"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Dövlət sirrinin qeyri-qanuni yayılmasına aid qərar qəbul edildi

29 Sentyabr 2017 - 14:05
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Dövlət Təhlükəsizlik Xidməti “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası”nı təsdiqləyib.

 Elchi.az-ın APA-ya istinadən məlumatına görə, Qaydaya əsasən, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan və bununla yayılmış məlumat məxfiləşdirilərkən, istinad edilmiş siyahını təsdiq edən dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

 Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları və onların sərəncamına verilmiş məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” ilə müəyyənləşdirilir. Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar bu faktın xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi yolu ilə qəbul olunur. Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materiallar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısını hazırlamış ekspert komissiyası tərəfindən, bu orqanın rəhbərinin tapşırığı əsasında qiymətləndirilir.. Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların daha obyektiv qiymətləndirilməsi məqsədilə ekspert komissiyasının işinə yayılma faktının baş verdiyi dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın mütəxəssisləri cəlb edilə bilər. Ekspert komissiyasının işinə cəlb edilmiş mütəxəssis təhqiqatın nəticəsində marağı olmayan və dövlət sirri ilə işləməyə müvafiq formalı buraxılışı olan şəxs olmalıdır. Ekspert komissiyasının iclasının keçirilmə vaxtı və ekspert komissiyasının işinə cəlb edilməli şəxsləri komissiyanın sədri müəyyənləşirdirir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin müəyyənləşdirdiyi mütəxəssislər ekspert komissiyasının işində bilavasitə iştirak edə bilərlər.

Ekspert komissiyasının iclası dövlət sirrinin texniki kanallarla sızmasının istisna edildiyi otaqda keçirilməlidir. Ekspert  komissiyasının iclasının təşkilində dövlət hakimiyyəti orqanının dövlət sirrinin mühafizəsi üzrə bölməsi iştirak edir və iclas zamanı dövlət sirrinin mühafizəsinə görə məsuliyyət daşıyır. Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialın qiymətləndirilməsi aşağıdakıları nəzərdə tutur:

– qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin, habelə təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş ziyanın obyektivliyinin qiymətləndirilməsini;
– məlumatın qeyri-qanuni yayılması faktının baş verdiyi təşkilatda dövlət sirrinin mühafizəsi sisteminin effektivliyinin artırılması istiqamətində görülən tədbirlərin yetərliliyinin qiymətləndirilməsini.

Qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin obyektivliyi qiymətləndirilərkən aşağıdakılara diqqət yetirilməlidir:

-məlumat məxfiləşdirilərkən “Dövlət sirri haqqında” qanunu ilə (müəyyən edilmiş prinsiplərə əməl edilib-edilmədiyinə;
-məlumatın daşıyıcısında “Dövlət sirri haqqında” qanunla müəyyən edilmiş rekvizitlərin qoyulub-qoyulmadığına, o cümlədən məlumatın məxfiliyinin açılması tarixinin və ya şərtinin, yaxud buna səbəb ola biləcək hadisənin müəyyən edilib-edilmədiyinə;
– məlumatın məxfiləşdirilməsinin əsaslığının və əvvəllər verilmiş məxfilik dərəcəsinə uyğunluğunun “Dövlət sirri haqqında” qanunla müəyyən edilmiş müddətdə yoxlanılıb-yoxlanılmadığına.

Məlumatın qeyri-qanuni yayılması nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”na uyğun olaraq hazırlanmış normativ-metodik sənədə əsasən müəyyən edilir. Məlumatın qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikasının və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurmaqla nəticələndikdə, fakt üzrə materiallara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyada baxılır. Belə məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar İdarələrarası Komissiyanın rəyi nəzərə alınmaqla qəbul edilir. Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar ekspert komissiyası tərəfindən hazırlanır və yayılmış məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən imzalanır. Qərar aşağıdakı məsələləri əhatə edir:

– məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların belə işlər üzrə istintaqı həyata keçirən orqana – Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilməsini;
– dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə tapşırıqları;
– təqsirli şəxslər barədə məsuliyyət tədbirlərini;
– məxfiləşdirilməli məlumatların siyahısına dəyişikliklər edilməsini.

Materialların istintaq orqanına göndərilməsi barədə qərar yayılmış məlumatın dövlət sirri təşkil etdiyi ekspert rəyi ilə təsdiq edildikdə qəbul edilir.  Məlumatın qeyri-qanuni yayılması faktı istintaq orqanı tərəfindən aşkar edildiyi halda, bu orqan qeyri-qanuni yayılma faktına bilavasitə aidiyyəti olan materialları da əlavə etməklə, həmin məlumatın dövlət sirri təşkil edib-etməməsi, məxfilik dərəcəsi və vura biləcəyi ziyan barədə rəyin verilməsi üçün bu məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanına sorğu etməlidir.

Previous Post

Dövlət sirrinin qeyri-qanuni yayılmasına aid qərar qəbul edildi

Next Post

Prezident və ailə üzvləri yubiley mərasimində

Bənzər yazılar

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38

Bu ilin oktyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində 14 %-lik artım müşahidə olunub. Bu barədə Elchi.az -...

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyevin Azərbaycana gətirilərək...

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib. Bu barədə Elchi.az - a Ombudsman Aparatından məlumat verilib....

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

03 Noyabr 2026 - 11:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib. Nazirlikdən Elchi.az-a...

Next Post

Prezident və ailə üzvləri yubiley mərasimində

Prezident və ailə üzvləri yubiley mərasimində

Son xəbərlər

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

03 Noyabr 2026 - 18:53
Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.