"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Sən nə zaman əxlaqını yedin…” – Əli Həziquliyev

31 Mart 2018 - 22:15
in aktual-banner, Banner, Cebhe-banner, KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

 

Qəribə mənzərə yaranıb. Bir aya yaxın müddətdir ki bir neçə «avropoid» düşüb sosial medianın küçələrinə hamını söymək, aıçaltmaq, təhqir və təhdid etməklə məşğuldur. O insanlar ya zəlzələdən, ya vəlvələdən Avropaya köç edəndə içimizdə bir fərahlıq yaranmışdı ki, bizimdə oralarda diaspor təşkilatlarımız olacaq və dövlətimizə lobbiçilik edəcəklər… 
…Yazdiqlarım çoxdur. Etiraf edim ki, təqdir və tərif yaziları yaza bilmirəm. Ona görə yox ki, belə hallar yoxdur, sadəcə bacarmıram deyə. Yazdıqlarımın əksəriyyəti hadisələrə tənqid üzərində qurulan münasibətlərdir. Bunlar içərisində üc epizod var ki, onlara görə hələ də utanıram. Biri haqda bəlkədə nə zamansa aktual olarsa yazacam. Bəlkə də heç yazmayacam. Ancaq ikisi haqda danışmaq istəyirəm.
– Yaxşı yadımdadı, bir dəfə dəyərli ziyalımız Sabir Rüstəmxanlının qəlbinə toxunan bir yazı yazmışdım. Detallarına varmadan deyim ki, elə də ciddi bir şey deyildi. Yazı sərt formada Sabir bəyin fəaliyyətinin tənqidi üzərində qurulsa da bir cümləylə ailə həyatına da toxunulmuşdu. Yazıdan sonra demək olar ki, Sabir bəyin özü daxil zəng vurub ən sərt formada etirazını bildirməyən ailə üzvü qalmadı. Hələ o vaxt “Azadlıq” qəzetinin redaksiyası qalırdı və Əbülfəz Elçibəy orda otururdu. Həyətdən foyeyə girəndə rəhmətlik məni uzaqdan gördü və yanına çağırdı. Başda Əli Kərimli və Mürmahmud Mirəlioğlu olmaqla bütün müavinlər orda idilər. Bir xeyli sıravi cəbhəçi də vardı. Birinci cümləsi bu oldu: “Sən nə zaman əxlaqını yedin, mən deməmişəmmi heç kimin ailəsinə toxunmaq olmaz…” Dalinca deyilənləri sanki eşitmirdim… 
– İkinci epizod: 2005-ci ilin parlament seçkiləri ərəfəsi idi. Mən də namizədliyimi irəli sürmüşdüm və qeydə də alınmışdım. Elə seçki ilə bağlı Goranboydan qayıdırdım. Şahbaz Xuduoğlu zəng vurdu və Aydın Canıyevin onlara lazim olan bir yazisini “Elçi”də dərc etməyimi xahiş etdi. O zaman “Elçı” 24 səhifədə çıxırdı və çox da populyar bir qəzet idi. Təbii ki, dostlara münasibətimdən “baş üstə”dən başqa heç nə deyə bilməzdim. Yazılarda arzuolunmaz bir şey olanda həmişə redaktorumuz Müraslan bəy mənə zəng edərdi. Bu dafə nədənsə o da heç nə deməmişdi. Allah Aydının insafini kəssin, mənim mandat ala bilməməm üçün bütün məharətini ortaya qoyubmuş… Məni isə ağrıdan bir məsələ vardı. Hələ də o adamla üz-üzə gəlməmək üçün insana xas olan hər şeyi edirəm… Yazmışdı ki, Afiq Mirzəbəylinin bacısı guya “erməni əsirliyindədir” filan. Sən demə Afiq Mirzəbəylinin sahibi olduğu “Reytinq” qəzeti ilə aralarında hansisa ixtilaf varmış… Bütün bu yazilanlari mənə Anar Yusifoğlu zəng vurub oxudu. Bilə-bilə ki, xəbərsizəm, bir xeyli qınadı da. Orada prezidentin, mərhum Cəlal Əliyevin və bir çox hökumət və dövlət nümayəndələrinin hətta özümə də böyük qardaş saydığım Anarın qardaşı İbrahim Yusifzadənin də bostanına daş atılmışdı… İlk öncə Şahbaz bəyə zəng vurdum. Yazını oxuyub-oxumamağını soruşdum. Oxumadığını bildirdi. Səmimiyyətinə inanırdım. İradımı bildirdim, oxumadığı yazini mənə göndərdiyinə gərə.. Və ona dedim: – Əgər doğrudan da Afiqin bacısı erməni əsirliyindədirsə onun qeyrəti artiq hamımızındır. O indi həm Şahbaz Xuduoğlunun, Həm Sabir Rüstəmxanlının, həm Tənzilə Rüstəmxanlının, həm də Əli Həziquluyevin bacısıdır… Sonradan Afiq bəyin bacısıyla bağlı deyiləni heç araşdirmadım da. Nə fərqi var, olmasin Afiq bəyin bacısı, erməni əsirliyində ana-bacilarılarımızmı yoxdu? Artıq mənim rəhbərlik etdiyim qəzetdə bu səhvə yol verilmişdi… Bu bir utanc idi… 
Bütün bunları niyə yazdım. Açığı indiyəcən susurdum. Səmimi deyirəm, xanımları təhqir olunan Prezidenti və onun köməkçısı Əli Həsənovun mənim müdafiəmə ehtiyacları yoxdur. Həm də onlar nə qədər də olsa bir köynək uzaqdılar. Bu iyrənc kampaniyada ilk hədəf Qüdrət Həsənquluyev olub. Dostlar bilir, ailəmlə bağlı ən ağır günümdə Qüdrət bəy mənimlə xəstəxananın qabağında durub, mənə təsəlli olmağa çalışıb. Bu insanın ailəsini söyürlər, mənsə heç nə edə bilmirəm. Məndən haqlı olaraq gözləntisi olan dostlarım var. Nə olmalıdır mövqeyim? Mənim anamı, bacımı söyənin yanındamı olmalıyam? Bəli, düz eşitdiniz, məhz anamı-bacımı. Qudrət Həsənquluyevin də, Əli Həsənovun da, prezident İlham Əliyevin də soyülən xanımları və övladları mənim həm anamdır, həm də bacım. Bu mənim təkcə dostluq və qardaşlıq mövqeyim deyil, həm dövlətçilik, həm də vətəndaşlıq mövqeyimdir… 
Bu adam (adamları da təhqir edirəm deyəsən) məgər yazı yazır kı, ona yazıyla cavab verəsən? Bu adam sözmü deyir ki, buna sözlə cavab verəsən? Həyatımda bəlkə də ilk dəfədir ki, aciz qalmışam. Vallah bunun istədiyi yazi deyil, söz deyil. Dostlar deyir ki, bənd olmayaq, bunun başında nəsə çatmır. Bunun istədiyi başında çatmayan qramını da unutmuşam, o neçə qramlıqsa qurğuşundur…
…Nəyi demək istəyirəm? Bəxtiyar Vahabzadə sağ olsaydı bu mənzərəyə biganə qalmazdı. Nə qədər ondan xoşum gəlməsə də, o bir ziyalı idi. Bu yaxınlarda neqativ şəkildə gündəmə gətirilən Xəlil Rza da dinc dayanmazdı. Elçibəy sağ olsaydi isə… Nələr deyəcəyini və nələr olacağını bir Allah bilir…
Məndən umanlar olduğu kimi mənim də umaçağım biri var. Bəlkə də umulacaq adamlar çoxdu, amma mənim umduğum bircə o qalıb – Sabir bəy Rüstəmxanlı! Susmayın, Sabir bəy, ziyalı sözünə bəlkə də heç zaman indiki qədər ehtiyacımız olmayıb. Başqaları kimi iddia etmirəm ki, bu dövlətə və dovlətçiliyə lazimdir, dövləti onsuz da qoruyanlar var, bu bir millət olaraq mənəviyyatımıza, əxlaqımıza və insanlığımıza lazimdir.
Və sonda… Tez tez körüklənə-körüklənə “mənim xalqım” deyə müraciət edirsən. Sirr deyilsə deyə bilərsənmi o hansı xalqdır? Hesab etmirəm ki, o bizik. Yox əgər bizi, Azərbaycanda yaşayan insanları nəzərdə tutursansa vay sənin halına. Yəqin elə bilirsən ki, və yaxud da səni burdan danışdıranlar deyiblər ki, xalq ayaqda səbirsizlikıə əllərində gül-çıcək “qəhrəmanını”, qərbdən doğan “ulduzunu” gözləyir. Əslində düz deyirlər, xalq qalxmağına qalxıb o günü səbirsizlikə gözləyir. Biləsən ki, səninlə haqq etdiyin pozlarda şəkil çəkdirmək istəyənlər çiyin-çiyinə düzülsə Bakıdan sığındığın Avropanın istənilən şəhərinə çatar. Bəli, sən indi azərbaycanda “ulduz”san – porno ulduz. Uyarması məndən… 
Əli Həziquliyev
Previous Post

“Sən nə zaman əxlaqını yedin…” – Əli Həziquliyev

Next Post

Razi Nurullayevin Sumqayıt seçiciləriylə GÖRÜŞÜ – FOTOLAR

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Next Post
Razi Nurullayevin Sumqayıt seçiciləriylə GÖRÜŞÜ – FOTOLAR

Razi Nurullayevin Sumqayıt seçiciləriylə GÖRÜŞÜ - FOTOLAR

Razi Nurullayevin Sumqayıt seçiciləriylə GÖRÜŞÜ – FOTOLAR

Razi Nurullayevin Sumqayıt seçiciləriylə GÖRÜŞÜ - FOTOLAR

Son xəbərlər

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Azərbaycandakı ahılların SAYI

Azərbaycandakı ahılların SAYI

01 Oktyabr 2026 - 13:09
Mask Pentaqonda işləyəcək

Mask Pentaqonda işləyəcək

01 Oktyabr 2026 - 13:00
Bu tarixdən yollarda nəzarət güclənəcək

Bu tarixdən yollarda nəzarət güclənəcək

01 Oktyabr 2026 - 12:53
Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

01 Oktyabr 2026 - 12:46
Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

01 Oktyabr 2026 - 12:37
Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

01 Oktyabr 2026 - 12:28
Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

01 Oktyabr 2026 - 12:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.