"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənistan dünyaya təhlükə mənbəyidir

26 Aprel 2017 - 18:29
in SİYASƏT, SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Merts Ukraynaya elan olunmamış səfər edib

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Metsamor AES Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır.

“BMT Baş Assambleyasının 8 dekabr 2016-cı il tarixli A/RES/71/125 qətnaməsi ilə 26 aprel Çernobıl Fəlakətinin Anım Günü elan olunub. 26 aprel 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakəti insanlıq tarixində ən dəhşətli fəlakətlərdən biridir. Çernobıl qəzasından 30 ildən artıq müddətin keçməsinə baxmayaraq, onun doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır”.

Elchi.az-nın xəbərinə görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Çernobıl Fəlakətinin Anım Günü (International Chernobil Disaster Remembrance Day) ilə əlaqədar açıqlamasında deyib.

O bildirib ki, fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycandan 7000 nəfərdən artıq insan iştirak edib: “Çernobil qəzası baş verən dövrdə Azərbaycan qəzadan bilavasitə əziyyət çəkən 7000-dən artıq şəxsin müvəqqəti olaraq ölkə ərazisində yerləşdirilməsi, təminatı, reabilitasiyası və müalicəsini təşkil edib. Hazırda Azərbaycanda 5000 nəfərə yaxın Çernobıl əlili var. Ötən müddət ərzində 2000 nəfərdən artıq Çernobil əlili vəfat edib. Dəhşətlisi odur ki, hətta Çernobil əlillərinin övladları da əksər hallarda radioaktiv şüalanmanın fəsadları və nəticələrindən əziyyət çəkirlər.

Çernobıl Fəlakətinin Anım Günü münasibətilə bu faciədən bilavasitə əziyyət çəkmiş Belarus, Ukrayna və Rusiya ilə həmrəyliyimizi bildirərək, beynəlxalq ictimaiyyətin diqqətini Çernobıl AES-in texnologiyasına əsasən 1976-cı ildə tikilmiş Ermənistan ərazisindəki Metsamor Atom Elektrik Stansiyasının (AES) doğurduğu təhlükəyə cəlb etmək istərdik. Metsamor AES bu gün Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır.

Tikildiyi dövrdən etibarən stansiyada ciddi və köklü təmir işləri aparılmayıb. Metsamor AES xüsusi fəallığı ilə seçilən aktiv seysmik zonada yerləşir. Ermənistanın bu AES-i texniki təhlükəsizlik tələblərinə uyğun olaraq saxlamaq və istismar etmək üçün maddi resursları çatışmır, tələb olunan ehtiyat hissələr vaxtında dəyişdirilmir. Stansiyanın istismarının tələblərə uyğun təmin edilməsi üçün Ermənistanda kadr potensialı çatışmır və SSRİ dövründə təlim görmüş mütəxəssislərin əksəriyyəti ölkəndən miqrasiya ediblər. 11 sentyabr hadisələrindən sonra təyyarələrin bu və ya digər səbəbdən AES-lərlə toqquşması zamanı yeni təhlükəsizlik standartları tətbiq edilsə də, Metsamorun bu tələblərə cavab verməsi ciddi sual altındadır.

Bundan əlavə, Metsamorun fiziki mühafizəsi lazımı qaydada təşkil olunmur. Metsamor stansiyası nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün baza rolunu oynayır və dəfələrlə digər ölkələrin ərazisində Metsamordan çıxarılmış radioaktiv maddələr saxlanılıb. Texnologiyanın köhnə olması və stansiyanın fəaliyyətində texniki təhlükəsizlik qaydalarına lazımınca riayət olunmaması Ermənistan və region üçün ciddi ətraf mühit problemləri yaradır, su hövzələrini və transregional çayları radioaktiv çirklənməyə məruz qoyur. Həmçinin stansiyanın fəaliyyəti qeyri-şəffaf xarakter daşıyır və orada davamlı şəkildə baş verən texniki nasazlıqlar və qəzalar haqqında ictimaiyyətə məlumat verilmir. “National Geographic” tərəfindən Metsamor mövcud AES-lər arasında ən təhlükəli AES kimi qiymətləndirilib”.

H. Hacıyevin sözlərinə görə, bu kimi köklü və ciddi problemlərin olduğu halda, Ermənistanın mənəvi və texniki baxımdan öz resurslarını tükətmiş Metsamor atom elektrik stansiyasının istismarını davam etdirməsi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsiz davranışın növbəti nümunəsidir:

“Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs çıxarmaq əvəzinə bu addımı ilə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur. Bolqarıstan və Slovakiya ərazisində eyni texnologiya ilə fəaliyyət göstərən AES-lərin fəaliyyəti Avropa İttifaqının dəstəyi ilə dayandırılıb. Avropa İttifaqı və digər təsisatlar tərəfindən Ermənistana Metsamor AES-in dayandırılması üçün dəstək təklif edilsə də, Ermənistan bundan imtina edir. Ermənistan Respublikasının bu siyasəti Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın “Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi” və “Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları”, habelə  BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri, həmçinin Sərhədyanı ərazilər kontekstində Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə konvensiyanı (UN Espoo Convention) ciddi şəkildə pozulmasıdır. Fürsətdən istifadə edərək əsasən BMT və onun müvafiq strukturları, o cümlədən AEBA başda olmaqla aidiyyəti beynəlxalq təsisatları, region dövlətlərini, ətraf mühit sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti təşkilatlarını, beynəlxalq kütləvi informasiya vasitələrini, Ermənistan ictimaiyyətində olan sağlam düşüncəli insanları regionu Çernobıl kimi nüvə təhlükəsi ilə üzbəüz qoyan Metsamor AES-in dayandırılması istiqamətində səylərin artırılmasına çağırırıq”.

Previous Post

Ermənistan dünyaya təhlükə mənbəyidir

Next Post

Prezident dünya müharibəsinin Azərbaycana vurduğu zərəri açıqladı

Bənzər yazılar

Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11

Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb. Elchi.az xəbər verir ki,...

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Next Post

Prezident dünya müharibəsinin Azərbaycana vurduğu zərəri açıqladı

Prezident dünya müharibəsinin Azərbaycana vurduğu zərəri açıqladı

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.