"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Prezidentin kritik səfəri – Bakı Avropaya şərt qoydu

06 Oktyabr 2017 - 10:22
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

İlham Əliyev Brüsselə gedir – mühüm gəlişmə; Azərbaycanla Avropa Birliyi arasında əlaqələr yeni fazaya keçid ərəfəsində; təşkilatla imzalanacaq anlaşma sənədində əsas bənd Qarabağla bağlı olacaq çünki…; prezidentlərin növbəti görüşü də Brüsseldə reallaşa bilər…

Bunu da oxuyun

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycan prezidenti İlham Əliyev noyabrda Brüsseldə keçiriləcək Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək. Musavat.com xəbər verir ki, bu barədə ölkə başçısı oktyabrın 4-də AB-nin Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə Bakıda keçirdiyi görüşdə deyib.

“Şərq tərəfdaşlığı” sammitində iştirak üçün dəvətə görə qonaqlara minnətdarlıq edən prezident daha sonra bildirib: “Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, zirvə görüşündə iştirak edəcəyəm. Fikrimcə, orada olmaq çox vacibdir. Azərbaycan lap əvvəldən ”Şərq tərəfdaşlığı” proqramına dəstək verib. Mən şəxsən “Şərq tərəfdaşlığı”nın ilk sammitində olmuşam və bütün həmin sammitlərdə iştirak etmişəm – yalnız sonuncudan başqa. Orada olmamağımın da səbəbini, yəqin ki, bilirsiniz. İndi isə həmin mühüm toplantıya qatılmamaq üçün əsas yoxdur. Bir sözlə, biz buna böyük ümidlər bəsləyirik”.

İlham Əliyev eyni zamanda qeyd edib ki, üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. “Əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları zamanı mövqeyimizə yaxşı yanaşılmadı. Əksinə, biz bəzən hücum hədəfinə çevrildik. Hansısa xüsusi razılaşmanı tələb edən tərəf kimi ittiham olunduq. Bu, belə deyildi. Əslində biz komissiya ilə xüsusi ünsiyyəti yaratmaq istəyirdik. Saziş üzərində fəal danışıqlara başlamağımız faktı göstərir ki, bu yanaşma artıq üstünlük təşkil etməyə başlayır. Bu, çox müsbətdir. ”Şərq tərəfdaşlığı”, əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir”, – deyə Azərbaycan prezidenti qeyd edib.

Dağlıq Qarabağ konflikti ilə bağlı “Şərq tərəfdaşlığı”ndan gözləntilərə gəlincə, prezident deyib: “Bizim gözləntimiz və istəyimiz ondan ibarətdir ki, Avropa Komissiyası postsovet məkanında mövcud olan bütün konfliktlərə vahid yanaşma sərgiləsin. Əks halda biz haqlı olaraq bunu ”ikili standart” yanaşması kimi qəbul edirik. Bu səbəbdən Dağlıq Qarabağa dair yekun bəyannamədə ərazi bütövlüyü məsələsinin dəqiq əksini tapması çox vacibdir. Biz hesab edirik ki, bir ölkənin ərazisi onun rəhbərliyi və xalqının razılığı olmadan dəyişdirilə bilməz”.

Azərbaycanın dövlət başçısının AB ilə imzalanması nəzərdə tutulan çərçivə sənədi ilə bağlı rəsmi Brüssel qarşısında bu şərti əslində əsas və haqlı olmaqla bərabər, Avropada (Avropa Birliyinin üzvü olan İspaniya və s.) başlanan “referendum”paradı fonunda xüsusilə aktual səslənir və ciddiyə alınmaya bilməz. Sənədin imzalanması isə bu ilin sonuna nəzərdə tutulur.

*****

Maraqlısı odur ki, Rusiyanın satelliti Ermənistan isə məhz Brüssel sammiti çərçivəsində AB ilə “Çərçivə anlaşması” imzalamağa hazırlaşır. Bu haqda artıq İrəvan rəsmiləri, o cümlədən prezident Serj Sərkisyan bəyanat verib. Sərkisyan bundan ötrü Brüsselə gedəcəyini də açıqlayıb.

Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ mövzusunda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü məhz Brüsseldə baş tuta bilər (oktyabr 7-də, yəni sabah həmsədrlər regiona səfərə gələcəklər).

Ancaq daha maraqlısı, rəsmi Moskvanın 2013-cü ilin sentyabrından fərqli olaraq öz vassalına bu dəfə “Çərçivə sazişi” imzalamağa icazə verib-verməyəcəyi ilə bağlıdır. Məlumdur ki, o vaxt son anda Putin Sərkisyanı Kremlə çağıraraq onu Qarabağla hədələmiş, nəticə etibarilə Sərkisyan dərhal geri vermişdi: Ermənistan Avropa Birliyinə deyil, Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulmaq qərarına gəlmişdi. Rusiyanın Avropa və ABŞ ilə gərgin münasibətləri ciddiyə alınarsa, bu dəfə də eyni aqibətin olacağı istisna olunmur – hərçənd erməni yetkililəri indi daha arxayın görünürlər.

*****

Azərbaycan isə əksinə, bu məsələdə qat-qat müstəqil qərar sahibidir. Hərgah Bakı da Moskvanın iradəsini, sonuncunun axır vaxtlar Brüssel və Vaşinqtonla daha da soyuyan münasibətlərini ciddiyə almaya bilməz. Bundan əlavə, Azərbaycanın Avropa Birliyi ilə – Qərbin əsas iqtisadi-siyasi qurumu ilə yaxınlaşmasına da Rusiya həmişə qısqanc yanaşıb. Səbəblər barədə dəfələrlə yazmışıq (onlardan biri ölkəmizin Avropa enerji bazarında Rusiyaya ciddi rəqib olması və Bakının yeni transmilli qaz layihələrinə AB-nin hərtərəfli siyasi və maliyyə dəstəyi verməsidir).

Image result for European union parliament

Buradaca həmçinin az öncə Azərbaycan hakimiyyəti əleyhinə Qərb mediasında tirajlanmış korrupsiya ittihamlarının arxasında Rusiyanın gizli servisinin də əli olması haqda informasiyaları yada salmaq lazım gəlir (“Yeni Müsavat” ötən saylarının birində bu barədə geniş yazı dərc edib).

Azərbaycan prezidentinin qarşıdakı Brüsselə səfəri və AB ilə əməkdaşlığı yeni fazaya qaldırmaq əzmi ilə bağlı yuxarıdakı açıqlamaları həm də Kremlin son gizli anti-Azərbaycan gedişləri və “badalaqları” kontekstində ikiqat önəm daşıyır və Moskvaya bir növ, incə cavab da sayıla bilər…

Previous Post

Prezidentin kritik səfəri – Bakı Avropaya şərt qoydu

Next Post

“Prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi qaldırılacaq” – Aleksandr Duqin

Bənzər yazılar

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Next Post

“Prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi qaldırılacaq” - Aleksandr Duqin

“Prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi qaldırılacaq” - Aleksandr Duqin

Son xəbərlər

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29
Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.