"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

ABŞ həmsədrini dəyişir, Rusiya Ermənistanla birgə ordu yaradır, işğal isə davam edir – ŞƏRH

22 Noyabr 2016 - 15:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Dağlıq Qarabağla bağlı üç xəbərə bir nəzər

Noyabr ayı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisə ilə yadda qaldı. Ayın əvvəlində Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlərə başladı.

Prezident İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən Ermənistanın işğal etdiyi torpaqların azad ediləcəyini bir daha vurğulayıb və bu ilin aprelindəki dördgünlük döyüşləri xatırladaraq bildirib: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi nəhayət dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır”.

Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər keçirdiyi günlərdə isə Rusiya və Ermənistanın Qafqazda kollektiv təhlükəsizlik zonası çərçivəsində birgə ordu yaradacaqları açıqlandı. Rusiya Prezidenti Vladimir Putinə təqdim olunan layihədə birgə ordunun Qafqaz bölgəsində tərəflərin təhlükəsizliyini təmin etmək məqsədilə yaradılacağı qeyd olunub.

Müqavilənin 5 il müddətinə imzalandığı və tərəflərin müddəti artırmaq ehtimallarının da olduğu vurğulanıb. Sənədin layihəsinə əsasən, bu ölkələrdən birinə silahlı hücum olarsa, o biri bunun qarşısının alınmasında iştirak edəcək. Bu orduya Ermənistanın Ali Baş Komandanı komandanlıq edəcək. Bununla belə, ordunun fəaliyyəti məsələsində Rusiya Ali Baş Komandanı ilə məsləhətləşəcək. Daha doğrusu, Ermənistan Ali Baş Komandanı bu orduya formal olaraq, gözdən pərdə asmaq xatirinə rəhbərlik edəcək, bütün məsələlər Moskva tərəfindən tənzimlənəcək.

Əslində, belə bir qurumun yaradılması daha çox Ermənistana stavka edən, onu hər addımda dəstəkləyən Qərb ölkələri, o cümlədən ABŞ, Fransa və Almaniya üçün də narahatlıq yaratmalıdır. Çünki Ermənistan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına qatılıb, Avropa İttifaqının “Şərq Tərəfdaşlıq Proqramı”nın üzvüdür. Başqa sözlə, Yerevan bir yandan özünü Qərbə inteqrasiya edən ölkə kimi göstərir, o biri yandan isə Qərbin rəqibi ilə Qafqazda birgə ordu yaradır.

Ermənistan mətbuatının yazdığına əsasən, birgə ordu haqqında müqavilə qüvvəyə minəndən sonra Rusiya Ermənistanda 5 korpusa komandanlıq edəcək.

Düzdür, sənədi şərh edən Ermənistan Müdafiə Nazirlyi bildirib ki, bununla mövcud hərbi qruplaşmaların fəaliyyəti qanuniləşdirləcək. Ancaq məsələnin məğzi müqavilənin mahiyyətində və onun perspektiv gücündədir. Əsas sual budur – Rusiya bu anlaşmadan necə və kimə qarşı istifadə edəcək?! Heç şübhəsiz, bu, ilk növbədə, Qafqazda Qərblə maraqları üst-üstə düşənlərə, yaxud onunla strateji müttəfiq olanlara qarşı yönəlib. Etiraf etmək lazımdır ki, Cənubi Qafqazdakı dövlətlər Rusiyadan güclü deyil. Bu baxımdan rus-erməni birgə ordusu ilk növbədə Qərbin maraqlarına qarşı yaradılıb. Nəzərə almaq lazımdır ki, Rusiya NATO-nun Avropada Şərqə doğru genişləndiyini görür və bundan ciddi narahat olur.

Bundan başqa, Ermənistan Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqdir.

Belə bir ordunun yaradılması bir daha sübut edir ki, Azərbaycan torpaqlarını Ermənistan təkbaşına işğal altında saxlaya bilməz. Bir daha təsdiqləndi ki, bunun müəllifi ərazisi böyük olduğundan torpağa ehtiyac duymayan, yaxud belə ərazidən öz təhlükəsizliyini qorumaq üçün istifadə edən havadarıdır.

Çünki Ermənistanın iqtisadiyyatını artıq Rusiyanın “Qazprom” şirkəti idarə edir. Bu ölkənin siyasi hakimiyyəti Moskvanın məsləhəti ilə hərəkət edir. Bir müddət əvvəl Rusiya ilə Ermənistan arasında hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında razılaşma əldə edilib. Bu anlaşma uyğun prosedurlar başa çatdıqdan sonra həyata keçəcək. Bu prosedur isə başa çatmaq üzrədir.

Odur ki, Ermənistan bu hərbi ittifaqla bütövlükdə Rusiyadan asılı vəziyyətə düşür. Belə bir dövlətin mövcudluğu isə daha çox formal xarakter daşıyır.

Qarabağla bağlı əsas xəbərlərdən biri də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin tutduğu vəzifədən gedəcəyi haqdadır. O, 2013-cü ilin avqustundan bu vəzifəni daşıyır. C.Uorlik bildirib ki, həmsədr kimi səlahiyyət müddəti bu ilin dekabrın 31-də başa çatacaq və fəaliyyətini Rusiyanın “Yeqorov, Puqinski, Afanasyev və tərəfdarları” adlı tanınmış hüquq firmasında davam etdirəcək.

Qeyd edək ki, oktyabrda Fransanı təmsil edən Pyer Andryönü Stefan Viskonti əvəzləyib.

Rusiyalı təmsilçi İqor Popov isə 2011-ci ildən bu vəzifədədir.

Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlər səlahiyyət yiyəsi olmadığından onların bir-birini əvəzləməsindən qeyri-adilik gözləməyə əsas yoxdur. Onlar söz aparıb gətirən əlaqələndiricilərdir. Həmsədrlər ya burada fəaliyyət göstərərək diplomatik təcrübə toplayır, ya da bu qrupdan təqaüdə gedirlər. Lap Ceyms Uorlik kimi.

Dağlıq Qarabağın işğaldan azad edilməsində onların şəxsi rolu sıfır səviyyəsindədir.

Bu məsələdə Azərbaycanın əsas istəyi, tələbi işğalçının torpaqlarından çıxmasıdır. Mövcud vəziyyət isə Azərbaycanı, təbii olaraq qane etmir. Çünki beynəlxaq hüquq və ədalət Azərbaycanın tərəfindədir.

Ərazi bütövlüyü ilə bağlı Azərbaycan qarşısında şərt irəli sürüb, kompromisdən danışan əsas iki dövlətdən biri ABŞ-dır.

Amma dünyanın supergücünün özü də ərazi bütövlüyü problemi ilə üzləşə bilər. Bu dövlətin ərazi bütövlüyü məsələsi ilə bağlı bir xəbər yayılıb.

“Yes California” hərəkatının üzvləri “Calexit” şüarı ilə çıxış edirlər. Yəni Kaliforniya ştatının ABŞ-ın tərkibindən çıxması haqda referendumun keçirilməsi ilə bağlı təklifi ştatın Baş Prokurorluğuna təqdim ediblər. Kaliforniyanın ABŞ-ın tərkibindən çıxmasının tərəfdarları 2018-ci ildə səsvermənin keçiriləcəyinə ümidvardırlar. 2019-cu ildə isə onlar bu ştatın müstəqilliyini elan etməyi planlaşdırırlar.

Prokurorluğa belə bir müraciətin edilməsinə təkan verən amil Donald Trampın ABŞ prezidenti seçilməsidir. “Yes California” hərəkatının həmtəsisçisi Ruis Evans deyib ki, D.Trampın ABŞ prezidenti seçilməsi Kaliforniyanın müstəqilliyi prosesini sürətləndirəcək.

ABŞ əhalisi və onun bütövlüyünü, qüdrətli olmasını istəyən siyasətçilər və siyasi dairələr buna razı olacaqmı? Əsla yox. O zaman dünyanın supergücü niyə başqa dövlətin ərazi bütövlüyünün parçalanmasına qarşı sərt və birmənalı mövqe tutmur? Bu elə ATƏT-in Minsk qrupunun yerdə qalan iki həmsədrinə də oxşar kontekstdə aiddir.

Beləlikə, noyabrda Dağlıq Qarabağla bağlı üç hadisəyə nəzər saldıq. Məlum oldu ki, Azərbaycan tərəfi öz haqlı tələblərinin yerinə yetirilməsini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Ceyms Uorlik Minsk qrupunun həmsədrliyindən təqaüdə gedir. Mövcud münaqişənin həllində maraqlı olduğunu bəyan edən Rusiya isə işğalçı ilə birlikdə ordu qurur. Bütün bunlar isə işğalçının xeyrinə olan amillərdir.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

ABŞ həmsədrini dəyişir, Rusiya Ermənistanla birgə ordu yaradır, işğal isə davam edir – ŞƏRH

Next Post

Gülnarə Kərimova zəhərlənərək öldürülüb – Şok iddia

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Gülnarə Kərimova zəhərlənərək öldürülüb – Şok iddia

Gülnarə Kərimova zəhərlənərək öldürülüb – Şok iddia

Son xəbərlər

Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.