"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

50 yaşın astanasında – “Ümidə bulaşmış ayaqqabılar…”

29 İyul 2017 - 10:05
in MANŞET
FacebookVatsap

Şair, jurnalist Elçin Mirzəbəyli 50 yaşın astanasında azadinform.az saytına müsahibə verib.  Elchi.az həmin müsahibəni təqdim edir:

Bunu da oxuyun

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

– İnsan ömrü… Harada başladığı və harada bitəcəyi bizdən asılı deyil. Amma vaxt bizimdi, fürsət bizimdi. Bəs o vaxtı necə, dəyərləndirmək bizdən asılıdırmı? Nə keçdi ki, başınızdan, dəyişdirmək iqtidarında olmadınız?

– Vaxtı dəyərləndirmək bizdən asılıdır, dəyişdirmək isə Tanrıdan. Mən Tanrının işlərinə qarışacaq qədər böyüməmişəm, böyüməyəcəyəm də… Hərdən xırda-para etirazlarım olur. Bu da təbii qəbul olunmalıdır. Tanrı etirazlara dözə biləcək qədər səbirli, yaratdığını anlayacaq qədər mərhəmətlidir. Mən də onun mərhəmətinə sığınaraq etiraz edirəm, amma asi olmuram. Dilim dualıdır. Günə duayla başlayıb duayla bitirirəm. Ömrümün harada bitəcəyini düşünmürəm desəm, səmimi olmaz. Düşünürəm. Uzun müddətdir ki, məndə 49 yaş sindromu olub. Sevimli dayım, şair Vaqif Hüseynov məhz bu yaşda dünyasını dəyişib. Və o zamandan təhtəlşüur olaraq 49 yaşın narahatlığını yaşamışam. 50 yaşın bir neçə addımlığında günləri sayıram. Ümid edirəm, sərhədi adlayıb keçə biləcəyəm.

– Allah dayınıza rəhmət eləsin. Sizi bir müsahibə boyunca da olsa bu xofdan uzaqlaşdırmaq üçün mövzudan yayınaq. Biri var sözü sevmək, biri də var sözdən ötrü ölmək. Bu məqamın hansında olmalısan ki, oxucu sənin mənəviyyatına bələnmiş sözə qurban eləsin özünü?

– Sənin suallarının altında əzilməmək üçün gərək dağa söykənəsən… Kimsənin özünü sözə qurban verməsini istəmirəm. Mənəviyyata bələnəni söz öldürmür, yaşadır. Mən heç vaxt sözün sərkərdəsi, əsgəri olmaq istəməmişəm. Ən böyük arzum sözün loğmanı olmaq olub. Həm hər addımda öldürülən sözlərə yenidən can vermək istəmişəm, həm də o sözlərin yol tapacağı könülləri ovutmaq. Yaradıcılığımı fərqli dəyərləndirənlər var: Biriləri sərt realizm, başqa biriləri sərt modernizm kimi qiymətləndirir. Amma hər ikisinin önündə “sərt” sözü var. Cərrah bıçağı da sərtdir – naşı əlinə düşəndə öldürür, peşəkarın əlində isə həyat verir. Mən sözün aşiqlik və müdriklik məqamında olmaq istərdim. Əslində ilk baxışda aşiqlik və müdriklik bir-biri ilə ziddiyyət təşkil edir. Birinin səthi anlamından divanəlik, digərindən soyuqqanlılıq sıçrayır. Amma lap dərində bir-birilərinə sarılmış durumdadırlar.

 

 

 

– Bəlkə mənə elə gəlir, amma insanlara qoyulan adlar əslində onların fəaliyyətlərini istiqamətləndirir. Bu, sizə qoyulan adda özünü daha çox biruzə verib. Səhv eləmirəm ki?

– Bəlkə də… Amma o qədər gözəl adların altında dünyanın ən böyük rəzalətlərini görmüşəm ki, saymaqla qurtarmaz. Zənnimcə adı mərtəbəyə qaldıran insan şəxsiyyətidir. İnsan adı ilə böyüyür və adını böyüdür, yaxud əksinə. Adıyla, soyadıyla birgə bütöv olan tanıdığım insanların sayı da az deyil. Amma bunun yenə də şəxsiyyətlə bağlı olduğunu düşünürəm. Həmin şəxslər öz adlarını doğruldublar, ad onları şəxsiyyətə çevirməyib.

– Bu günlərdə sizin 50 yaşınız tamam olur. Necə bir ömrünüz olub Elçin bəy? Haradan başlamısınız ömür yoluna?

– Doğrularımla, yanlışlarımla birgə zəngin bir ömür yaşamışam. Qismətimə dəfələrlə “0”dan başlamaq düşüb. Başlamışam və bacarmışam. Həyatım rənglər toplusudur… Bütün ömrümü zamanın iti tərəfinin üzəriylə yürümüşəm. Buna görə də həyatımdakı rənglərin hər birinin belə bir neçə anlamı var. Məsələn, qırmızı rəng ömür palitramın həm çiçək rəngidir, həm qan rəngi… Ömür yoluma bir zaman ziyalıları, işıqlı mühiti ilə öyünən əyalət şəhərindən başlamışam. Bakıda və Sankt-Peterburqda təhsil almışam. Rejissor, kinoteatr direktoru, pedaqoq…, jurnalist, siyasi şərhçi, aparıcı… İlk baxışda bir araya gətirilməsi çətin olan hətta bir qismini sadalamadığım çoxsaylı sahələrin içərisindən keçib gəlmişəm bu günə… Amma bir an belə ədəbiyyatdan, poeziyadan vaz keçməmişəm. Həyatımdan razıyam. Son şeirlərimdən birində yazdığım kimi:

 

Image result for Elcin Mirzəbəyli

 

Bu mənəm e, mənəm, Vətən
Haqqına tamarzı adam.
Ürəyini parçalayan
Güllədən də razı adam…

Dopdolu bir ömür yaşamışam. Söhbət həyatımdakı maddi nemətlərin, hadisələrin zənginliyindən getmir… Mən həyatımı düşüncəmdə və ürəyimdə yaşayıram. Fikirlərimi, hisslərimi zənginləşdirmişəm. Doğmalarıma, Vətənimə olan sevgimi böyütmüşəm, qol-budaq atıb, nəhəng, kölgəsinə minlərlə insanın sığışa biləcəyi bir ağaca çevirmişəm.

– “Bu, mənəm, mənim yolumdur, mənim imzam, mənim amalımdır” dediyiniz o gün hansı ildə olub? Bundan necə əmin olmusunuz?

– Buna çox zaman sərf etmişəm. Təxminən 30-33 yaşlarımda öz yolumu tapdığımı düşünürdüm. Amma son 10 ildə yazdıqlarım məni bir şair kimi yenidən dünyaya gətirdi…
Qənaətimə görə, özümü yenidən kəşf etdiyim zaman kəsiyi 1997-1999-cu illərə təsadüf edir:

 

Related image

 

“Dünya yıxılıb ovcuma
Göydən atılan daş kimi,
Əllərim uçuq minarə,
Barmaqlarım bayquş kimi…”

yaxud

“Göydələnlər arxasında
Boynubükük minarələrindən,
Axşamlar bayquşlar qonan
Gecəqonlularından,
Ünvanını itirən bəndələrindən,
Ümidini itirən dualarından
Xəbərin varmı sənin!
İtirirsən bu dünyanı
Saatbasaat, anbaan.
Yatanlar ayılmaq istəmir yuxudan,
dünyaya sənsizlik dini gəlir,
Tanrım!
Ruhların intihar günü gəlir,
Tanrım,
Xəbərin varmı sənin?!
Bu dünyanın sabahları tükənir,
Tükənir, Tanrım,
bu dünyanın duaları…
xəbərin varmı sənin?!”

Bu şeirlərdən başlayaraq, yalnız özüm kimi yazdım… Nümunə gətirdiyim sonuncu şeiri rəhmətlik Vaqif Səmədoğlu da çox bəyənmişdi və “bu sənsən” demişdi…

– Siz siyasi fəaliyyətlə ədəbi fəaliyyətinizi uğurla davam edirənlərdənsiniz. Bu iki xətt arasında heç dava olubmu? Çatışma, savaş çıxıbmı?

– Çatışma, savaş çıxdığını xatırlamıram. Nə ədəbiyyatı siyasətə, nə də siyasəti ədəbiyyata yaxın buraxmamışam. Aralarında keçilməz bir sərhəd var – Mən! Onları mən seçmişəm və əgər seçdiklərim mənə qarşı çıxarlarsa deməli heç birinə layiq deyiləm. Düşünürəm ki, bu iki xətti paralel şəkildə, bir-birinə sayğı göstərmələrini saxlayaraq yaşatmağı bacarıram.

– “Başımın üstündə göydü deyirlər 
Rəngi sisdə batır, buludda batır. 
Bir parça ümid var ayağım altda – 
Ayağım bir parça ümiddə batır…” Bunu yazdıran hissin adı nədir?

– Anın ovqatı… Bəzən ümid bataqlığa, palçığa, hətta adını çəkmək istəmədiyim ifrazata da çevrilə bilər. Təsəvvür edirsiniz, ümidə bulaşmış ayaqqabıları təmizləmək necə çətindir. Çox çətindir. Sən onu başının üstündə tutursan, hədəflənirsən, bir də görürsən ki, ayaqlarının altına düşüb. Sənin hədəfləndiyin, əlçatmaz hesab etdiyin ümid əslində ayaqqabılarını bulaşdırmaqdan başqa bir işə yaramırmış… İdealları ayaqları altına gömülən bütlər kimi…

 

Image result for Elcin Mirzəbəyli

 

– Mən Allahı sizin kimi sevən görmədim. Nədir aranızdakı?!

– Mənim təsəvvürlərimdəki Allah o qədər böyükdür ki, onu sevməmək mümkün deyil. Tanrını bir an belə unutmuram, unuda bilmirəm… Onun xırda-para işlərlə, məişətlə, insanların kiçik, yaxud böyük qayğılarıyla alış-verişi yoxdur. Mənim üçün Allah sevgidir, eşqdir, mərhəmətdir… Kainatın bütün gözəllikləri ONDA birləşib.

Mənim Ona necə içdən dua etdiyimi görməmisiniz… Görsəydiniz, bəlkə də bu sualın cavabını özünüz tapardınız. Bütün varlığımla Tanrıya bağlıyam. Ona görə də dualarım göy üzündən asılıb qalmır.

– İstəyirəm bir az Anadan bəhs edəsiniz. Sizi dünyaya gətirən o xanımdan… Ömrün əllisində ona sözünüz varmı?

– Anam haqqında iki şeir yazmışam… Zənnimcə sonuncu şeirim anamı azacıq da olsa ifadə edir:

Hər dəfə
Səndən ayrılanda
Qaranlıq düşərdi –
Perrondakı
Solğun lampaların işığında
Saçlarının necə ağardığı
Daha aydın görünsün deyə…

* * *

Səndən sonra…
Alışdım qatar dayanacaqlarına,
Gözləmə salonlarına,
Sonu görünməyən yollara…
Ünvansız mənzillərdə
Edam olunan günlərimin
İniltisinə…

Heyf ki, mən anamın görmək istədiyi mənzilin bir addımlığında olanda onu itirdim. Ona demək istədiklərimi 1 ay öncə məzarı başında dayanıb demişəm. İkimizin arasında olan bir söhbətdi, hamı üçün deyil… Əgər ən çətin anlarımda Tanrıdan sonra anamı köməyə çağırıramsa, hətta onun yoxluğunda belə ruhunun hərarətinə sığınıramsa, bu artıq çox şeyi deyir… Mənim anam dünyanın ən məsum, ən səmimi qadını idi…

 

 

– Övladlarınıza necə?! Yeri gəlmişkən, sizi qayınata olmaq münasibətilə də təbrik edirik.

– Təşəkkür edirəm. Övladlarımla aramda sevgi bağı var, həm də çox güclü. Onların bütün çətinliklərdən alnıaçıq, üzüağ çıxacaqlarına, layiqli övlad olacaqlarına inanıram.

– “Kişi adam olmaq”… Necə düşünürsünüz bu, bir meyyardırmı, əsalətdən doğan məcburiyyətdirmi?! Ümumiyyətlə adamlıq cinsiyyət məsələsidirmi?

– Əsla yox! Əsalət də, adamlıq da cinsiyyətlə bağlı deyil. Kişi kişi, qadın isə qadın olmalıdır və hər ikisi də ADAM olmalıdır. Adamlıq Tanrının verdiyi ən böyük nemət və xarakter məsələsidir. Əsalət də həmçinin… Şəxsiyyət bütöv olmalıdır. Onun çatlarını bər-bəzəklə yamamaq mümkün deyil. Bir şey deyim sizə… ADAMLARIN səhvləri də, yanlışlıqları da Adam kimi olur. Bütöv olur yəni… Özlərini yandırır, başqalarını yox.

– Sonuncu dəfə nə vaxt ürəkdən sevinmisiniz və ya əksinə. Heç hönkürtüylə ağladığınız olubmu?! Göz yaşı nemətdir əslində, içərinin kiri-pası təmizlənir…

– Sonucu dəfə oğlumun toyunda sevinmişəm və kimsənin görməyəcəyi, duymayacağı bir yerə keçib hayqırmışam. Hönkürməmişəm, amma göz yaşlarım da dayanmayıb.

– 50 ildə almağı çox istədiyiniz amma heç cür qismət olmayan nə var?

– Çox şey var əslində… Bəzən başqalarına adi görünən arzular mənim kimi gecə-gündüz bilmədən çalışan insanlar üçün əlçatmaz olur. Mən arzularımın da bəzən ayaqqabılarımı kirlətməkdən başqa bir işə yaramayan ümidə çevrilməsini istəmirəm. Dilə gətirsəm ayaqlarım altına düşəcək. Buna görə də hətta heç vaxt əldə edə bilməyəcəklərimi belə Tanrıdan güc istəyərək əldə etməyə çalışacağam. Təəssüf ki, qürurlu adamları yüzillik ağac kimi kökündən qırılıb yerə yıxılanda sezir insanlar.

– Mən sizə QƏLƏBƏ arzu edirəm! Yeni yaşınızda qələbədən doğan sevincləri yaşamanız diləyilə Tanrı Sizi qorusun!

– Mən də sizə QƏLƏBƏ arzu edirəm. Həm də bütöv, tam qürurlu QƏLƏBƏ! Təşəkkür edirəm əziz bacım!

 

Söhbətləşdi:
Nigar İsfəndiyarqızı

Image result for Elcin Mirzəbəyli

Previous Post

50 yaşın astanasında – “Ümidə bulaşmış ayaqqabılar…”

Next Post

“Azərbaycanın təməl prinsipləri sülh və humanizmdir” – Mehriban Əliyeva

Bənzər yazılar

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Next Post

"Azərbaycanın təməl prinsipləri sülh və humanizmdir" - Mehriban Əliyeva

"Azərbaycanın təməl prinsipləri sülh və humanizmdir" - Mehriban Əliyeva

Son xəbərlər

Kremldən Hindistanın Ukrayna ilə bağlı təklifinə CAVAB

Kremldən Hindistanın Ukrayna ilə bağlı təklifinə CAVAB

08 Oktyabr 2026 - 14:00
Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

08 Oktyabr 2026 - 13:51
Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

08 Oktyabr 2026 - 13:42
Milli ilə vidalaşan Messidən ilk açıqlama

Milli ilə vidalaşan Messidən ilk açıqlama

08 Oktyabr 2026 - 13:30
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

08 Oktyabr 2026 - 13:16
Bu sürücülər cərimə edilməyəcək

Bu sürücülər cərimə edilməyəcək

08 Oktyabr 2026 - 13:08
Rubiodan Ukraynadakı münaqişənin genişlənmə riski barədə XƏBƏRDARLIQ

Rubiodan Ukraynadakı münaqişənin genişlənmə riski barədə XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 13:00
Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

08 Oktyabr 2026 - 12:52
Noyabrda 11 gün iş olmayacaq

Noyabrda 11 gün iş olmayacaq

08 Oktyabr 2026 - 12:45
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

08 Oktyabr 2026 - 12:36
Bu ilin doqquz ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı məlum olub

Bu ilin doqquz ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı məlum olub

08 Oktyabr 2026 - 12:27
Mərkəzi Asiya dövlət başçıları AQEM-in Bakı Sammitinə görülən hazırlıq işlərini yüksək qiymətləndirib – BİRGƏ BƏYANAT

Mərkəzi Asiya dövlət başçıları AQEM-in Bakı Sammitinə görülən hazırlıq işlərini yüksək qiymətləndirib – BİRGƏ BƏYANAT

08 Oktyabr 2026 - 12:20
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08 Oktyabr 2026 - 12:02
Azərbaycan və Türkiyə FIFA reytinqində geriləyib

Azərbaycan və Türkiyə FIFA reytinqində geriləyib

08 Oktyabr 2026 - 11:57
Özbəkistan Prezidenti 2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib

Özbəkistan Prezidenti 2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib

08 Oktyabr 2026 - 11:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.