"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ukrayna qarışır: Saakaşvili və Timoşenko artıq hakimiyyəti bölməyə başlayıblar – Təhlil

12 Sentyabr 2017 - 11:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

bitmap-img6

 
Tatyana İvjenko
 
ng.ru, 11.09.2017
Nömrənin çapa verildiyi anda Mixail Saakaşvilinin Ukraynaya dönmək cəhdiylə bağlı əhvalat hələ bitməmişdi. Lakin politoloqların fikri oxşardır ki, durum artıq siyasi bölgüyə təsir edib və ola bilsin, erkən seçkilər perspektivini yaxınlaşdırıb. O zaman az tanınan və dəbdə olmayan Ukrayna siyasətçisi Viktor Yuşenkonun hakimiyyətin onu ancaq Donetskə buraxmamaq cəhdindən sonra milli liderə döndüyü 2003-ün hadisələrini çoxları xatırlayır.
Prezident Pyotr Poroşenko Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqda iyulun axırında sərəncam imzalayıb. Rəsmi səbəb vətəndaşlıq alınması anketindəki yanlış məlumat olub. Saakaşvili bildirib ki, o şəxsən belə bir anket doldurmayıb.
Ekspertlər hesab edirlər ki, məlumatları yoxlayan və Gürcüstanın keçmiş vətəndaşına Ukrayna pasportu verilməsi haqda qərarı hazırlayanları cəzalandırmaq ədalətli olardı. Onların fikrincə, Saakaşvilinin özünə isə məhkəmədə öz hüquqlarını qorumaq imkanı vermək lazım idi. Saakaşvili Poroşenkonun qərarı elan edildiyi vaxt ABŞ-da idi. Avqustun əvvəlində Ukrayna sənədləri ilə Amerikanı tərk edib və Ukrayna pasportu ilə bir ay ərzində bir neçə ölkəyə baş çəkdiyi Avropaya yollanıb. Onun silahdaşları diqqəti buna cəlb edirlər: onların sözlərinə görə, ABŞ və AB Ukrayna prezidentinin qərarını tanımayıb. Saakaşvili avqustun ortalarında xəbər verib ki, sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.
Bir həftəyə məlum olub ki, Gürcüstan Baş Prokurorluğu Mixail Saakaşvilinin axtarışı, saxlanması və ekstradisiyası haqda sorğu ilə Ukrayna tərəfinə müraciət edib. Ukrayna ədliyyə naziri müavini Sergey Petuxov bu informasıyanı Ukrayna releviziyasına təsdiqləyib və dəqiqləşdirib: “Saakaşvili Cinayət Məcəlləsinin maddələri üzrə açılmış dörd cinayət icraatı üzrə müttəhim qismində çıxış edir”.
Dərhal aydınlaşıb ki, Kiyev ümumiyyətlə Saakaşvilini öz ərazisinə buraxmaq niyyətində deyil. Bəzi ekspertlər yada salıblar ki, keçmiş Gürcüstan liderinin ABŞ prezidenti Donald Trampın komandası və Respublikaçılar və Demokrat partiyalarından Amerika siyasətçiləri ilə yaxşı əlaqələri var. Buna görə də güman ediblər ki, Ukrayna hökuməti (ekstradisiyadan imtina halında) həm Gürcüstanla münasibətlərin mürəkkəbləşməsi, həm də (Saakaşvilinin Tiflisə təhvil veriləcəyi halda) amerikalılarla münasibətlərin pisləşməsindən yayınmağa cəhd edir. Siyasətçini Ukrayna ərazisinə buraxmamaqla bu iki şər seçimindən qaçmaq olardı.
Gürcüstanın keçmiş prezidentinin qardaşı David Saakaşvili sentyabrın əvvəlində Kiyevdə saxlanılıb (söhbətdən sonra azad edilib). Ukrayna DİN təmsilçisi Artyom Şevçenko jurnalistlərə izah edib ki, ona ölkədən getməyin gərəkdiyi göstərilib, çünki Ukraynada işləmək hüququnu itirdiyinə görə yaşayış icazəsi yazda ləğv olunub. Mixail Saakaşvili hesab edib ki, qardaşının saxlanılması onun özünə siqnal idi: “Görünür, bu qayda ilə mənə təsir etməyə səy göstərirlər ki, dönmək fikrindən daşınım”. O bildirib ki, öz planlarından imtina etməz.
Vəkil Pavel Boqomazov məlumat verib ki, UTX, Milli Polis, Ədliyyə Nazirliyi və Dövlət Sərhəd Xidmətindən cavab alıb – heç bir xidmət Saakaşvilinin Ukraynaya gəlişinə yasağın olduğunu təsdiqləməyib: “Uyğun olaraq Mixail Saakaşvilinin sentyabrın 10-da “Krakovets” buraxılış məntəqəsində Ukrayna sərhədini keçməyinə əngəl üçün heç bir qanuni əsas yoxdur. Hüquq-mühafizə qurumlarının Saakaşvilini Ukrayna ərazisinə buraxmamaqda istənilən cəhdini cinayət və Ukrayna qanunvericiliyinin pozulması saymaq olar”.
Ukrayna məmurları qeyd ediblər ki, qadağa yoxdur, lakin gəliş üçün əsaslar qanuni olmalıdır. Ukrayna baş prokuroru müavini Yevgeni Yenin əvvəllər bildirib ki, vətəndaşlıqdan məhrum olmuş Saakaşvili viza sənədləşdirməlidir. O, siyasətçinin vətəndaşlıqdan məhrum edilmək haqda qərara etiraz etməkdən ötrü məhkəməyə qatılmaq üçün ölkə ərazisinə vizasız gələ biləcəyi arqumentini qəbul etməyib: “İddiaçı öz maraqlarını vəkil vasitəsilə müdafiə edə bilər”.
Dövlət Sərhəd Xidməti sədrinin birinci müavini Vasili Servatyuk təyin edilmiş qayıdış tarixi ərəfəsində jurnalistlərə deyib ki, Ukrayna tərəfi Saakaşvilinin Amerikadan çıxdığı və AB üzrə səyahət etdiyi pasportunu da etibarlı saymır. “Cənab Saakaşvili bir neçə Ukrayna pasportuna sahibdir – daxili və iki xarici pasport. Müvəkkil edilmiş dövlət qurumunun qərarına əsasən bu pasportlar etibarlı deyil və Dövlət Sərhəd Xidmətinə onları müsadirə etmək tapşırılıb. Yəni pasportları götürəcək, sənəd hazırlayacaq və onu gəldiyi dövlətin ərazisinə qaytaracağıq”, – deyə Servatyuk Ukrayna sərhədçilərinin fəaliyyət qaydasını izah edib.
“Azadlıq” radiosu bu vaxt xəbər verib ki, Saakaşvilinin Polşadan Ukraynaya girməyə hazırlaşdığı “Krakovets” buraxılış məntəqəsində tikanlı məftilli yeni qurğular, özəl avtomobillər görünüb. Rəsmən məlumat verilib ki, sahənin möhkəmləndirilməsi “Qərb-2017” Rusiya-Belarus təliminin keçirilməsiylə bağlıdır. Şənbə günü bu məntəqədə hərəkət faktiki olaraq bağlanıb, dünən səhər iki yüz maşın növbədə durub. İstirahət günlərində “Krakovets”in ətrafında çadır şəhərciyi əmələ gəlib: Saakaşvilinin, təxminən, 3 min tərəfdarı sərhədə gəlib ki, onu canlı dəhliz vasitəsilə Ukrayna ərazisinə keçirsin. Bu şəhərciyin qarşı tərəfində Saakaşvili əleyhdarlarının çadırları qurulub: adamlar düşərgəyə şənbə günü axşam gəlib, sonra gediblər, dünən idman libasında, jurnalistlərlə ünsiyyət istəməyən bir neçə yüz adam təzədən gəlib. Gündüz məlum olub ki, polis yüzə yaxın kamuflyajlı adamı həbs edib (Ukrayna KİV-lərinin məlumatına görə, Saakaşvili silahdaşlarının düşərgəsindəndir). Xəbər verilir ki, onlardan xüsusən də “startda olan tapança və metal əşyalar götürülüb”.
Nömrə çapa təhvil verildiyi anda mitinq və kütləvi toplantılar keçirilməsi qaydalarının pozulduğu haqda protokollar tərtib olunub.
Xanımı və 11 yaşlı oğlu yanında olan Saakaşvili bildirib ki, durumu nəzərə alaraq planları dəyişməyə məcburdur. O, fitnəkarlığa yol verməmək və mümkün dalaşın qabağını almaq üçün Ukraynaya avtomobil buraxılışı məntəqəsindən deyil, dəmiryolu ilə getməyi qət edib. Saakaşvili ailəsi, on xalq deputatı (Saakaşvili ilə çiyin-çityinə durmuş Yuliya Timoşenko onların içində seçilirdi), xeyli jurnalist Peremışl-Kiyev sürət qatarına bilet alıblar. Marşrut Ukraynaya AB ilə vizasız rejim təqdim edildiyinə görə açılıb: ukraynalılar bir neçə saata paytaxtdan Polşanın sərhədyanı şəhərinə çatırlar.
Dünən qatarın yola düşməsi yarım saat ləngidilib. O, son məntəqədən çıxan kimi dayanıb. Səsli rabitə ilə sərnişinlərə izah olunub: onların içində Ukraynaya gəlişi yasaqlanmış adam var. Qatarın Polşa ərazisində durdurulması qərarını kimin qəbul etdiyi məlum deyildi: Ukrayna dəmiryollarıı administrasiyası bu cür səalhiyyət sahibi deyil, xüsusi xidmətlər və hüquq-mühafizə qurumları isə xəbərdarlıq və razılaşmasız başqa dövlətin ərazisində işləmək hüququna malik deyil. Saakaşvili bildirib ki, qatarı dayandırmaq əmrini prezident Poroşenko verib. Yuliya Timoşenko onu dəstəkləyib: “Bu, xalis diktaturadır. Prezident sadəcə əmr verir ki, Saakaşvili qatarı tərk etməyincə qatarı buraxmayın”.
Poroşenkonun özü dünən Tankçı günü münasibətilə yeni yaşayış məskəninə Ukrayna Qəhrəmanı Yevgeni Mejevikinin yanına yollanıb. Sərhəddəki durumu və Saakaşvilinin Ukraynaya qayıtmaq cəhdiylə bağlı hadisələri heç cür şərh etməyərək uşaqlarla şəkil çəkdirib.
Saakaşvilini müşayiət edən siyasətçilər (milli təhlükəsizlik və müdafiə məsələləri üzrə parlament komitəsi üzvü Viktor Çumak, UTX keçmiş başçısı Valentin Nalivayçenko onların arasında idi) Peremışl-Kiyev qatarının girov götürüldüyü bəyanatı ilə Polşa DİN və XİN-ə müraciət ediblər. Nalivayçenko jurnalistlərə danışıb ki, Polşa idarələri reaksiya verib, amma bu xüsusda rəsmi məlumat olmayıb. İlk qısa dayanacaqdan sonra qatar tərpənib, ancaq tezliklə yenə durub. Bir saatdan sonra sərnişinlərə biletlərin pulunu qaytarmaq və Ukraynaya avtobusla pulsuz yola düşmək təklif olunub.
Məşhur Ukrayna jurnalisti Sergey Rudenko Viktor Yuşenkonun 2003-cü ildə bir saatın içində necə ümumxalq liderinə döndüyünü xatırladır: “Bizim Ukrayna” partiyasınınn lideri partiya qurultayını Donetskdə keçirmək qərarına gəlib, amma Yanukoviçin silahdaşları tədbiri pozmağa çalışıblar. Hətta aeroprtun çıxışını qaynaqlayıblar… İki təyyarə gəldi – siyasətçilərlə və jurnalistlərlə. Mən orada idim. Poroşenko da (o vaxt Viktor Yuşenko komandasının üzvü idi-tərc.) orada idi. Donetsk aeroportunda qıfılları çəkiclə məhz Pyotr Alekseyeviç qırdı və “qorxaq donetsklilərə” lənət oxudu…”
Ekspertlər hesab edirlər ki, Saakaşvili ilə bağlı durum tamamilə 14 il əvvəlki, lakin beynəlxalq miqyaslı (Donbasda müharibə nəzərdə tutulur), özgə səviyyəli mürəkkəblikdəki hadisələri yada salır. Bu yaxınlara qədər uğursuz imici olan siyasətçi dövlət başçısına birbaşa siyasi rəqabət təşkil edə bilməzdi. Saakaşvili yetərli müddətə Ukrayna vətəndaşı olmayıb ki, prezident və yaxud parlament seçkilərinə qatılmaq hüququ alsın. Hökumətə yaxın siyasi texnoloqlardan biri iyulda “NG”-yə qeyri-rəsmi izah edib ki, vətəndaşlığın ləğvi haqda qərar xəbərdarlıq idi. Onun sözlərinə görə, Poroşenkonu daha ucadan tənqid edən Saakaşvili payızda “özünü yeni layihəsini – “Mixail Saakaşvilinin yeni qüvvələr Ruxu” partiyasını müxtəlif etiraz aksiyaları ilə fırlatmaq istəyirdi. Prezident komandası hesab etdi ki, bu cür fəallıq ölkədə durumu sabitsizləşdirə bilər. Nahaq yerə vətəndaşlıqdan məhrum etməyiblər. Düzdür, adət olunmayıb, amma olanda olur. Yaydır, adamlar məzuniyyətdədir, bostanla məşğuldurlar. Payıza doğru hamı sakitləşəcək və heç bir sabitsizlik olmayacaq”.
Amma əksinə çıxıb. KİV-lərin bütün diqqəti Saakaşviliyə və partiyasına yönəlib. Qarşılayan siyasətçilərin tərkibinə əsasən, 5%-lik maneəni özbaşına aşa bilməyən bir neçə kiçik partiya və antikorrupsiya hərəkatı Saakaşvilinin partiyasına qoşulmağa hazırdır. Lakin ekspertlərin diqqəti cəlb etdiyi başlıca məsələ Saakaşvili və Timioşenkonun və onun siyasi lider və güclərin reytinqi haqda sosial sorğularda artıq bir ildir liderlik edən “Vətən” partiyasının mümkün ittifaqıdır. Ekspertlərdən biri durumun mümkün inkişafını necə gördüyünü dünən “NG-”yə deyib: “Timoşenko prezident, Saakaşvili baş nazir (bizim qanunvericiliyə əsasən, çoxlarının düşündüyü kimi, hökumətin rəhbəri prezident deyil, icra hakimiyyətinin başçısı olan baş nazirdir). Amma onlar bunun üçün erkən parlament seçkiləri keçirməli və öz partiyalarını parlamentə elə bir nəticə ilə daxil etməli olacaqlar ki, hakim koalisiya formalaşdıra bilsinlər”.
Həmsöhbətimiz “NG”-yə bildirib: “İndiyədək bu vəzifənin icrası mümkünsüz görünürdü. Amma daha bir az keçsin və hökumət müxalifətə məqsədə çatmaqda yardım olacaq. Artıq hətta Saakaşvilinin Ukraynaya indi qaydıb-qayıtmayacağı önəmli deyil. O, heç vaxt Ukrayna siyasətinin oyunçusu olmayıb, amma Ukrayna siyasətçilərinin gələcəyinin asılı olacağı amilə çevrilib”.
Previous Post

Ukrayna qarışır: Saakaşvili və Timoşenko artıq hakimiyyəti bölməyə başlayıblar – Təhlil

Next Post

Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 soydaşımız tutuldu

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 soydaşımız tutuldu

Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 soydaşımız tutuldu

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.