Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb.
Elchi.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 28-i Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.
Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: “Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi”.
Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib.
Qeyd edək ki, Ülkər Qasımqızı “Xəzər” televiziyasında müxbir vəzifəsində çalışır.
Azərbaycan elminin beynəlxalq elmi məkanda təmsil olunması baxımından əlamətdar hadisələrdən biri də görkəmli alim, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadənin...
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərində yerləşən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda fövqəladə hallar zamanı davranış qaydaları...
Sabah hava necə olacaq? Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi...
Çində ali təhsil almaq istəyən namizədlər üçün CSCA (China Scholastic Competency Assessment) imtahanının dekabr sessiyasına qeydiyyat başlayıb. Elchi.az xəbər verir...
Son şərhlər