"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Erməni analitiklərindən Rusiyaya qarşı sərt ifadələr

21 Dekabr 2016 - 14:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Erməni analitiklərindən Rusiyaya qarşı sərt ifadələr

İqor Muradyan: “Ermənistan hakimiyyəti boş, qorxaq, 30 rubla nökərçilik etməyə hazır cəmiyyətin əksidir”
 
Ruben Mehrabyan: “Rusiya kimi müttəfiqmiz olduqdan sonra bizə başqa düşmən lazım deyil”
Ermənistanın tanınmış analitiklərindən İqor Muradyan “ABŞ və Ermənistan arasında siyasi-hərbi sazişin faktorları” adlı məqaləsində ölkə rəhbərliyini xarici siyasətdə tutduğu mövqeyə görə sərt sözlərlə tənqid edib.
Muradyan məqaləsində Rusiya meylli erməni cəmiyyəti haqqında ağır ifadələr işlətməkdən çəkinməyib.
İ.Muradyan yazır: “Hələ “Qarabağ uğrunda hərəkat”la bağlı aksiyalar başlayan zaman məlum idi ki, olduqca primitiv və ruhən korrupsiyalarmış cəmiyyətdə fəaliyyət göstərməli olacağıq. İnsanlar fədakarlıq və cəsarət nümayiş etdirsələr də, hərəkata daxil olan sarsaqların sayı da çox idi.
Hərəkatın rəhbərliyinə isə təkcə Rusiyaya vassal meylli büdcə təşkilatlarının sahibləri deyil, həm də isterik və təcrübəsiz adamlar da daxil olmuşdu. Hakimiyyət ələ keçirilsə də mahiyyət etibarı ilə heç nə dəyişmədi.
Ermənistan demək olar ki, var-yoxdan çıxdı, ermənilər müxtəlif vağzallara qaçışdılar, siyasi qruplar tamamilə satılaraq hakimiyyət dairələrini öz patronları olaraq qəbul etdilər.
Ermənistana qarşı ən böyük cinayət isə onun qərb cəmiyyətindən, NATO və Avropa Birliyindən uzaqlaşdırılması oldu.
Ermənistan Rusiya tərəfindən hər yandan bloklanmış vəziyyətdədir. Hakim dairələrdə rus agenturasına xidmət edən iyrənc şəxslər daxil olub.
 Əlbəttə, vəziyyətin bu həddə çatmasında Ermənistanı bu vaxta qədər idarə etmiş prezidentlərin də günahı var. Lakin məsələ təkcə prezidentlərdə deyil.
Ermənistan hakimiyyəti boş, qorxaq, 30 rubla nökərçilik etməyə hazır cəmiyyətin əksidir, bu həmişə belə olub.
Ermənistan böyük imkanlarını əlindən qaçırıb və təhlükəsizlik sərtləri və faktorlarının olmadığı bir həddə gəlib çatıb.
Qeyd etmək lazımdır ki, erməni cəmiyyəti bu məsələdə əsl irsi sədaqət nümayiş etdirir. Hakimiyyət strukturları ətrafında daha şərəfsiz və satqın, yeni nəsil peyda olub. İndi Rusiyadan aralanmanın təhlükəli olduğu təlqin edilir. Bundan daha degenerativ fikir tapmaq mümkün deyil. Bu ideyanın əsas daşıyıcıları isə Ermənistanın gənc nəslinin nümayəndələridir. Özü də erməni gənclərinin Azərbaycanla müharibədə Rusiya silahları ilə öldürüldüyü bir situasiyada…”.
Müəllif məqaləsində Ermənistanın Rusiya ilə yaxınlaşması sayəsində Azərbaycana nisbətən Qərblə daha uzaq məsafədə dayandığını vurğulayıb:
“NATO demokratiya ilə bağlı şərtlərə xüsusi diqqət edir.
Lakin demokratiya sahəsində bir çox problemlərlə xarakterizə olunan Azərbaycan NATO-nun Əfqanıstanda və başqa bölgələrində əməliyyatlarda fəal iştirak edir və alyans tərəfindən etibarlı partnyor kimi tanınır.
Demokratiya ilə bağlı nisbətən daha az problemli sayılan Ermənistan isə Rusiya və KTMT ilə müttəfiqliyi ucbatından ABŞ və NATO ilə strateji münasibətlər qura bilmir”,- Muradyan məqaləsində qeyd edib.
Ermənistanın digər tanınmış siyasi icmalçısı Ruben Mehrabyan isə “Bu nə sülh, nə barışdırma, nə də Kemp-Deviddir” adlı məqalədə ölkənin ilk prezidenti Levon Ter-Petrosyanı partiyanın qurultayında Rusiya ilə bağlı səsləndiridiyi fikirlərə görə tənqid edib. Xatırladaq ki, Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin həllinin açarının Rusiyanın əlində olduğunu söyləmişdi.
“Qarabağ münaqişəsi Rusiyanın postsovet məkanında ən sevimli münaqişədir. Rusiyanın əlində isə münaqişənin həllinin deyil, qızışdırılmasınn açarı var. Erməni tərəfi isə bu açarı Rusiyanın əlindən almağı bacarmalıdır”- müəllif qeyd edir.
“Moskva indi erməni tərəfinin birtərəfli güzəştləri sayəsində  münaqişənin “həndəsəsini” dəyişdirərək, regionda öz iştirakını genişləndirmək və münaqişə tərəflərini öz sülhməramlılarını bölgəyə yerləşdirməyə vadar etməyə cəhd edir”, – Mehrabyan yazır.
“Azərbaycan və erməni xalqları sülhə gələrək, dinc və mehriban qonşuluq münasibətlərində yaşaya bilərlər. Bu cür sülh Misir və İsraildə olduğu kimi kompromislər yolu ilə əldə edilə bilər. Lakin Kemp-Deviddə olduğu kimi, sülh Rusiyasız, Rusiyaya rəğmən, onu təşəbbüsü olmadan, onun “aktiv səyləri” ilə həyata keçirilmədən və ən əsası onun rəhbərliyi altında baş vermədən əldə edilməlidir.
Əlbəttə, biz bütün bunlara görə öz “strateji müttəfiqimizə” minnətdar olmalıyıq, çünki belə bir müttəfiq olduqdan sonra bizə başqa düşmən lazım deyil”,- Mehrabyan yazıb.
Previous Post

Erməni analitiklərindən Rusiyaya qarşı sərt ifadələr

Next Post

MKİ, Mİ6, Vatikanın inanılmaz Türkiyə – Planı

Bənzər yazılar

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30

AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyi...

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

15 Oktyabr 2026 - 12:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib. Elchi.az...

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

15 Oktyabr 2026 - 12:48

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir. Elchi.az xəbər verir ki, bu barədə “Flightradar24” saytına istinadən məlumat yayıb....

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

Next Post

MKİ, Mİ6, Vatikanın inanılmaz Türkiyə - Planı

MKİ, Mİ6, Vatikanın inanılmaz Türkiyə - Planı

Son xəbərlər

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

15 Oktyabr 2026 - 17:48
Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50
BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

15 Oktyabr 2026 - 16:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

15 Oktyabr 2026 - 16:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.