Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb.
Elchi.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 28-i Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.
Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: “Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi”.
Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib.
Qeyd edək ki, Ülkər Qasımqızı “Xəzər” televiziyasında müxbir vəzifəsində çalışır.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. Bu barədə Elchi.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə...
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyevin Azərbaycana gətirilərək...
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib. Bu barədə Elchi.az - a Ombudsman Aparatından məlumat verilib....
Son şərhlər