"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

2004-2017-ci illərdə Azərbaycanda qeyri-neft sektoru 2,2 dəfə artıb

12 Aprel 2018 - 15:32
in İQTİSADİYYAT
FacebookVatsap
2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, orta aylıq nominal əmək haqqı 6,8 dəfə, minimum əmək haqqı 12,9 dəfə artıb.

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan partiyasının saytına müsahibəsində bildirib.

Bunu da oxuyun

Britaniya Ukraynaya 25 min dron verib

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

Onun sözlərinə görə, işsizlik səviyyəsi 9,2%-dən 5%-ə, yoxsulluq səviyyəsi isə 44,7%-dən 5,4%-ə enib: “Dünya Bankının məlumatlarına görə 2003-2016-cı illər ərzində Azərbaycan alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM–in adambaşına həcminə görə 59 pillə irəliləyərək 221 ölkə arasında 78-ci yerə yüksəlib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları ilə müəyyən edilib ki, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 2003-cü ildə 125 ölkə arasında 64-cü yeri tutmuş ölkəmizin reytinqi 2017-ci ildə 137 ölkə arasında 35-ci yerə yüksəlib”.
Komitə sədri bildirib ki, 2016-2017-ci illərdə dünya iqtisadiyyatında baş vermiş neqativ meyllərin Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib, müasir çağırışlara cavab olaraq kompleks tədbirlər həyata keçirilib, ölkədə yeni islahatların əsası qoyulub: “Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkədə həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün ölkə başçısının tapşırığına əsasən qısa müddət ərzində iqtisadiyyatın mövcud vəziyyəti dərindən təhlil edilmiş və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilərək onların həyata keçirilməsinə başlanılıb. İqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq iqtisadi inkişafın keyfiyyətcə yeni modeli formalaşdırılıb. Qeyd olunanların nəticəsidir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə, həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının azaldılması ilə bağlı təşəbbüsə qoşulmaqla Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektorunun artımı hesabına 2017-ci ildə əvvəlki illə müqayisədə ümumi daxili məhsulun artımı qeydə alınıb. 2017-ci ildə iqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər əvvəlki illə müqayisədə 8,5%, informasiya və rabitə sahələrində 6,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, digər sahələrdə 1,5% artıb”.

O qeyd edib ki, sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7% artıb: “Güclü sənaye potensialının inkişafı üçün ölkədə zəngin xammal bazasının mövcudluğu, çoxprofilli sənaye kompleksinin yaradılması istiqamətində imkanların səfərbər edilməsi hesabına bu sahənin inkişafı üçün güclü zəmin yaradılıb. Qeyri-neft sənayesinin ənənəvi sahələrində keyfiyyət dəyişmələri baş verib, yerli xammal və materiallardan istifadəyə üstünlük verilməsi bir sıra sənaye məhsulları üzrə ölkənin ehtiyaclarının təmin edilməsinə imkan yaradıb. Ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlar və s. bir sıra sənaye məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksək olub. Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə iqtisadiyyatın qeyri-neft sektorunun ən sürətlə inkişaf edən sahəsi olub. 2003-cü illə müqayisədə 2017-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,2 dəfə və ya hər il orta hesabla 18,8 faiz artıb”.

Komitə sədri vurğulayıb ki, 2017-ci il ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,3 mlrd. manatlıq və ya 2003-cü ilə nisbətən real ifadədə 3,8 dəfə çox məhsul satılıb: “İstehlak məhsullarının 11,8%-i ticarət müəssisələri, 55,5%-i fərdi sahibkarlar tərəfindən, 32,7%-i isə bazar və yarmarkalarda satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə artaraq 17,9 mlrd. manata bərabər olub, qeyri-ərzaq məhsullarının dövriyyəsində real ifadədə 8,7 dəfə artım müşahidə edilib. Ölkə əhalisi tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına meyl ilbəil artıb. 2003-cü ildə ticarət şəbəkəsində satılan istehlak məhsullarının dəyərinin yalnız 30,8%-i qeyri-ərzaq məhsulları olduğu halda, 2017-ci ildə bu göstərici artaraq 49,3% təşkil edib”.

Previous Post

2004-2017-ci illərdə Azərbaycanda qeyri-neft sektoru 2,2 dəfə artıb

Next Post

Erməni cərrahın aprel XATİRƏLƏRİ: “Yaralıların çoxunu xilas edə bilmədik”

Bənzər yazılar

Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10

Böyük Britaniya bu il vəd etdiyi 120 min drondan 25 mindən çoxunu Ukraynaya təhvil verib. Elchi.az  "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir...

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi...

Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47

Böyük Britaniyanın bir sıra iri hava limanlarının işi hava hərəkətinin idarə edilməsi sistemindəki texniki nasazlıq səbəbindən pozulub. Elchi.az  xəbər verir...

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

08 Sentyabr 2026 - 15:30

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,8 milyard ABŞ dollarını ötüb. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Erməni cərrahın aprel XATİRƏLƏRİ: “Yaralıların çoxunu xilas edə bilmədik”

Erməni cərrahın aprel XATİRƏLƏRİ: “Yaralıların çoxunu xilas edə bilmədik”

Erməni cərrahın aprel XATİRƏLƏRİ: “Yaralıların çoxunu xilas edə bilmədik”

Erməni cərrahın aprel XATİRƏLƏRİ: “Yaralıların çoxunu xilas edə bilmədik”

Son xəbərlər

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12
Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10
Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01
“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58
Peru “Amerika Qalxanı” alyansına qoşulub

Peru “Amerika Qalxanı” alyansına qoşulub

08 Sentyabr 2026 - 22:56
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49
Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47
Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.