Yer planetinə nəhəng asteroid yaxınlaşır. |
Səma cismi 1981-ci ildə kəşf edilib və britaniyalı qəhrəman tibb bacısı Florens Naytingeylin şərəfinə adlandırılıb.
Asteroid dövr edir və bir dövrü 3 saat ərzində başa vurur.
NASA-nın hesablamalarına əsasən 1 sentyabr tarixində Florens Yerdən 7 milyon km məsafədə olacaq.
Mütəxəssislər hadisədən istifadə edərək səma cismini müşahidə edəcəklər. NASA-nın çəkəcəyi fotolarda asteroidin səthi 10 metrlik məsafədən görünəcək.
Alimlərin sözlərinə əsasən, səma cismi Yerə heç bir təhlükə kəsb etmir.(olke.az)



















Son şərhlər