Prezidentliyə namizəd Razi Nurullayev Sumqayıt seçicilərilə görüşür. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, “Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayevin seçicilərlə görüşü davam edir.
Cebhe.info xəbər verir ki, Razi Nurullayev tədbirdən öncə Sumqayıtda Şəhidlər Xiyabanını ziyarət edib.
Görüş Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət Sarayında keçirilib və Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ardınca 31 mart soyqırım qurbanlarının xatirəsini bir dəqiqlə sükutla yad olunub. Görüşün əvvəlində Razi Nurullayev haqqında qısa məlumat verilib. Razi Nurullayev çıxışı zamanı seçki proqramını və görəcəyi işlərlə bağlı danışıb.
Son zamanlar xüsusilə diqqət mərkəzində olan hər ailəyə 10 min manat verilməsi, kredit borclarının bağışlanması və bankların soyğunçu siyasəti haqqında çıxış edən prezidentliyə namizəd sonda seçicilərin suallarını cavablandırıb.