"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sürücüləri çaş-baş salan məsələyə aydınlıq gətirildi – VİDEO

27 Noyabr 2017 - 17:08
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Bir həftə əvvəl daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılan şəxslərdən biri “Facebook”da videosunu paylaşaraq azadlıqda olduğunu bildirib. 

Elchi.Az BAKU.WS-ə istinadən xəbər verir ki, o, videomüraciətində Azərbaycana antiradar deyil, qanunla istifadəsinə, satışına icazə verilən radar detektoru gətirdiyini bildirib.

“Azərbaycan qanunvericiliyində radar detektorunu qadağan edən maddə mövcud deyil”, – deyə azadlığa buraxılan şəxs bildirib.

O, radar detektorunu alarkən ona verilən qəbzi, zəmanət kağızını da nümayiş etdirib: “Əgər qadağandırsa, aldığım yerdən bu qəbzi, zəmanət kağızını mənə necə veriblər?”

Daha sonra o, avtomobilinə quraşdırdığı radar detektorunu nümayiş etdirib.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında isə qeyd olunur ki, respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib və 3 nəfər saxlanılıb.

Bəs, bu məsələ qanunla necə tənzimlənir? Antiradar və radar detektoru qanunla qadağandırmı?

Avtomobil eksperti, “Avtostop” layihəsinin rəhbəri Tural Yusifli bildirdi ki, antiradar cihazı bütün dünyada qadağan olunsa da, radar detektorundan istifadəyə icazə verilir.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində radar detektorunun avtomobillərə quraşdırılmasını qadağan edən heç bir maddə yoxdur.

“Antiradar radarın işinə mane olan cihazdır. Antiradar şüa buraxır və nəticədə radar sürəti ölçə bilmir. Radar detektoru isə qadağan deyil. Bu cihaz müəyyən tezlikdə şüa buraxır, televizor, radio, ratsiya və digər texniki avadanlıqlar barədə məlumat verir”, – deyə Tural Yusifli bildirdi.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirdi ki, antiradarların Azərbaycana gətirilməsinə, satışına heç bir qadağa yoxdur.

“Lakin antiradarların avtomobillərdə quraşdırılması, istifadəsi birmənalı olaraq qadağandır. Antiradarın buraxdığı radiodalğalar radarın işləməsinə mane olur və sürəti ölçə bilmir.

“Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsində göstərilir ki, antiradarların və ölçmə cihazların işinə maneə yaradan digər qurğuların nəqliyyat vasitələrində sürücü tərəfindən istifadəsi qadağandır.


İnzibati Xətalar məcəlləsində 342.9-cu maddədə isə qeyd olunur ki, antiradarın nəqliyyat vasitələrində istifadəsinə görə, həmin qurğu müsadirə olunmaqla 500 manatdan 800 manatadək cərimə tətbiq olunur”, – deyə Ərşad Hüseynov bildirdi.


Ekspertin sözlərinə görə, qanunvericilik radar detektorunun ölkəyə gətirilməsini, satışını, avtomobillərdə quraşdırılmasını qadağan etmir.

“Radar detektorunun sertifikatı, məlumat kitabçası olur. DYP əməkdaşı saxlayanda bunları göstərmək lazımdır. Mübahisə yaranarsa, həmin predmet götürülür, xüsusi zərfə qoyularaq ekspertizaya göndərilir”, – deyə Ərşad Hüseynov qeyd edib.

Previous Post

Sürücüləri çaş-baş salan məsələyə aydınlıq gətirildi – VİDEO

Next Post

Rusiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır

Bənzər yazılar

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25

Xaricdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, elmi əlaqələri genişləndirmək və əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 9-10 dekabr 2026-cı il...

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Elchi.az-a Elm və Təhsil Nazirliyindən...

Next Post

Rusiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır

Rusiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır

Son xəbərlər

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.