"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

Əli Həsənov: “Sülh danışıqları nəticə verməsə…”

27 Fevral 2018 - 13:26
in SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib.

Elchi.az  AZƏRTAC–a istinadən xəbər verir ki, Prezidentin köməkçisi TRT WORLD-ün müxbirinin “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı” sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır:

“İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir. Münaqişənin sülh ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Əsir və girovlarla bağlı məsələyə gəldikdə, deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir”.

Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların ehtiyaclarının necə ödənildiyi barədə sualı cavablandıran Ə.Həsənov deyib ki, dövlətimiz 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur:

“Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycanın 8 milyon əhalisi var idi. Münaqişə nəticəsində əhalimizin hər 8 nəfərindən biri öz doğma yurdundan didərgin düşmüşdü. Onlar çadır şəhərciklərində, yataqxanalarda, uşaq bağçalarında, dəmir yolu vaqonlarında yerləşmişdilər. Azərbaycan hökuməti bu qəbildən vətəndaşlarının sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul etdi və uğurla yerinə yetirdi. Çadır şəhərcikləri ləğv edildi, yeni qəsəbələr salındı, qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Bizim bu qəbildən vətəndaşlarımızın bir istəyi var – doğma yurdlarına qayıtmaq. Onlar inanırlar ki, tezliklə bu arzularına qovuşacaqlar. Əlbəttə, bu, belə də olacaq. Azərbaycan işğal olunmuş ərazilərdəki şəhərləri, kəndləri, infrastrukturu bərpa edəcək. Amma ən ağrılı məsələ insanların həyatlarını itirmələridir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı şəhəri yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, Xocalının 613 sakini bir gecə məhv edilib”.

Müxbirin “Cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin aprel ayında hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz” sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər:

“Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin”.

Müsahibədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə toxunan Ə.Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkələrimiz daim bir mövqedən çıxış edir: “Bilirsiniz ki, Türkiyənin də bölgədə çoxlu problemləri var. Türkiyə həm daxildə, həm də sərhədləri boyunca terrora qarşı mübarizə aparır. Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropada və dünyada ona qarşı bəzi ədalətsiz addımlar atılır. Azərbaycan da eyni hala məruz qalır. Buna görə də biz Türkiyə ilə bərabər bu problemlərin öhdəsindən birlikdə gəlməliyik. Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti hədələmir, nə də dünyanın heç bir ölkəsinin torpaqlarında gözü yoxdur. Eyni zamanda, bu iki dövlət öz ərazi toxunulmazlığını, müstəqilliyini və təhlükəsizliyini heç kimə güzəştə getmək niyyətində deyil. Həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada sülhün bərqərar edilməsinə çalışır. Hər iki dövlət bu sahədə nailiyyətlər əldə edib. Təkrar edirəm, qardaş ölkələrimizin birliyi heç bir başqa ölkənin ərazi bütövlüyünü pozmağa, daxili işlərinə qarışmağa yönəlməyib. Bizim birliyimiz bölgədə və dünyada sülhə, inkişafa və insanlar arasında əmin-amanlığa xidmət edir”.

Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyünü vurğulayan Ə. Həsənov bildirib ki, bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoyub: “Prezident İlham Əliyev bu siyasəti müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir. Azərbaycan öz qonşuları ilə münasibətlərində ortaq maraqlar tapmağa çalışır. Biz öz siyasətimizi bu istiqamətdə davam etdiririk.

Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan logistik mərkəzə çevrilib. Bakı-Tbilisi-Ceyhan, neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP layihələri məhz Azərbaycanın təşəbbüsü və dostlarının dəstəyi ilə reallaşıb. Biz Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə ilə birgə tikmişik. Biz Şərq ilə Qərbi dəmir yolu ilə birləşdirməyə nail olmuşuq. Əgər yüklər Çindən Avropaya 35-40 günə çatdırılırdısa, bu, indi yalnız 14 gün çəkəcək. İndi Azərbaycan İran və Rusiya ilə eyni qaydada qatar yolu çəkir. Azərbaycan bu yolların mərkəzində yerləşir. Biz Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik. Bütün bu nailiyyətlərə Azərbaycan son 20 ildə nail olunub”.

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müxbirin sualını cavablandıran Ə.Həsənov bildirib: “Biz müstəqillik illərində 15 seçki keçirmişik – beş prezident, beş parlament və beş bələdiyyə seçkisi. Seçkilərlə bağlı ölkəmizin yaxşı təcrübəsi var. Azərbaycan növbəti prezident seçkilərini də şəffaf və demokratik keçirməyə nail olacaq. Seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilər dəvət olunub”.

Previous Post

Əli Həsənov: “Sülh danışıqları nəticə verməsə…”

Next Post

Bakıda turistlər üçün nəqliyyat və muzeylər pulsuz olacaq

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post
Bakıda turistlər üçün nəqliyyat və muzeylər pulsuz olacaq

Bakıda turistlər üçün nəqliyyat və muzeylər pulsuz olacaq

Bakıda turistlər üçün nəqliyyat və muzeylər pulsuz olacaq

Bakıda turistlər üçün nəqliyyat və muzeylər pulsuz olacaq

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.