"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Fikriniz illah söyməkdirsə, məni söyün!” – Deputat Avropadakı müxaliflərə od püskürdü – SENSASİON MÜRACİƏT

14 Mart 2018 - 13:47
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Deputat Elşən Musayev məqalə ilə çıxış edib və onu musavat.com saytına yollayaraq, dərc etməyimizi istəyib. Yazıda adları çəkilən şəxslər, etika çərçivələri daxilində, cavab haqqına sahibdirlər.

Bunu da oxuyun

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

 

***

 

Azərbaycan siyasətində “qırmızı xətt” heç vaxt bu həddə qədər keçilməyib. Etik anlamda. Düzdür, zaman-zaman, ara-sıra hansısa mərkəzdənqaçmalar, nizamsızlıq, mənəvi səbatsızlıq sezilib. Amma bir daha vurğulayıram: Bu həddə deyil!

 

Avropada xarici kəşfiyyat tərəfindən bələnərək əli-qolu bağlı saxlananlar əvvəlcə şikayət edirdilər, sonra keçdilər “işşverənliyə”, daha sonra öz səviyyələrinə uyğun sarkazma, indi isə…təhqirə, söyüşə, iftiraya. Neçə gündür, hətta həftələrdir “bandit”in biri öz şizo-manyakal səsi və görüntüsü ilə ucadan hayqırır, od püskürür, ölkənin ən ali rəhbərliyinə, onların ailələrinə qarşı hədyanlar yağdırır. Üstəlik, aydın görünür ki, psixoloji durumu sabit deyil, yəni hüquq leksikonundakı “anlaqlı şəxs” frazası bu adamın yanından ötüb keçir. Yeyir, qusur. Qusur, yeyir. Danışır qızışır. Qızışır sərsəmləyir. Bəli, söhbət – üzünü “hüquq müdafiəçisi” kirşanı ilə maskalamış buqələmundan, Vidadi İsgəndərlidən gedir. Nə söyüş eşidibsə, bilirsə, tanıyırsa, artıq hamısını işlədib. Ağzından zibil tökülür, nəfəsi üfunət qoxur. Və…ən əsası da: dayanmır! Bu riyakarı kim hansı kompromatla danışdırırsa, kim nəyin müqabilində boğazına ip salıbsa, dayanmır!

 

Azərbaycan Prezidentinin köməkçisi hörmətli Əli Həsənov o gün jurnalistlərin qurultayında maraqlı bir mövzuya toxundu. Kontekst təxminən belə idi: “Kimsə düşünə bilər ki, yaxasını kənara çəkmək, qaragüruhun hədəfinə gəlməmək daha rahat yoldur. Amma bu belə deyil. Harda milli-mənəvi dəyərlər var, atributlarımız var – onlara toxunulduğu zaman münasibət bildirməliyik. Həm vətəndaş, həm siyasətçi, həm məmur, həm də media təmsilçisi olaraq”

 

Tamamilə doğru fikirdir. Qatılıram. Amma nə yazıq ki, paralel bucaqlarda qorxaqların və ortada yeyib qıraqda gəzənlərin də özləri üçün düşündüyü bəhanələr toplusu var. Ən öndə gedəni isə budur: “Mən onun səviyyəsinə düşmək istəmirəm”. Əcaib, yöntəmdir. Sənin Prezidentinə, onun ailəsinə, ölkənin dəyərli insanlarına ucdantutma iftira yağdırsınlar, sən isə hələ səviyyə “peşində” gəzəsən, hə? O zaman niyə deyirsən İlham Əliyevçiyəm? Denən özümçüyəm də. Hamı da bilsin.

 

Mirzəlidi, kəlpəlidi, o biri tayı da Orduxandı, hər nəmənədi bilmirəm – bunlar haranın quldurlarıdır ki, canlı yayımda ağızlarına gələni danışsınlar, kimisə dolasınlar, həqarət yağdırsınlar? Bəlkə onların bu cürəti öz səviyyəsizlikləri ilə bərabər həm də bizim səssizliyimizdən qaynaqlanır? Bəlkə onların cavabını yüz yox, yüz minlər veməlidir ki, sakitləşsinlər? Bəlkə şizofrenik təxəyyülündədirlər – bir tərs şapalaq dəyməlidir ki, qorxsunlar, geri çəkilsinlər?

 

Bizim də anamızı, bacımızı, evimizdəki xanımları təhqir eləsələr: “Mən onun səviyyəsinə düşə bilmərəm”, – deyib keçərmiyik? Keçmərik, əlbət. Dilimizdə söz olsa sözü, əlimizdə balta olsa baltanı çırparıq həmin mənəviyyatsızların başına. Yaxşı bəs, ölkənin ən ləyaqətli insanları təhqir olunurkən niyə lülə quruduruq, səssiz qalırıq? Səbəb?!

 

Prezident adı, vəzifəsi, postu atributdur ya yox? Atributdur! Həm də birmənalı. Yəni, Prezidenti sevən də, sevməyən də, dəstəkləyən də, dəstəkləməyən də ona hörmət eləməyə borcludur. Sevməyə deyil, məhz hörmət eləməyə! – Borcludur. O artıq başqa mövzu ki, üstəlik həm də həmin Prezidenti özünə lider seçəsən, onun getdiyi yola inanasan, siyasətini dəstəkləyəsən. Seçdin, dəstəklədin, inandın. Vəssalam? Bəs dəstəklədiyini, seçdiyini, inandığını qoruma missiyası kimdədi?

 

– Portuqaliyanın Vətəndaş Cəmiyyətindəmi? Yoxsa BMT-nin Kollegial Şurasındamı?

 

Ölkənin ən ləyaqətli insanları təhqir olunan yerdə – həmin təhqir və söyüşlərə bir tək can rahatlığımı düşünüb sipər olmayacamsa, hədəfə gəlməməm üçün yüz yol arayacamsa, lənət olsun mənim əqidəmə də, kişiliyimə də, dürüstlüyümə də!

 

Prezident gələrkən ayağa qalxıb, əl çalıb, ardınca axşam evdə – sosial şəbəkədə həmin Prezidentə qarşı iftiralar püskürən videoları rahatlıqla izləyəcəmsə – olmaz olsun mənim ayağa durmağım da, əl çalmağım da, hörmət sərgiləməm də!

 

Qardaş dediyim deputat həmkarım hansısa dələduzun, ləyaqətsizin ona tuşladığı odu- alovu tək qarşılayacaqsa və bu duruma laqeyd qalacamsa mənimlə kəsilən çörək də, mənə edilən “qardaş” xitabı da gözümə girsin!

 

***

 

Qüdrət Həsənquliyev parlamentdə ən çox dəyər verdiklərimdəndir. Mənəviyyatına, mərdliyinə, kişiliyinə də bələdəm. Üstəlik, yenicə bilmişəm ki, Vidadi adında nankorun az qala 10-a yaxın ailə üzvü zaman-zaman Qüdrət bəyin yanında çalışıb, onun himayəsində olub, yaxşılıqlarından, böyüklüyündən bəhrələnib. Heç bunu danmırlar da. Amma paralel olaraq Vidadinin indi Avropadan söydüyü, təhqir elədiyi ilk adam da elə məhz Qüdrət bəydir!

 

Bilmirəm buna nə ad verim. Çatlaq mənəviyyatmı, insanlığın deqrodasiyasımı, bir kişinin düşə biləcəyi ən rəzil durummu, yoxsa nə – gerçəkdən bilmirəm! Fəqət, Vidadinin kənardan hər halı ilə “Buratino” təəssüratı yaratdığı dəqiqdir: “İnsan düzəltmək istəyiblər, taxta qalıb!”

 

Adama deyən lazım ki, dizin üstdə çörək qalmır, kley vur, “skotç” yapışdır, rezin bağla. Amma nəsə elə! Vicdansızlığın bu həddinə qədər gedilməz. Gedilməməlidir! – Ona görə. Abır elə, nədənsə utan. Nə bilim, məsələn, türmədən yazdığın məktublardan utan, ailənə hər ay göndərilən 300 manatdan utan, balalarinin Qüdrət bəyə “əmi” dediyi dilindən utan. Əlqərəz, utanacaq milyon səbəb varkən, barı bircəciyinə sarıl, köklən və utan. Yetər ki, utan. Yoxsa inan, bir baxarsan, bu allahsızlığa Tanrı belə tab gətirməyb, çıxıb gözəgörünməzlik stasusundan, enıb aşağı, başını, dilini qopardıb – sonra yenə qayıdıb geri. Şeytan cəddinə and olsun, düz deyirəm.

 

Sən axı Qüdrət bəyin atılan dırnağı da ola bilməzsən…

 

***

Digər yanda isə Arif Məmmədov yenə öz komandasını, daha dəqiqi – bandasını yığıb başına. Dünyanın tərs guşəsindən video-müraciət ünvanlayırlar + buradakı müxalifləri ittiham edirlər ki, bəs niyə “Məhsul”dan o yana çıxmırsız. Eviniz tikilsin, hara çıxsın yazıqlar? Buranı yarıtdılarmı ki, kənara çıxsınlar? Son mitinqə gələnlərin sayı Gülçatayın obyektlərinin, Kərimlinin Partiyasındakı hərflərin sayından daha az olub. Xəbəriniz var? Yoxsa elə bilirsiz, mitinqə adam toplamaq Avropada ayaq yolu gəzmək, həmin ayaq yolunda ona- buna sifon çəkmək, “online”-təlxəklik etmək, söyüş söymək qədər asan məsələdir?

 

Qəbir söhbəti yalan çıxdı, boykot qərarı əleyhinizə işlədi, video-şoular özünüzü gözdən saldı, mitinq rüsvayçılıqla başa çatdı. Tək qaldınız, təkləndiniz, tərki-silah oldunuz. Sırada nə var? Cəmil-Əli-Arif triosunun ifasında “Yetim Segah”mı?
Xəyanətkar xanım deyirdi, mitinqdə ən az 30 min adam gözləyirəm. Aksiyadan dərhal sonra hesablama aparılıb, hətta mitinqə gələnlərin əlindəki günəbaxan tumlarını belə dənə-dənə sayıblar, yenə 30 min etməyib. Və bu “möhtəşəm” proqnozdan sonra “Şeytan Tv”-nin efirinə çıxıb yekə-yekə açıqlamalar vermək yox, yerin dibinə girmək lazım idi! Dibinə.

 

Hərçənd adam bir yandan da düşünür: bundan o tərəfə dib varmı ki?

 

P.S. Mirzəli, Orduxan, Vidadi. Fikriniz illah söyməkdirsə, məni söyün. Kəlmə də cavab verməyəcəm. Hamının əvəzinə söyün məni. Söyün, rahatlaşın. Söyün, özünüzü tapın. Amma bu ölkənin atributlarına, onun ən ali dəyərlərinə toxunmayın.

 

Bir namərdə, bir nadana edilə biləcək ən gözəl təklifdir bu! Məncə.

 

Elşən Musayev, Milli Məclisin deputatı

Previous Post

“Fikriniz illah söyməkdirsə, məni söyün!” – Deputat Avropadakı müxaliflərə od püskürdü – SENSASİON MÜRACİƏT

Next Post

Ermənistan Ordusu Azərbaycan ərazilərində təlim keçir

Bənzər yazılar

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

24 İyul 2026 - 10:17

ABŞ-da cəfəri, keşniş və kahı kimi təzə göyərtilərlə əlaqəli olan Siklospora parazit xəstəliyi artmaqdadır. Səhiyyə rəsmiləri laboratoriyada təsdiqlənmiş halların sayının...

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul 2026 - 23:28

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir. Elchi.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Next Post
Ermənistan Ordusu Azərbaycan ərazilərində təlim keçir

Ermənistan Ordusu Azərbaycan ərazilərində təlim keçir

Ermənistan Ordusu Azərbaycan ərazilərində təlim keçir

Ermənistan Ordusu Azərbaycan ərazilərində təlim keçir

Son xəbərlər

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

24 İyul 2026 - 12:30
Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

24 İyul 2026 - 12:29
Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

24 İyul 2026 - 12:14
“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

24 İyul 2026 - 12:05
“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

24 İyul 2026 - 11:54
Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

24 İyul 2026 - 11:46
ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

24 İyul 2026 - 11:38
Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

24 İyul 2026 - 11:29
İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

24 İyul 2026 - 11:22
Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16
“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15
Astronomlardan kosmosda misilsiz kəşf

Astronomlardan kosmosda misilsiz kəşf

24 İyul 2026 - 11:02
Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

24 İyul 2026 - 10:57
ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

24 İyul 2026 - 10:55
Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

24 İyul 2026 - 10:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.