"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Musiqimizin trümolası

17 Fevral 2017 - 22:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

Musiqimizin trümolası

Aydın Canıyev
O həm də muğamın nakomanı, səsin qumarbazı, fitrətən sufidi.
Onun ən böyük üstünlüyü dünyanın ən qədim ikinci peşə sahibləriylə danışmamasıdı!
Onun ən böyük xoşbəxtliyi onu danışdıra biləcək həddə qədər adamların az olmasıdı.
Onu xilas edən ən böyük siyasət siyasətə qoşulmamasıdı!
Onu sevdirən ən gözəl xüsusiyyət səsinin ənginliyi, ənginlikdə səsimiz olmasıdı.
Onu dəyərləndirən ən şirin uğuru fatehliyindədi. Lakin yerlə göyün arasında qalan bu fateh nə yerin, nə də göyün sahibidi. O, sadəcə, yerlə göyün arasında dolaşan ruhumuzun fatehidi. Dilmancdı Allahla muğamı dərk edənlər arasında!
Bu fatehliyə yol isə nə qədər qəribə olsa da, başlanğıcını “narkomanlıq”dan götürüb.
“Muğamın narkomanı”
…məsələn:
– Arif Babayev “sənsiz, ey şux…” oxumağıyla;
– Fatma Mehrəliyeva “Sarıtorpaq” şikəstəsinin “Kəsmə-…şi” ilə;
– Xan Şuşinski “Mənsuriyyə”;
– Əlibaba Məmmədov “Dəşti”… oxumağıyla möhürləyiblər ifaçılıqlarını (adbaad sadalamaq uzun çəkər).
Yəni, hərəsi ayrı-ayrılıqda bir muğamı, ya da dəstgahı oxuyub! Lap elə minnət qoymayıb deyək ki, yaxşı oxuyublar. Bəs Alim neyləyib?
Alimin elədiyi nə müğənnilikdi, nə də xanəndəlik. Çünki vokal oxuyan estrada oxumur, caznan məşğul olan xalq mahnıları.
Bu, “narkomanlıq”dı – muğama narkotik kimi aludəçilikdi.
Bütün başqaları oxuyanda bilirsən ki, harda hansı xalı vuracaq, pətənəyi harda ayaq verməyə məcbur edəcək. Tavandan o üzləri yoxdu!
Bəs Alim nətəridi?
Hə, Alimdə yenə “narkomanlıq”dı. Hər hansı bir muğamın və yaxud dəstgahın ikinci, üçüncü, beşinci oxusunda ifa tərzi hər dəfə orijinal maneradadı..
Bura qədər narkomanlıqdı!
Əvvəla, Alimin hər hansı bir muğamı və yaxud dəstgahı ən azından ona görə fərqlənir ki…
SÖZARASI: Bir dəfə “zayadlıy narkoman”dan soruşdum ki, dədə, çəkəndə nə hiss edirsən? Başladı nə başladı:
– beləsini çəkəndə ləpələnirəm;
– eləsini çəkəndə gülürəm;
– o birisində ağlayıram;
– digərində Şiri-Xurşid, bir ayrısında dəvəsi ölmüş ərəbin mərsiyəxanı oluram.
Heç bir izahata varmadan, təklif edirəm: Alimin ifasında səslənən muğamları bir-bir dinləyin və baxın – oxuyur, ağlayır, ağrıyır, döyüşür, Məcnun, Fərhad, Xosrov, Kərəm… hamısını YARADIR! O biriləri… OXUYUR! Sadəcə oxuyur, özü də pis oxumurlar, çox da yaxşı oxuyurlar. Amma Alim yaradır! Nəyi?
Bir də baxın videokasetə: hər bir muğamın və yaxud dəstgahın ifası minimum monotamaşadı; dekorasiya öz yerində, akustika tam nəzərə alınıb, ansambl var, əsas məsələ odu ki, hansı muğam hansı xassəyə malikdi, o xassə proyeksiyalanır!
Əsas məsələ buracan olan narkoman “vıxodka”ların təqdimatı da deyil. Əsl iş bundan sonradı! Bundan sonra “qumarbazlıq” gəlir!
“Səsin qumarbazı”
Bura qədər Alimin etdiklərini ayrıları da tərsliyinə salıb da düzüb qoşa bilər – bircə muğamın, yaxud da ki, dəstgahın ifasında. O birilərinin düzüb qoşa bilmədiyi Alimin etdiyi “qumarbazlıq”dı. Bu məqamlarda Alim səsin taleyiylə oynayır! Əvvəla, zildə oxuyan ustadlar olub, var, olacaq. Alimə qədər də, Alimdən sonra da Alimin elədiyini eləmək mümkün olmayacaq: bu, zildən zilə qalxıb da zildə oxumağı davam etdirə bilmək məharətidi!
Vəssalam!
Buna nail olmaq yalnız kamil bir sufinin işidi!
Sufilik həm də gözbağlayıcılıq və fitrətən xariqüladəlikdi. Ən müxtəlif yollarla sufilik mənsəbinə-məqamına yüksəlmək olar. Alim buna ən riskli, yüzdəyüz faizə ehtimalla nail olub:
– səsin diapozonu bütün muğam və dəstgahların BƏMDƏN ZİLƏ keçilməsiylə yoxlanılıb;
– səsin diapozonu bütün muğam və dəstgahların ZİLDƏ ifasında tamamlanıb;
– səsin diapozonu bütün muğamların və dəstgahların ZİLDƏN ZİLƏ keçməklə ifasında möhürlənib, üstəlik də…
Alim Qasımov 1980-ci ildə Nəriman Qasımovdan “beş” alan iki tələbədən biri olsa da, həm də qədim Çin fəlsəfəsi uşudan irəli gələn keyfiyyətlərə malikdi.
Onda orta əsrlər sufizminə, M.Füzuli qəzəllərinə mükəmməl bələdlik də etiraf olunmalıdı (etiraf etmək istəməyənlər M.F.Axundov adına kitabxananın arxivində Alim Qasımovun oxucu anketinə nəzər yetirə bilərlər). Düzdü, Akif İslamzadə belə bir bacarığa qabil olmağını dilə gətirib, lakin bunun Alimin payına düşdüyünü vurğulayıb. Məhz bu fikrə istinadən deyirik ki, sufilik təkcə müvafiq təmrinləri öyrənib ağılla, savadla həyata keçiriləsi missiya da deyil, axı…
Bu, artıq allahın izni olmayan bir işdi! Hərçənd bizə Vaqif Mustafazadənin instrumental ifaçılığını nümunə göstərə bilsələr də, yenə də Alim Qasımov balansına düşmür.
Ən nəhayət, nə Alimi fars və Qarabağ muğam ənənələrindən uzaq düşməkdə ittiham eləmək lazımdı, nə də Bakı kəndlərindən qaynaqlanan bir istedad kimi qiymətləndirmək.
Alim Qasımov, sadəcə, hər üç muğam ifaçılıq mədəniyyətinə bələddi, amma özü bir məktəb yaradıb. O məktəbin yetirmələri isə yalnız özləri bəndələrin gözünə “narkoman, qumarbaz” kimi görünən sufilər ola bilər! Fitrətən “narkoman, qumarbaz və sufi” olanlar!
Alim məhz belə “narkomanlıq, qumarbazlıq və sufilik” hesabına muğamın fatehidir!
Amma Alim Qasımovun bütövlükdə musiqimizdə yerindən söhbət açası olsaq, deməyə borcluyuq:
– Musiqimizin Xanı var – Padşahı da dünyaya gələ bilər, Seyidi var – Axundu da tapılar. Bülbülü də üstündən, can alan Yavəri ilə Münəvvəri nə qədər gözəl olsa, onları Yaradan Xaliq yenə xarüqələr yaratmağındadır, ancaq Alim Qasımov bu musiqi kəhkəşanının heç vaxt oxunmayacaq TRÜMOLASIdır – hər zaman, hər keçiddə!!!
SON SÖZ ƏVƏZİ: Alim Qasımov o xoşbəxtlərdəndir ki, etirafı üçün can atmır! 90 il əvvəl “Vilayəti-şikəstə”nin ifasına görə “Şərq musiqisinin peyğəmbəri” adını almış ustad sənətkarlardan sonra “Vilayəti-şikəstə” oxuyub hücrəsinə qapılması həm də cəsarətin və ifaçılıqda kişiliyn trümolasıdı! – çünki Alim Qasımovun oxuduğunu bir daha bir kimsə bir oktava yuxarı oxumaq qüdrətində olmayacaq! Buna heç Allahın özü icazə verməmişdi Alim Qasımova. Bu bir “kopolu oxumaqlıq idi” (Hacıbaba Hüseynov), biz gördük!
Bu “kopolu oxumaqlığın” da FA-sı Respublika sarayında verdiyi sonuncu konsertdə möhtəşəmcəsinə təsdiq olundu.
Alimpərəstlərdən olan dostumuz Tahir danışıb: “həmin o konsertdə Alim sanki insanları muğama hamilə edib onları bari-həmlini yerə qoymağacan özlərindən alırdı. Təsadüfən böyrümüzdə oturan, aşağıdan bir az aşağı, yuxarıdan bir az yuxarı geyinmiş üç qızın da zalda olduğunun fərqinə vardım. Əslində muğam ardı, abır-həyadı, bu “əxlaqda” qızların Alimin ifasından nə alacaqlarını düşünməyimin badına gedib eyni zamanda onları da izlədim. Zal Alimi ayaq üstə alqışlayanda o üç qızın məmnunluqdan heyi yox idi!”.
Bir də belə “kopolu” oxuyan olacaqmı Sən yaratdığın dünyada, İlahi?!
YAZIYA SÖZARDI:
Əslində Alimdən yazilmamalıdı! Yazan odu!
Əslində Alim müsahibə verməməlidi: onunla söhbət ilahilikdən vəhy kimi gəlir – Muğamın Quranını ayə-ayə çatdırır!
Əslində 46 yaşı ayın 14-də tamam olmuş Alim haqqında son söz onun 62 yaşında deyilməlidi – peyğəmbərliyin bitdiyi yaşda!
Təəssüflər olsun ki, Allah daha nə peyğəmbər göndərir, nə də möcüzə yaratmağa icazə verir.
Əslində mən Alimdən bir “kopolu” yazı yazmaq istəyində idim. Yazası olsaydım, bütün içimi aparardı bu yazı – bir daha yazmağa güc və hey saxlamazdı məndə.
Akif İslamzadənin dediyinə qayıdıram: Alimin qismətinə düşmüş paya şərik olmaq, – lap yazı yazmaqla belə, – səsdən məhrumluğa gətirib çıxarır…
Mən 16 il sonraya saxladım o yazını – onda rahat olar! /avqust 2003/
Previous Post

APREL ƏFSANƏSİ -Sərkərdə və RƏHBƏR qətiyyətinin vəhdəti

Next Post

Yeni müharibə taktikası – Bakı 2 paytaxtla hərbi ittifaqı təzələyir

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Yeni müharibə taktikası - Bakı 2 paytaxtla hərbi ittifaqı təzələyir

Yeni müharibə taktikası - Bakı 2 paytaxtla hərbi ittifaqı təzələyir

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.