"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əli Məsimli: “Korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi işin vacib tərəfidir”

17 Yanvar 2017 - 10:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Əli Məsimli: “Korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi işin vacib tərəfidir”Hökumət dəyişsə, ölkədə korrupsiya və rüşvət azalarmı?

 
“Korrupsiya qarşı mübarizədə idarəetmənin təşkilatı strukturunun kadr islahatları ilə tamamlamaqla təkmilləşdirilməsi mühüm rol oynayır. Bununla belə, bütün ciddi problemlərin həllinin effektiv üsulu kimi, korrupsiyaya qarşı mübarizənin də magistral yolu cəmiyyət həyatının bütün sahələrini əhatə edən mütərəqqi islahatlardan keçir”.
 
Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, bəzi ekspertlər ölkədə hökumətin dəyişməsini mövcud neqativlərdən çıxış yolu kimi görür. Bu yanaşmanın tərəfdarlarının fikrincə, əgər hökumət dəyişərsə, Azərbaycanda mövcud olan korrupsiya və rüşvət də müəyyən müddətdən sonra aradan qaldırılar, yaxud aparılan mübarizədə effektli nəticələr əldə etmək olar.  
Yeri gəlmişkən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 16-da  keçirdiyi mətbuat konfransında korrupsiyaya qarşı mübarizə ilə bağlı bəzi detalları açıqlayıb. Onun sözlərinə görə, 2016-cı il ərzində keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında tutulub. İdarə rəisi qeyd edib ki,  bundan əlavə, Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb. (APA) Dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir.
Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya16,6 %-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Dövlət başçısı da daim korrupsiya və rüşvətə qarşı mübarizənin zəruriliyi barədə tapşırıqlar verir, həmçinin yaradılan qurum tərəfindən bir sıra işlər görülür. Ancaq bəzi müşahidəçilər sistemli dəyişikliklər aparılmadığı halda, arzuolunan nəticəni mümkün saymır.
Ə.Məsimli isə hesab edir ki, korrupsiyaya qarşı mübarizə ümumdövlət və cəmiyyətin birgə işi olmalıdır: “Korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaqdan ötrü dövlət-hakimiyyət orqanları, cəmiyyət və biznesin effektiv kombinasıyasına nail olunmalı, dövləti içəridən yeyib çürüdən, islahatları, sosial problemlərin həllini ləngidən, əhalinin güzəranının yaxşılaşmasına ən ciddi maneə olan bu bəlaya qarşı mübarizədə birgə, əlaqələndirilmiş və sistemli tədbirlərin həyata keçirilməsi çox vacibdir”. Deputat həmin tədbirlərin içərisində aşağıdakı məqamların xüsusi yer tutduğunu vurğuladı: “İdarəetmənin təşkilati strukturunun müasir dövrün və yeni çağırışların tələblərinə uyğun surətdə və əsaslı kadr islahatları ilə tamamlanmış şəkildə təkmilləşdirilməsi, vitse-prezidentlər institutunun optimal variantda uğurlu formalaşdırılması; hazırkı dövrün problem, təhlükə və çağırışlarına adekvat cavab verə bilən, islahatçı, öptimal olçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla tətbiq etməyi bacaran, çevik hökumət modelinə keçilməsi; korrupsiyaya qarşı mübarizədə iqtisadi üsullarla inzibati üsulların optimal kombinasiyasına nail olunması; ölkədə qanundan yuxarıda durma probleminin həll edilməsi, hüququn aliliyinin təmin edilməsi; məhkəmə islahatının aparılması və dövlətçilik mövqeyindən müstəqil və səmərəli fəaliyyət göstərən məhkəmə sisteminin formalaşdırılması; inhisarçılığın aradan qaldırılması”.
Ancaq Ə.Məsimli sadalanan bu amillərin də köklü dəyişikliklər üçün yetərli olmadığını vurğuladı. Onun sözlərinə görə, radikal və davamlı islahatların köməyi ilə inhisarlaşmış, korrupsiyalaşmış münasibətlərdən normal institutlaşmış, sivil bazar münasibətlərinin tələblərinə uyğun bazar münasibətlərinə keçilməsi də önəmli məsələdir: “Eyni zamanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi azadlıqlar, azad sahibkarlıq və azad rəqabətə, şəffaflıq, hesabatlılığa yol açan və orta təbəqənin genişlənməsinə meydan yaradan islahatların dərinləşdirilməsi, korrupsiya ilə mübarizə üzrə qəbul edilmiş xüsusi qanun və proqramın daha dolğun şəkildə həyat keçirilməsi, dövlət sektorundakı maaşların özəl sektordakı ilə müqayisə olunan səviyyəyə çatdırılması, dövlər strukturlarına çalışanlar arasında yaxşını pisdən, təmizi rüşvətxordan fərqləndirən meyarların tətbiq edilməsi işinin genişləndirilməsi də vacibdir . Eyni zamanda daha çox korrupsiyalaşmış məmurların müasir dövrün tələblərinə cavab verən yeni kadrlarla əvəz edilməsi işin vacib tərəfidir. Bundan əlavə, dövlət işlərində təmiz işləyənlərin təşviqləndirilməsi və önə çəkilməsi üsulunun ənənə səviyyəsinə qaldırılması, korrupsiyaya qarşı mübarizədə dövlətlə yanaşı, cəmiyyətin və biznesin də rolunun artırılması, cəmiyyətin xeyli hissəsinin korrupsiyaya qarşı biganə münasibətinin aradan qaldırılmasına yönəlik tədbirlərin həyat keçirilməsi, onun sağlam və mütərəqqi notlar üzrə müqavimət qabiliyyətinin artırılması və korrupsiyaya qarşı ictimai ikrahın formalaşdırılması, vəzifəli şəxslərin gəlirlərinin hər il bəyannamədə göstərilməsi və onların dərc edilməsi sahəsində qəbul edilən qanunvericilik sənədlərinin reallaşdırma mexanizminin hazırlanması və tətbiq edilməsi kimi məsələlər həllini tapmalıdır”.
Previous Post

Əli Məsimli: “Korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi işin vacib tərəfidir”

Next Post

Ermənistan batır – erməni ekspertlərdən SOS siqnalı

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Ermənistan batır – erməni ekspertlərdən SOS siqnalı

Ermənistan batır – erməni ekspertlərdən SOS siqnalı

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.