"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

APREL ƏFSANƏSİ -Sərkərdə və RƏHBƏR qətiyyətinin vəhdəti

17 Fevral 2017 - 22:28
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

APREL ƏFSANƏSİ -Sərkərdə və RƏHBƏR qətiyyətinin vəhdəti

və yaxud hərb və sülhün tarixi qəhrəmanları haqqında bir neçə söz
TARİXƏ EKSKURS: Alp dağlarının qəhrəmanı yetmiş yaşlı türk kökənli Suvorov idi – bizə onu rus xalqının sərkərdəsi kimi sevdirib, onunla fəxr etməyi təlqin edirdilər. Ölkələr fatehi Napoleon Bonapartı isə gətirib Vaterloo çölləməsində uduzdururdular – yəni ki, “xəşildə barmaq sındıran” Napoleon dağlar qartalı Suvorovun ölkəsinə hakim ola bilməz!
Müharibədə qaliblik təkcə silahla deyil, həm də təcrübə və ilk növbədə isə… təbliğatladır!
Levitan əldən getmiş Stalinqrad haqqında məlumatı elə oxuyurdu, sanki qələbəni almanlar yox, sovetlər qazanmışdı.
Bir aydan bir az çox sonra tam bir il olacaq “Lələtəpə qalibiyyəti”nin ildönümü!
Və mən tam bir ilə yaxındır yazmaq, soruşmaq istəyirəm: Lələtəpə azad olanda neçə nəfər ağladı… sevincindən!?
Və mən tam bir ilə yaxındır ki, soruşmaq istəyirəm: həmin dövrdə Rusiyanın ultimativ “döyüş dayandırılsın” bəyanatından sonra neçə nəfər dərk etdi ki, Qarabağ probleminin həlli təkcə iqtidarın vəzifə borcu və öhdəliyi deyil! Bunu dərk edəndən sonra isə… neçə nəfərin dizi qatlandı, ürəyi qırıldı və içinin tüstüsü nəinki öz, nəinki Lələtəpə, Vaşinqtonda Ağ Evin, Parisdə Eyfel, Moskvada Ostankino qülləsinin təpəsindən yayıldı Allahın dərgahınacan!? Neçəsi bir daha və yenidən başa düşdü ki… “ah, yazıq Vətən” nidası Mirzə Cəlilin sinəsindən təkcə ona görə qopmayıb ki, bu xalqın bozbaş mollaları, cahil Novruzəliləri, kitab-dəftər oxumaq istəməyən fatmanisə-tükəzbanları var və bunlarla heç hara getmək olmaz bir yana, hətta nəinki həyətimizi və evimizin içini itirmiş olarıq, eyni zamanda həyatımızı və dövlətimizi qeyb edərik – yəni ki Vətənimiz belə yazıqlaşar, əgər bizim oxumuşlar, üləmalar anlamasa ki, Azərbaycanın dörd tərəfi, üstəlik də altıyla birgə üstü də düşmənlərlə doludu?
İndi qloballaşma dövrüdü deyənə, hamı qlobal fikirləşdi, Şimal Buzlu okenanını Atlantik okeanına, o ikisini də qalan o biri iki okeana, yeddi dənizin suyunu da gətirib bir gölə caladılar! Həm də Lələtəpə qələbəsi br az unuduldu, bir az unutduruldu, bir az da gileylilik yaratdı. Fəqət… Lələtəpə qələbəsi, bütövlükdə aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin dünyaya demarşı idi!
 
Əzələ nümayişi də demək olardı buna! Üstəlik “qarşınızda mən varam” xarizmasını sərgiləmək idi həm də! Ulu Öndər Heydər Əliyev genetikasının söhbət Azərbaycanın maraqlarından, ərazi bütövlüyü və dövlət təhlükəsizliyindən gedərkən dəfələrlə sərgilədiyi sərkərdə və rəhbər qətiyyətinin təzahürüydü! Bu, eyni zamanda Ali Baş Komandanın öz müdafiə nazirinə güvəninin, onun ordunun vəziyyəti və şəxsi heyətin döyüş ruhu barədə etdiyi məruzələrə inamın ifadəsiydi!
Cənab Prezidentdə tam əminlik vardı və bu əminlik hələ də qalır, qalacaq da: hər bir əsgər, hər bir komandir bu Vətəni qalib etmək gücündədi! Sadəcə bu dəfə bu döyüşün qəhrəmanının adı Mais Bərxudarov oldu!
Ötən müddətdə daha çox hərbi-vətənpərvərlik ruhuna önəm verən bir sayt rəhbəri kimi, onlayn və print mətbuatın monitorinqini apararkən, gəldiyim qənaət bu oldu: biz hətta qələbələrimizi və qalibliyimizi yetərincə qiymətləndirmirik! Geosiyasi və geoiqtisadi düzəndə və savaşda özümüzü və dünyanı təmsil etdiyimiz müstəvidə tərəzidə öz çəkimizi düz çəkə bilmirik!
Özüm deyirəm və özüm inandığım kimi də istəyirəm ki, hamı inansın: hamı – sıravi əsgəri Mübariz İbrahimov, komandiri Mais Bərxudarov olmalıdır! Ki… nə bizimlə düşmən kimi üz-üzə qoyulan və bu rolu oynamağa məhkum edilən ermənilər, nə də supergüclər özlərini diktant və dominant hesab etsinlər!
Biz hələ ki bunu bacarmırıq! Çünki… Mais Bərxudarov kimi sərkərdəmizi təqdim və təbliğ edə bilmədik!
Düzdür, Mais Bərxudarov dövlət və Ali Baş Komandan tərəfindən layiqincə mükafatlandırıldı! Ancaq geniş xalq kütləsi bu qədər önəm verilmiş, yüksək tutulmuş bir ordu generalını tam tanımasa, Mais Bərxudarovla bitmiş olacaq bizim qəhrəmanlıq tariximiz!
Mais Bərxudarovun təbliği, loru dillə desək, tərifi heç kimi qısqanclığa, paxıllığa, yaxud da pərdəarxası düşüncələrə sürükləməməlidi! Hərçənd bəzi ağzıgöyçəklər “kontrfakt”larla bizim təbliğati-təşviqati dəstəyimizə də təpki göstərmək cəsarətində ola bilər.
Həmən də cavabımız var: bizim xalq quduranları dəstəkləmir, qəhrəmanları alqışlayır!
“Aprel əfsanəsi” Mais Bərxudarovun haqqında sosial şəbəkələrdə rast gəldiyim maraqlı bir hekayət: vətəndaşlarımızdan biri oğluyla Bakı-Qazax yolunu maşınla gedərkən yolüstü hərbi texnikanın sırayla dayandığını görüb israrla onlara tamaşa etmək istəyini dilə gətirir. Texnikaya baxmaq üçün komandirdən icazə almağa elə uşağın özünü göndərən ata maraqlı bir olaya şahid olur. Komandir məlumatlı birini uşağa qoşur, texnikaya baxışdan sonra uşağı yanına çağırır və Azərbaycanın himnini soruşur. Yüksək səviyyədə himni oxuyan uşağı mükafatlandırmaq üçün komandir müvafiq göstəriş verir!
Təbii ki, bunu “12 yaşlı oğlum da mənimlə birgə bu Vətən uğrunda döyüşməyə hazırdı” deyən Mais Bərxudarov edə bilərdi. Məhz Mais Bərxudarov ruhlu komandir uşağın texnika ilə tanış olmaq istəyinə uşaq şıltaqlığı kimi yox, vətən üçün əsgər və ya zabit olmağa hazırlaşan fədai timsalında baxa bilərdi!
Mais Bərxudarov həm də kəşfiyyatçı olub və baxmayaraq ki, sosial şəbəkələrdə geniş yayılsa da, fəxrlə vurğulansa da, qürurla gündəmə gətirilsə də şücaətləri, məlum səbəblərdən onun kəşfiyyat qəhrəmanlıqlarını xüsusi formada qabartmağı məqsədəuyğun saymırıq! Sadəcə deyirik və inanın: Mais Bərxudarov kəşfiyyatçı kimi misilsizdir!
Mais Bərxudarovun daha bir üstün cəhəti: hansı birləşmədə (korpusda) xidmətindən asılı olmayaraq, hər zaman bölgə camaatının sevimlisi olub. Hər regionda yüzlərlə insan onun dəyərli zabit, ləyaqətli vətəndaş olmağından istənilən qədər misal çəkər.
Artıq o günlər arxada qalıb, indi desək də eyb etməz: ordumuzun çətin günlər yaşadığı dönəmlərdə həmişə olduğu kimi, qəhrəmanlığı ilə göz önündə olan Mais Bərxudarovu Ulu Öndər Heydər Əliyev növbəti şücaətinə görə evlə mükafatlandırmaq istəyir. Birbaşa Prezidentə “xahiş edirəm, mənim evim var, o evi şəhid olmuş zabitimizə verin” deyəndə Heydər Əliyevi təəccübləndirən Mais Bərxudarovun özündən xeyirxah obrazı yaratmaq cəhdi yox, zabitdə, əsgərdə, şəhid ailəsində məhz Ali Baş Komandana sevgi, rəğbət oyatmaq, sevginin, rəğbətin ünvanının məhz Ali Baş Komandanın olması düşüncəsiydi! Axı, Ulu Öndər az “pesevdopatriot” görməmişdi! Mais Bərxudarovun səmimyyəti və Ali Baş Komandana sədaqəti onu onsuz da bir gün qəhrəman edəcəkdi, bu döyüş olmasa da belə!
 
TARİXƏ İSTİNAD: SSRİ müharibə dövründə “za Stalinu” deyib əsgərindən irəlidə duraraq irəli cuman sərkərdələriylə qalib oldu – bunu ki danmaq olmaz!!!
Mais Bərxudarov tankın üstündə durub “puşka”dan sallanaraq “irəli” deyib irəlidə olaraq əsgərlərini qələbəyə apara bildi!
Və… Mais Bərxudarov hər zaman – leytenantlıqdan generallığacan özünü general kimi aparıb!
Bu yerdə Jak-Şaban Delmasın Şarl de Qoll haqqında xatirələrindən bir faktı yazmağı məqbul sayıram: “Hərbi hissədə döyüş və taktiki hazırlığa baxış keçirilərkən həftəboyu ali baş komandan yoxlama zamanı çox fikirli idi. Yoxlanışa yekun vurularkən hərbi hissə komandirinə töhmət elan edən ali baş komandan səbəbini belə izah edir: bu oğlan (əliylə Şarl de Qollu göstərərək) niyə indiyə qədər serjant deyil? Hərbi hissə komandirinin cavabı heyrətamizdir: o özünü general kimi aparır, mən ona necə serjant rütbəsi verim?”
Tarix Şarl de Qollun doğrudan da dahi sərkərdə olduğunu təsdiqlədi!
Ən böyük arzusu doğulduğu Qubadlıya, ordakı ata evinə qalib və general kimi getmək olan Mais Bərxudarova arzusuna çatmağı arzulamaqdan başqa bir şey qalmır: döyüş başından əskik olmasın, cənab general, çünki sən həmişə bizi qələbə ilə sevindirəcəksən!
Yazımızı isə… bir vaxtlar Mais Bərxudarovla eyni hərbi hissədə xidmət etmiş, ehtiyatda olan zabit həmkarım – o həm də mənim kimi, jurnalistika fakültəsinin məzunudur, –  Əlisəfa Mehdiyevin fikriylə tamamlayıram:
1995-ci ildə bu cavan oğlan Yaşmada – xidmət etdiyim xüsusi təyinatlı hərbi hissədə baş leytenant rütbəsində bölük komandiri idi. Təzəcə tanıdığım bu yaraşıqlı zabiti xüsusilə izləyirdim.
Həssas, məsuliyyətli, səmimi, sadə, təmkinli, o vaxt üçün, o yaş üçün yetərincə savadlı idi.
Bir çox maneralarını müşahidə edəndən sonra dedim ki, Mais, bajoğlu! Sən deyəsən, bu cəhdlərinlə general olmaq istəyirsən?!
Ciddi şəkildə dedi:
– Cənab “zampolit” (o vaxt hələ də “zampolit” deyirdilər), burada yox, Qubadlını alanda general olmaq istəyirəm. Dədəmin evinə general kimi, qalib general kimi getmək istəyirəm!
Qəti şəkildə dedim:
– Sən general olacaqsan!!! Mən buna əminəm!
Bir gün eşitdim, tabor komandiridir.
Bir gün eşitdim, briqada komandiridir.
Bir gün eşitdim korpus komandirinin müavinidir!
Bir gün də TTM toplantısında dedilər ki, bu polkovnik rütbəli cavan oğlan general-leytenant vəzifəsi olan korpus komandiri vəzifəsinə təyin edilib. Tapıb bağrıma basdım! Dedim, sənə demişdim axı, sən general olacaqsan! Hələ Qubadlıya çatmamış GENERAL oldun!
Dedi, yooox, müəllim! General olmaq üçün hələ hazır deyiləm.
Bir gün də eşitdim ki, korpus komandiri Mais Bərxudarov adi tank ekipajının komandiri kimi Lələtəpəyə hücum edib. Ordu onun dalıyca yürüyüb! “Ölümdən korkanlar kahraman olamaz!” demişdi Qazi Mustafa Kamal! Mais Lələtəpəyə qəhrəman yürüş etdi! Qazandı! 
Savaş meydanında general alan tək-tük generallarımızdan biri oldu!
Mən ta onu görəndə “bajıoğlu” deməyəcəm. Ədəblə hərbi salam verib, “Mənim Generalım!” deyəcəm!
Qürurun nə olduğunu duydunuzmu, arxadaşlar!?
Eyni fikri biz də bir də təkrarlayırıq: qürur duyun və həm də özünüzü qürur mənbəyinə çevirin! 
Aqil Alışov 
Mq.Az saytının baş redaktoru,
ehtiyatda olan baş leytenant
Previous Post

APREL ƏFSANƏSİ -Sərkərdə və RƏHBƏR qətiyyətinin vəhdəti

Next Post

Musiqimizin trümolası

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Musiqimizin trümolası

Yeni müharibə taktikası - Bakı 2 paytaxtla hərbi ittifaqı təzələyir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.