"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “O halda susmaq yoluna və ölkənə xəyanətdir” – MÜSAHİBƏ

18 Fevral 2017 - 10:20
in MANŞET
FacebookVatsap

qudret hesenquliyev o halda susmaq yoluna ve olkene xeyanetdir musahibe

Bunu da oxuyun

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

 

– Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də  “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzaladı.  Bu fərmana münasibətiniz necədir?

 

– Mən bu fərmanı çox yüksək qiymətləndirirəm. Təkcə mən yox, məcburi köçkünlər, bütünlüklə xalq bu fərmanı vətəndaşın rifahına yönəlmiş addım kimi qiymətləndirir.

Amma bu fərmanın imzalanmasından pərt olanlar da oldu. Məsələn, Əli Kərimlinin timsalında mən bunu gördüm. Son fərmandan sonra Əli Kərimli bir açıqlama vermişdi və pərtliyini heç cür gizlədə bilməmişdi. O dərəcə pərt olmuşdu ki, açıqlamasından qorxu hiss olunurdu ki, birdən həbs olunmuş cəbrayıllı məcburi köçkünləri də prezident əfv edə, onlar barədə həbs qətimkan tədbiri də dəyişdirilə bilər.  Əli Kərimlinin açıqlamasında elə bir ritorika, üslub seçilmişdi ki, sanki həmin məcburi köçkünləri azadlığa buraxmaz olmaq. Bu də nəyi göstərir? Çox təəssüf ki, Azərbaycanda bir qrup insan var ki, onlara iqtidara hücum etmək üçün bəhanə lazımdı.

 

– Sizcə, həmin məcburi köçkünlər əfv olunmalıdırlarmı?

 

–  Birmənalı olaraq onlar barədəki həbs-qətimkan tədbiri dəyişdirilməlidir. Düşünürəm ki, iqtidar, dövləti idarə edən insanlar kifayət qədər çevik olmalıdırlar. Bizdə bəziləri hesab edir ki, bir qərar verildisə, onu nə dəyişdirmək, nə təkmilləşdirmək olar. Qərara yenidən baxılmasına görə ittiham etmək anormal yanaşmadır. Dövlət aparatı kifayət qədər çevik olmalı, istənilən ziyanlı qərara humanist düzəliş etməlidir. Düşünürəm ki, prezidentin son fərmanı xalqımızın maraqlarına xidmət edən və təxribatçı qüvvələrin ölkədə fəaliyyət bazasını daraldan, onları bir çox imkanlardan mərhum edən qərar idi. Bu fərmanın humanist tərəfi ilə yanaşı, çox böyük siyasi mahiyyəti də var. Bu baxımdan fərman çox yüksək qiymətləndirilməlidir.

 

– Sizin məcburi köçkünlər və korrupsiya əməlləri ilə bağlı müsahibənizdən sonra sosial şəbəkələrdə bir kampaniyaya başlatdılar. Təxminən bu narahatlıqla ki, Qüdrət Həsənquliyev, ümumiyyətlə, niyə belə sərt danışır? 

 

– Bəzi insanlar uzun illərdir ki, müxalifətçiliyi və müxalifət düşərgəsindəki fəaliyyətlərini, tənqidi sanki bir biznesə çeviriblər, “tənqid bazarı” açıblar. Düşünürlər ki, birdən kimsə o bazara girər, kimsə onların çörəyinə şərik olar, onların sosial bazasını əllərindən alar.  Əslində sən bir cür düşünürsənsə, kənardan iqtidarın bir məmuru belə hansısa məsələyə sənin kimi yanaşırsa, bu, səni sevindirməlidir. Daha onun üzərinə getməməlisən ki, sən niyə mən düşünən kimi düşündün, mənim kimi bu münasibəti sən də sərgilədin? Bu da onu göstərir ki, bu adamların psixikasında ciddi qüsurlar var. Bu adamlar bundan heç cür xilas ola bilmirlər, modernləşmək, yeniləşmək imkanları yoxdur. Bu adamların islah olunması çox çətindir. Xalq Hərəkatında olan ağıllı insanlar cəmiyyətin inkişaf prosesi ilə bərabər ölkədə faydalı bir mövqe tutmağa, ölkənin inkişafına öz töhfələrini verməyə çalışdılar. Amma çox təəssüf ki, bir qrup adam dəyişə bilmədi. İndi də bu adamlar hər şeyi yalnız bir rəngdə görmək, ölkənin coğrafi mövqeyini, xalqımızın sosial inkişaf səviyyəsini nəzərə almadan yersiz, bəzən bayağı radikallıq etməklə nəinki demokratiyanın inkişafına töhfə verirlər, bir çox hallarda demokratik proseslərin inkişafına mane olurlar. Sözün doğrusu, mən onlara heç əhəmiyyət də vermirəm. Mən siyasətçi kimi proseslərin gedişi və təcrübə ilə nəticə çıxaranda ki, nəsə düz getmir, yanlışlıqlar var, heç vaxt susmuram. O halda susmaq yoluna və ölkənə xəyanətdir. Əgər mən hiss edirəmsə ki, bu proses son nəticədə ölkədə sosial gərginliyə, qarşıdurmaya yol aça bilər, o zaman heç vaxt susmuram, çünki vətəndaş və millət vəkili, siyasətçi kimi məsuliyyətimi dərk edirəm.

 

“ASAN Xidmətdə sürücülük vəsiqəmi dəyişməyim 5 dəqiqə çəkdi”

 

– Bu həftənin gündəmdə olan məsələlərindən biri də Nəqliyyat Nazirliyinin ləğv edilərək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birləşdirilməsi idi. Sizcə, yenə də struktur islahatlar davam etməlidirmi?

 

– Mən bu prosesə çox yaxşı baxıram. Hazırda Nazirlər Kabinetinin 44 üzvü var, bu bizim ölkə üçün çoxdur İnkişaf etmiş ölkələr var ki, əhalisinin sayına, iqtisadi gücünə görə bizdən çox böyükdürlər, onlarda hökumət üzvlərinin say 20-22 nəfəri keçmir. Üstəlik vitse-prezidentlik institutu, yeni agentliklər, səhmdar cəmiyyətlər, publik hüquqi şəxslər də yaradılır. Ümumiyyətlə, məmur təbəqəsinin çoxalması yaxşı hal deyil. Azərbaycan müharibə vəziyyətindədir, idarəetmə xərclərini minimum azaltmağa çalışmalıyıq ki, həmin vəsaiti ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə sərf edək. Həmçinin, dövlət qulluqçusunun əməkhaqqı azdır. İxtisarlarla dövlət qulluqçusunun əməkhaqqı artırmalıdır ki, o, rüşvət haqqında düşünməsin. Bu günlərdə özüm sürücülük vəsiqəmi dəyişmək üçün ASAN Xidmətdən istifadə etdim. Günün axırı idi, amma ASAN Xidmətdə kifayət qədər adam vardı. Orda sürücülük vəsiqəmi dəyişməyim 5 dəqiqə çəkdi və o qədər xoş hissələrlə ASAN Xidmətdən ayrıldım ki! İnsanlarımız üçün burada nə qədər rahatlıq təmin olunub. Çox müxtəlif dövlət xidmətləri bir binada təşkil olunub. Adam dövlətilə fəxr edir, qürur hissi keçirir. Binanın daxili interyeri elə təşkil olunub ki, orada heç neqativ hal da mümkün deyil. Hər tərəfdə kameralar var, dövlət rüsumları yazılıb, şəffaflıq yüksək səviyyədə təmin olunub.

 

– Deputat kimi “Asan xidmət”də sizi növbədənkənar qəbul etdilər?

 

– Qətiyyən. Heç əvvəlcə mənim deputat olduğumu bilmədilər. Növbəyə dayandım, sıramı aldım, yalnız xidmət vaxtı deputat olduğumu bildirilər.  Şəxsiyyət vəsiqəmi və sürücülük vəsiqəsini yoxladılar, fotomu çəkdilər, 18 manat 20 qəpik dövlət rüsumununu bank filialına ödəyib qəbzi gətirəndə artıq vəsiqəm hazır idi. Mənə ən çox xoş gələn o oldu ki, xidmətin səviyyəsini qiymətləndirməyə də şərait yaradılıb.

 

ASAN Xidmət modeli göstərir ki, bizim millət olaraq buna qabiliyyətimiz var. Bir çox dünya ölkələri də ASAN Xidmətdə işin təşkilini nümunə kimi öyrənirlər, doğrudan da bu bir Azərbaycan brendidir. Bunu digər dövlət orqanlarında da etmək lazımdır ki, hər yerdə şəffaflıq təmin olunsun. Niyə ASAN Xidmətin əməkdaşları şəffaflığı təmin etmək üçün avtobusla, qatarla hansısa rayona getməlidirlər ki, orda şəffaf və normal xidmət göstərilsin? İslahatlar davam etdirilməli və bu model bütün strukturlarda tətbiq olunmalıdır.

Previous Post

Qüdrət Həsənquliyev: “O halda susmaq yoluna və ölkənə xəyanətdir” – MÜSAHİBƏ

Next Post

Trampın maşınını daşa basdılar

Bənzər yazılar

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər. Elchi.az...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59

Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Nişdə (Serbiya)...

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57

2026-cı ildə "Formula 1" Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Elchi.az...

Next Post

Trampın maşınını daşa basdılar

Son xəbərlər

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

04 Sentyabr 2026 - 17:37
2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

04 Sentyabr 2026 - 17:25
Vitkoff və Kuşner bu həftə sonu Moskva və Kiyevə səfər edəcəklər

Vitkoff və Kuşner bu həftə sonu Moskva və Kiyevə səfər edəcəklər

04 Sentyabr 2026 - 17:18
Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib

Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib

04 Sentyabr 2026 - 17:09
İspaniyada tarixi göstərici: Sentyabrda rekord 45,7 dərəcə isti qeydə alınıb

İspaniyada tarixi göstərici: Sentyabrda rekord 45,7 dərəcə isti qeydə alınıb

04 Sentyabr 2026 - 16:58
Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

04 Sentyabr 2026 - 16:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.