"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

5 rayon söhbəti təzələnir

07 Dekabr 2016 - 09:42
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Kremlin yeni Qarabağ oyunu – 5 rayon söhbəti təzələnirRusiyanın 2017 ssenarisi – Türkiyə də prosesin içində; Qərb gözləmə mövqeyindəykən, Moskva bir əldə bir neçə “qarpız” saxlamağı planlayır və Ankaranı da razı salmağa çalışır ki…; ekspertlərin yaxın perspektivə proqnozları; Qarabağa FTX nəzarət edir?..

 
Dağlıq Qarabağ problemi ətrafında bəzi diqqətçəkən gəlişmələr var. O sırada Rusiyanın yeni xarici siyasət konsepsiyasında Qarabağ münaqişəsinin də Kreml üçün prioritetlər arasında yer almasını və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Alanyada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən dərhal sonra Bakıya səfər edərək, burada Qarabağla bağlı verdiyi mesaj və açıqlamalar maraq doğurur. 
 
Bu arada siyasi təhlilçilər Ankara-Moskva əməkdaşlığının getdikcə dərinləşməsi fonunda Dağlıq Qarabağ düyününün açılması ilə bağlı ehtiyatlı təxminlər səsləndirməyə başlayıb. Belə ehtimallar var ki, Yaxın Şərqlə, Suriya ilə bağlı perspektiv anlaşmalar bu iki regional supergücün Güney Qafqaza dair də bəzi ortaq işbirliyini şərtləndirə bilər. Bununla belə, Rusiyanın güddüyü hədəflərdən dolayı, Ankara və Bakının daha diqqətli olması da önə çəkilməkdədir.  
***
“Moskva Türkiyəyə Suriyada cüzi güzəştlər etməklə Ankaranı razı salmağa çalışır ki, Azərbaycana təsir göstərsin”. Bu sözləri axar.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Onun fikrincə, Rusiya sanki Qarabağ probleminə dair Ermənistanla üst-üstə düşən fikirlərini Türkiyəyə də təlqin etməyə çalışır.
“Hazırkı proses təxminən belədir: ənənəvi Dağlıq Qarabağ qalır, onun ətrafındakı rayonlar hissə-hissə Azərbaycana geri qaytarılır və referendumla Qarabağın son statusu müəyyənləşdirilir. Ortada bir keçid statusu məsələsi var, hansı ki, ruslar onu da işə salıblar. Bu da 5 rayonun azad olunması müqabilində Dağlıq Qarabağa aralıq statusun verilməsidir. Ancaq Azərbaycan münaqişənin yeni Madrid prinsipləri əsasında nizama salınmasını tələb edir”,  – ekspert qeyd edib.
Image result for Dağlıq Qarabağ
 
Politoloq hətta Rusiyanın Türkiyəni Dağlıq Qarabağın tənzimlənməsi istiqamətində bəzi məsələlərlə bağlı razı salmağa çalışdığını bildirib: “Moskva Suriyada Türkiyəyə cüzi güzəştlər etməklə Ankaranı razı salmağa çalışır ki, Azərbaycana təsir göstərsin və Dağlıq Qarabağ ətrafındakı rayonları qismən azad etməklə erməniləri qane edəcək statusu bizə qəbul etdirsin. Proses olduqca ağır mərhələdən keçir. Prezident İlham Əliyev buna Tərtər və Ağdam səfərində çox açıq və birmənalı cavab verdi. Ölkə rəhbərinin mövqeyi sona qədər dəyişməz olaraq qalır – baxmayaraq ki, Rusiyanın mövqeyi tamamilə Ermənistanın tərəfindədir və eyni zamanda Moskva Ankaraya da təsir göstərməklə Bakını müəyyən kompromislərə getməyə, Dağlıq Qarabağ məsələsində razı salmağa çalışır. Bütün səylərə rəğmən, Azərbaycan Dağlıq Qarabağ məsələsində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.
Image result for Lavrov Çavuşoğlu
“Moskva hazırda iki istiqamətli siyasət yürüdür”. Bunu isə politoloq Arzu Nağıyev deyib. Onun qənaətincə, hazırda Rusiyanın əsas prioriteti regionda yenidən nüfuz qazanmaqdır: “Kreml nəyin bahasına olursa-olsun, həm nüfuzunu saxlamaq, həm də beynəlxalq təşkilatlara Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu göstərmək istəyir. Qərbin tələblərindən biri budur ki, əgər Rusiya özünü daim SSRİ sələfi kimi təqdim edirsə, deməli, müharibə ocaqlarının qarşısını almağa birbaşa cavabdehdir. Ona görə də Qərb əsas oyunçu olduğu üçün Qarabağ məsələsinin həllini də Rusiyaya həvalə edib”.
Politoloqun sözlərinə görə, Moskva Qarabağ məsələsini sona çatdırmasa, bu, onunçün böyük problemlərlə nəticələnə bilər: “Üstəlik, Rusiya iri layihələrin hamısından təcrid oluna bilər. Məhz bunun başa düşən Putin indi bu istiqamətdə müvafiq addımlar atır və münaqişənin həllini xarici siyasətdə prioritet kimi qəbul edir. Ancaq unutmaq lazım deyil ki, Rusiya və Ermənistan KTMT-də bir cəbhədədir. Bir sözlə, Moskva hazırda iki istiqamətli siyasət yürüdür”.
***
Göründüyü kimi, əslində Kreml Dağlıq Qarabağla bağlı ikili, hətta üçlü oyun oynamağa başlayıb və Türkiyənin sayəsində bir əldə bacardıqca çox “qarpız” saxlamağa yönəlib. Əsas hədəf şübhəsiz, Rusiyanın Güney Qafqazda, Yaxın və Orta Şərqdə özünün geosiyasi maraqlarını təmin etmək, böyük bir bölgədə hərbi cəhətdən daha da möhkəmlənməkdir.
Ancaq bizi təbii ki, ən çox ölkəmizin ərazi bütövlüyünün bərpası, Qarabağ danışıqlarında milli mənafeyimizə cavab verən dönüşün olmasıdır. Rusiya bu yöndə üzümüzə gələn ildə hansısa pozitiv töhfəsini verəcəkmi? Aktual suallardan biri budur.
Image result for Kreml
Əfsus ki, ona indilikdə nikbin cavab yoxdur. Bir şeyi əminliklə yazmaq olar ki, Rusiya Dağlıq Qarabağda sülhməramlı adı ilə hərbi kontingent yerləşdirmək planından əsla vaz keçməyib və konfliktin həllində irəliləyişi də öncəliklə bu plan kontekstində mümkün sayır. 
İstisna deyil ki, Moskva Türkiyənin Azərbaycana təsirini artırmasını ilk növbədə buna görə istəyir. Bütövlükdə isə ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik qrupunun da özünün son hesabatında vurğuladığı kimi, gələn il Rusiya münaqişəli zonalardan istifadə edərək, postsovet ölkələrində öz itirilmiş mövqelərini bərpa etməyə çalışacaq.
***
Bu xüsusda nüfuzlu analitik və jurnalist, Dövlət İlya Universitetinin professoru Oleq Panfilovun fikirləri də diqqətçəkicidir. Ukrayna mətbuatına müsahibəsində o bildirib ki, keçmiş SRRİ ərazisindəki bütün münaqişələr postsovet ölkələrinin qarmağa keçirilməsi və onların Moskvanın təsir dairəsindən çıxmaması üçün hazırlanıb (virtualaz.org ).
Image result for Oleq Panfilov
“Qarabağ və postsovet məkanındakı bütün separatçı regionlar Kremlin icadıdır. Əlbəttə, Abxaziyada, Qarabağda, Dnestryanı bölgədə münaqişələr üçün tarixi zəmin də mövcud olub. Gürcülərlə abxazlar arasında etnik gərginlik hələ 70-ci illərdən var idi. Dnestryanı bölgədə də belə olub” – Panfilov deyib.
Onun sözlərinə görə, Qarabağda situasiya ondan asılı olacaq ki, Moskva bu münaqişəni nizamlamaq istəyir, ya yox. Politoloq hesab edir ki, hazırda Kremlin belə niyyəti yoxdur.
“Qarabağda rus qoşunları mövcud deyil. Ancaq Qarabağ müharibəsi təzə başlayanda bu, muzdluların müharibəsi idi. Ukraynalı və rus təyyarəçilər Azərbaycan aeroportlarından qalxıb Stepanakerti (Xankəndi-red.) bombalamağa uçurdu, orada isə onlara yerdən rus zenitçilər atəş açırdı. İndi situasiya başqadır. Lakin Qarabağa son hesabda Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət olunur. Rusiya nə vaxt oradan çıxsa, Qarabağ da onda sakitləşəcək” – təhlilçi bildirib.
Oleq Panfilovun fikrincə, məsələdə tarixi xüsusiyyət də var: “Son 200 ildə ermənilər Rusiya siyasəti ilə bağlı olublar. Ona görə də erməni cəmiyyətinin içərisindən Rusiyaya qarşı olan adamların çıxmasını izləmək maraqlıdır. Erməni cəmiyyətinin bir hissəsi başa düşür ki, Kremllə ittifaq gec-tez dalana aparıb çıxaracaq”.
Ekspertin qənaətincə, operativ planda Rusiyaya Cənubi Qafqazda Gürcüstan daha çox lazımdır: “Çünki bu, bütün Cənubi Qafqazı ələ keçirmək üçün əlverişli platformadır. Tarixdə bu yaşanıb. 19-cu əsrdə ruslar Fars və Osmanlı imperiyalarına qarşı müharibə üçün Gürcüstanda nəhəng baza yaratmışdılar” – Panfilov əlavə edib.
***
Bəs qarşıdakı ildə Moskva əsas hədəfinə çata biləcəkmi, yaxud nəhayət, 2017- Qarabağ üçün açılım ili olacaqmı? Sonuncu sualın cavabı yəqin ki, Rusiyanın təkcə Türkiyə ilə deyil, həm də ABŞ-la, prezident V.Putinin isə Ağ Evin təzə sahibi D.Trampla münasibətlərindən asılı olacaq. 
Hələ ki ABŞ, bütövlükdə Qərb Qarabağ məsələsində gözləmə mövqeyindədir. Belə görünür, daha bir səbəb Ankara-Moskva tərəfdaşlığının hara kimi inkişaf edəcəyi ilə bağlı Qərbin gözləmə mövqeyi tutması ilə ilgilidir. Sözsüz ki, Trampın formalaşdıracağı komandadan da az şey asılı olmayacaq.        
Previous Post

5 rayon söhbəti təzələnir

Next Post

İsrailin İranla hərbi əməkdaşlığı üzə çıxdı – Dünya şokda

Bənzər yazılar

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Next Post

İsrailin İranla hərbi əməkdaşlığı üzə çıxdı – Dünya şokda

İsrailin İranla hərbi əməkdaşlığı üzə çıxdı – Dünya şokda

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.