"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hamını düşündürən pensiya müəmması: Ən çox verilən 10 suala cavab

06 Aprel 2017 - 16:27
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Hamını düşündürən pensiya müəmması:Pensiya sistemində edilən yeni dəyişikliklər bir sıra suallar doğurub. Elchi.az xəbər verir ki, yaranmış suallar ətrafında iqtisadçı-alim Vüqar Bayramov bəzi məqamlara aydınlıq gətirib.
O, əhalini maraqlandıran 10 suala ətraflı izahat verib.
1. Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?
Cavab:Yeni dəyişikliklərə əsasən pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulduğundan və minimum pensiya məbləğinin 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:
12 il X 12 ay X 110 manat= 144 X 110 manat- 15 840 manat
Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb edilir.
2. Əgər pensiya yaşınadək 15 840 manat yığımaq mümkün olmayıbsa, o zaman pensiyaya çıxmaq üçün həmin məbləği necə artırmaq olar?
Cavab : Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa, o zaman dəyişikliyə əsasən həmin məbləği 2 halda artırmaq mümkündür:
– Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.
– Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5840 manat kəsir var. Bu zaman həmin şəxs özü və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə o əmək pensiyası almaq hüququ qazana bilir.
3. Əgər tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxdursa, bu halda əmək pensiyası ala bilərmi?
Cavab: Dəyişikliklə bu halda istisnalar nəzərdə tutub. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə hər az sosial ödəniş edibsə, o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq minimum məbləğdə əmək pensiyası ala bilir. Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var, amma 25 il iş təcrübəsinə malikdirsə, o zaman da pensiya almaq hüququna malik olur.
4. Pensiya yaşı çatan şəxsin yığım hesabında minimum məbləğdən çox vəsait var, amma onun iş təcrübəsi 12 ildən azdır və bu zaman əmək pensiyası ala bilirmi?
Cavab: Yeni dəyişikliklərə əsasən 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, əgər minimum məbləğ, hətta 5 il ərzində yığılsa da belə həmin şəxs əmək pensiyası almaq hüququna malikdir
5. Əmək pensiyasına pensiya yaşı tamam olmadan çıxmaq mümkündürmü?
Cavab: Bu hal yeni dəyişikliklərə daxil edilməyib və gözlənilir ki, növbəti dəyişikliklərdə bu nəzərə alınacaq. Bu isə o deməkdir ki, mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni, vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa da belə pensiya yaşı tamam olandan sonra ondan istifadə edə bilər.
6. Sosial ödənişlərin neçə faizi vətəndaşın hesabında əks olunur?
Cavab: Yeni qaydalara əsasən, sosial ödənişlər tam olaraq 100 faiz hesabda saxlanılacaq. Son dəyişikliklərədək ödənişlərin 50 faizi yığım hesabında əks olunurdu, digər yarısı cari xərclər üçün istifadə edilirdi.
7. 2006-cı ildən mövcud dəyişikliklərədək olan dövrdə sosial ödənişlərin yığım hesabında əks olunmayan hissəsi, yəni 50 faizi hesablara qaytarılacaqmı?
Cavab:Mövcud dəyişikliklərə əsasən, sözügedən müddətdə hesabda əks olunmayan vəsait 10 faiz hesabın idarəedilməsi və s. xərclər üçün çıxılmaqla digər bütün qalan hissəsi yığım hesabına əlavə ediləcək.
8. Minimumdan artıq yığımlar edən ancaq pensiya yaşı çatmamış və ya pensiya almağa başladıqdan bir müddətdən sonra dünyasını dəyişən vətəndaşların yığımları hansı hallarda onu varisinə ödəniləcək?
Cavab:Ailədə əlilliyə görə pensiya alan, yaşı 18-ə (əyanı ali təhsil alanlar üçün 23) çatmayan övladı varsa və ya həyat yoldaşı pensiya alan şəxslər olarsa bu yığımdan faydanala biləcək. Məsələn, rəhmətə gedən ailə başçısının yüksək əmək haqqı ilə çalışıb və onun hesabında daha böyük məbləğdə vəsait yığılıb. Amma onun həyat yoldaşının pensiya məbləği aşağıdır. Bu zaman o, öz pensiyasından imtina edib rəhmət getmiş həyat yoldaşının pensiyasını ala bilər.
9. Xidməti müqavilə ilə çalışanlar əmək pensiyası ala biləcəklər?
Cavab: Yığım hesabında vəsaitin əmək, yoxsa xidməti müqaviləsi ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək.
10. 25 illik iş stajı ilə bağlı istisna xidmət müqaviləsi ilə çalışanlara aiddirmi?
Cavab:25 il işləyən və aylıq sosial ödənişlər edən hər bir vətəndaş əmək və xidmət müqaviləsi ilə çalışmasından asılı olmayaraq və hesabındakı vəsaitin məbləğinə baxmayaraq pensiya ala biləcək”.
Elchi.az
Previous Post

Hamını düşündürən pensiya müəmması: Ən çox verilən 10 suala cavab

Next Post

Prezidentin qızı və nəvəsi “Cinema Plus”da – FOTO

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post

Prezidentin qızı və nəvəsi "Cinema Plus"da - FOTO

Prezidentin qızı və nəvəsi "Cinema Plus"da - FOTO

Son xəbərlər

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.