqar Əliyev, Mövlan Şıxəliyev və digər vəzifəli şəxslər tərəfindən şərləndiyi, sifarişlə həbs edildiyi sübuta yetirilib.

Bu səbəbdən onu şərləyən keçmiş rəhbər şəxslərə qarşı məhəkəmlərdə təzminat davası açır. Mətləb Mustafayev həmçinin onu şərləyərək, 21 ay həbsdə saxlayan Eldar Mahmudov və Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa da müraciət ünvanlayıb.

Previous Post

“Həbsimə sifarişi Eldar Mahmudov verib, iki nəfər isə…” – İddia

Next Post

Azərbaycanın Qətərdəki səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirildi – Qətər qəzetində yazı dərc edildi

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

25 Fevral 2026 - 20:19

Londonda ilk Ukrayna dron istehsalı zavodu - "Ukrspecsystems" şirkətinin istehsal kompleksi fəaliyyətə başlayır. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın...

Next Post
Azərbaycanın Qətərdəki səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirildi – Qətər qəzetində yazı dərc edildi

Azərbaycanın Qətərdəki səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Qətər qəzetində yazı dərc edildi

Azərbaycanın Qətərdəki səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirildi – Qətər qəzetində yazı dərc edildi

Azərbaycanın Qətərdəki səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Qətər qəzetində yazı dərc edildi

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.