"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qüdrət Həsənquliyev: “Son 30 ildə torpaqlarımızı işğaldan azad etməyimiz üçün ən əlverişli imkan yaranıb”

08 May 2018 - 22:08
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

“Biz Rusiyaya deyə bilərik ki, imkan verin, bu problemi özümüz həll edək; hətta Rusiya ilə razılaşdırmadan da belə, sonda bu cəhdi göstərməliyik”

Bunu da oxuyun

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Ermənistanda yaşanan gərginlikləri nəzərə alıb, Azərbaycanın konkret addımlar atmasını zəruri sayır. O, vaxtilə səsləndirdiyi  təklifi bir daha səsləndirib. “Yeni Müsavat”a açıqlamasında deyib ki, Azərbaycan hakimiyyəti Rusiya ilə açıq danışıb, Qarabağın geri qaytarılması istiqamətində addım atmalıdır.

Deputatın sözlərinə görə, hazırda bunun üçün, yaxud düşmənə sarsıdıcı zərbələr vurulması üçün nəinki şans yaranıb, hətta bu, mümkündür: “Hətta kimsə düşünürsə ki, bu, mümkün deyil və ona görə də biz bu istiqamətdə cəhd göstərməməliyik, yanılır. İstənilən halda belə bir cəhd olmalıdır. Mən həmişə demişəm ki, dövlətləri də, insanları da maraqlar birləşdirir. Bu baxımdan Ermənistanda baş verən proseslər onu göstərir ki, bir çox məsələlərdə Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşə bilər. Rusiyanın o prosesdə ayrı marağı var, Azərbaycanın da ayrı. Mənə elə gəlir ki, Rusiya Paşinyanın timsalında oradakı qərbyönümlü insanları tamamilə yandırmağa çalışacaq. Ona görə ki, Paşinyan ali təhsili də olmayan, orta səviyyədən də aşağı intellektə malik şəxsdir. Bu, onun çıxışlarından da o dəqiqə sezilir. Belə bir şəxsin Ermənistan cəmiyyətindəki müxtəlif klanları, maraq dairələrini uzlaşdıra biləcəyi və dərin, ciddi islahatlar aparacağı  ciddi şübhə doğurur. Qarabağ klanının da hakimiyyəti çox asanlıqla əldən verəcəyi inandırıcı deyil”.

Q.Həsənquliyev hesab edir ki, hakim klan məqsədyönlü şəkildə, Rusiyanın tapşırığı ilə geri çəkildi: “Ona görə ki, Paşinyan ilkin dövrdə meydanlara 2-3 min adam ancaq yığa bilirdi. Rusiya istəsəydi, aksiyaları çox asanlıqla dağıda bilərdi. Amma Moskvadan verilən tapşırıq əsasında Sərkisyan bunu etmədi. Yəni Sərkisyana belə bir səlahiyyət verilmədi. İnsanlar da bir çox hallarda güclünün arxasınca gedirlər. Onlar görəndə  ki, Sərkisyan artıq qərar qəbul edə bilmir və mövqelərini itirir, ona görə də yeni gələcək hakimiyyətin yanında olmaq üçün birləşdilər, Paşinyanın liderliyi ilə başladılan o prosesə dəstək verdilər”.

Rusiyanın nə səbəbə buna imkan yaratdığına gəldikdə, Q.Həsənquliyev bunları bildirdi: “Çünki Rusiya görürdü ki, Ermənistan cəmiyyətində qərbyönümlü meyilliliyi artır. Həmin qərbyönümlü siyasəti iflasa uğratmaq üçün məhz Paşinyanın liderliyi ilə proses başladıldı. Bir var orada ağıllı, təhsilli, savad sahibi olan, hakimiyyət, idarəetmə təcrübəsinə malik bir insan bu prosesin başında durardı, onda Rusiya bəlkə də başqa cür davranacaqdı. Rusiya görəndə ki, hərəkatın lideri Paşinyandır, çox böyük həvəslə ona yaşıl işıq yandırdılar ki, hakimiyyəti götürsün. Ona görə ki, erməni xalqı tezliklə çox böyük bir xəyal qırıqlığına düçar olacaq. Bunun nəticəsində də xalq hər şeyə inamını o qədər itirəcək ki, uzun müddət, bəlkə də növbəti 30 il ərzində Rusiya orada asanlıqla istədiyi adamı hakimiyyətə gətirəcək, istədiyini uzaqlaşdıracaq. Rusiyada da hərəkatı o cür məğlubiyyətə düçar etməyin ən asan yolu budur. 1993-cü ildə də Azərbaycanda demokratik hərəkatı o cür yandırdılar. Əvvəlcə Kəlbəcəri işğal etdilər”.

Deputat yenə də o fikirdədir ki, indiki situasiyada Azərbaycan Rusiya ilə danışıb Dağlıq Qarabağ ətrafındakı torpaqları işğaldan azad edə bilər: “Ondan sonra Ermənistanda yüz faiz bir ”Surət Hüseynov” tapılacaq və tankların üzünü İrəvana çevirəcək, nəticədə Ermənistanda hakimiyyət dəyişikliyi olacaq. Bundan sonra Ermənistan əhalisi uzun illər siyasi proseslərdən kənarda qalacaq. Azərbaycan, sadəcə olaraq, qorxmamalıdır, daha cəsarətli və ağıllı siyasət yürütməlidir, Rusiya ilə danışmalıdır. Mən bilirəm, bizim siyasi elitada belə fikirlər var ki, Rusiyanın Azərbaycanın daxili siyasətində mövqelərini gücləndirməsi təhlükəlidir. Yəni bu, ona gətirib çıxara bilər ki, 2013-cü ilin prezident seçkilərindəki kimi, Rusiya yeni bir Rüstəm İbrahimbəyovu Azərbaycana göndərə, Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhd edə bilər. Amma hesab edirəm ki, xüsusilə Dağlıq Qarabağdakı qələbələrdən sonra xalqın iqtidara dəstəyi daha da artacaq və Rusiyanın belə bir imkanları olmayacaq”.

Q.Həsənquliyev hesab edir ki, biz, sadəcə, öz siyasətimizdə Rusiyanın regiondakı maraqlarını nəzərə almalıyıq:“Suverenliyimizə xələl gəlmədən biz KTMT-nin də üzvü ola bilərik, Avrasiya İqtisadi Birliyinin də, Gömrük İttifaqının da. Yəni Rusiyanın liderliyi ilə regionda yaradılmış birliklərə üzv ola bilərik. Bunun üçün əlbəttə, Rusiya ilə danışmaq lazımdır. Ona görə də mən öz təəccübümü də gizlətməmişdim, indiyə qədər necə olur ki, bizim xarici işlər naziri hələ Rusiyaya səfər etməyib? Azərbaycan həm Rusiya, həm KTMT-nin digər üzvləri, Belarus, Qazaxıstan və digər ölkələrlə intensiv danışıqlar aparmalıdır. Biz müəyyən mənada həm də risk etməliyik. Böyük risklər olmayan yerdə böyük qələbələrdən də söhbət gedə bilməz. Bəlkə də son 30 ildə bizim torpaqlarımızı işğaldan azad etməyimiz üçün ən əlverişli bir imkan yaranıb. Hər halda, Azərbaycan bu şansdan maksimum dərəcədə istifadə etməyə çalışmalıdır”.

Deputat xatırlatdı ki, Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi Serj Sərkisyandan da sərtdir: “Ona görə nə vaxtsa Ermənistan hakimiyyətinin başına Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycana qaytarılmasına razılıq verəcək bir şəxsin gələcəyini gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. İndiyə qədər aparılan danışıqlara o halda bəraət qazandırmaq olar ki, biz zaman udmuşuq, neft müqavilələrini imzalamışıq, Azərbaycana böyük pullar gəlib, ölkəmiz bunun hesabına güclü ordu qurub, iqtisadiyyatını dirçəldib. Amma bundan sonra daha 30 il gözləmək ona gətirib çıxaracaq ki, 60 il ”müstəqil” yaşamış bir qurumu – hətta o, qondarma olsa da belə – biz heç vaxt yenidən Azərbaycanın tərkibinə qaytara bilməyəcəyik. Çünki dünya da bunu qəbul etməyəcək və biz Qarabağı həmişəlik itirəcəyik. Necə ki, indi Zəngəzurdan, İrəvan şəhərindən danışırıq, Qarabağdan da o cür danışacağıq. Ona görə də borcumuzdur ki, biz daha cəsarətli, düşünülmüş və ağıllı bir qərar qəbul edək”.

Q.Həsənquliyev vurğuladı ki, nəyisə qazanmaq üçün nələrisə güzəştə getmək lazım gəlir: “Biz Dağlıq Qarabağ ətrafındakı rayonları azad edib, sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində geniş muxtariyyət verməklə bu problemi çözə bilərik. Onun üçün də bizim diplomatiyamız bütün gücü ilə çalışmalıdır”.

BAXCP sədri Ermənistanda yaşanacaq gərginliklərin sonrakı mərhələlərini gözləməyi təklif edən və prosesə müdaxilə etməyi doğru saymayanlarla razılaşmır: “Lap tutaq ki, sabah İrəvanda silahlı vətəndaş qarşıdurması başlasın, əgər biz Rusiyanın xeyir-duasını ala bilməyəcəyiksə, bizim genişmiqyaslı hərbi əməliyyatlara başlamağımız yenə də çox risklidir. Mən hər zaman demişəm ki, əgər Rusiya heç bir halda bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəksə, hətta Rusiya ilə razılaşdırmadan da belə, sonda biz bu cəhdi göstərməliyik. Amma fikrimcə, indi Rusiya ilə müəyyən məsələlərdə anlaşmağa imkan var. Ermənistanda da elə bir durum yaranıb  ki, mən əminəm, bir müddətdən sonra orada ciddi vətəndaş qarşıdurması yaranacaq. Yəni Paşinyan uzun müddət ölkədə sabitləşdirici bir fiqur, barış adamı kimi rol oynaya bilməyəcək, buna onun intellekti, təcrübəsi yetməyəcək. İkincisi, Qarabağ klanı məqsədyönlü şəkildə geriyə bir addım atıb, onların mütləq əks zərbəsi olacaq, Paşinyanın sözü ilə desək, əksinqilab qalib gələcək. Amma ola bilsin indi yox, Paşinyanı və qərbyönümlü qüvvələri tamamilə sıradan çıxartmaq üçün bir müddətdən sonra. Amma o qüvvələri ”yandırmağın” ən yaxşı yolunu Azərbaycan təklif etməlidir, bu da dediyim kimi. 1993-cü ildə biz özümüz onları yaşamışıq. O zaman BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin azad olunması ilə bağlı qətnaməsi var idi, amma ermənilər nəinki Kəlbəcəri azad etmədilər, hakimiyyət boşluğundan istifadə edib, Dağlıq Qarabağ ətrafındakı rayonları da işğal etdilər. Məncə, biz Rusiyaya deyə bilərik ki, imkan verin, biz bu problemi özümüz həll edək. Burada danışıqlardan, cəsarətli və ağıllı siyasətdən söhbət gedir”.

Previous Post

Qüdrət Həsənquliyev: “Son 30 ildə torpaqlarımızı işğaldan azad etməyimiz üçün ən əlverişli imkan yaranıb”

Next Post

Bu gün faşizm üzərində qələbə günüdür – 9 May

Bənzər yazılar

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Bu gün faşizm üzərində qələbə günüdür – 9 May

Bu gün faşizm üzərində qələbə günüdür - 9 May

Bu gün faşizm üzərində qələbə günüdür – 9 May

Bu gün faşizm üzərində qələbə günüdür - 9 May

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.