"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Kredit borcuna görə şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzluqdur

15 Noyabr 2016 - 11:42
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

 Kredit borcuna görə şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzluqdurEkspert: “Bu, hüquq və azadlıqlara birbaşa ziddir; DİN: ”İddialar həqiqəti əks etdirmir”

Ölkədə problemli kreditlərin həcmi artdıqca, buna qarşı yeni üsullar da düşünülür, vətəndaşlara kreditlərini ödəmələri üçün müxtəlif təzyiqlər edilir. Daha öncə bankların kredit borcunu vaxtında ödəməyən vətəndaşlara qarşı inzibati  təzyiqlər etməsi,  hətta onların evlərinə “qolu zorlu” əməkdaşlarını göndərməsi ilə bağlı mətbuat səhifələrində çoxsaylı məlumatlar dərc olunub. 
Belə görünür ki, indi də tamam fərqli üsula əl atılıb. Belə ki, deputat Fazil Mustafanın Milli Məclisdə çıxışı zamanı səsləndirdiyi fikrə görə, artıq vergi, kredit borcu olanların şəxsiyyət vəsiqələrinin vaxtını uzatmırlar.  Məsələ ilə bağlı deputat tam olaraq aşağıdakıları bildirib: “Azərbaycanda bir sıra xidmətlərin ”ASAN xidmət”ə verilməsi çox yaxşıdır. Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Vətəndaş nə etsin ki, devalvasiya baş verib, nəticədə o, yoxsullaşıb və kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bu hüququ məhdudlaşdırmağın mənası yoxdur”.
Image result for Anar Hüseynov
Məsələ ilə bağlı “ASAN xidmət”in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi “ASAN xidmət”də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: “Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir”.
Problemin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a bildirdi ki, bu cür yanaşma doğru deyil: “Çünki şəxsiyyət  vəsiqəsinin verilməməsi ilə bağlı vergi və ya kreditin olması fərq etmir. Hər hansı bir vergi borcunun olması insanların şəxsiyyət vəsiqəsinə çıxış imkanını əlindən almır. Heç bir qanunda verilməyən halların içərisində bu, nəzərdə tutulmayıb. Eyni zamanda da kredit borcları, yaxud da şəxsin dövlətə olan bir öhdəliyinə görə başqa hüququndan məhrum olunması doğru yanaşma deyil. Şəxsin şəxsiyyət vəsiqəsi və ya xarici pasportu bütün hallarda onun şəxsiyyətini müəyyən edən və istisnalar olmadan təqdim edilən sənəddir. Yəni Azərbaycan vətəndaşının bütün hallarda şəxsiyyət vəsiqəsi olmalıdır. Onu identifikasiya edən sənəd şəxsiyyət vəsiqəsidir. Vətəndaş borclu olduğu, olmadığı zaman da onu identifikasiya edən sənəd şəxsiyyət vəsiqəsi sayılır. Qeyd olunan yanaşma bilavasitə hüquq və azadlıqlara ziddir. Bu, praktikada tətbiq olunsa da, hüquqda yeri yoxdur. Hüquqdan kənar praktikalar isə Azərbaycanın imicinə də zərər verir”.
Image result for Ələsgər Məmmədli
Ə. Məmmədliyə görə, ümumiyyətlə, şəxsiyyət vəsiqəsinin verilməmə məsələsi ola bilməz: “Qeyd etdiyimiz kimi, bu, insanları identifikasiya edən sənəddir. Hətta həbsxanada olan şəxsin də şəxsiyyət vəsiqəsi olmalıdır. Şəxs Azərbaycan vətəndaşıdırsa, bu sənədi almalıdır. Yaş kateqoriyasında fərq varsa, başqa formada alacaq. Bütünlükdə şəxsin vəsiqəni almasına məhdudiyyət qoyan bir hal yoxdur”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə qəzetimizə bildirildi ki, kredit borcu olanların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Məlumatda qeyd olunur ki, istisna hal yalnız mülki-hüquqi öhdəliklərin icrasından yayınan və məhkəmə tərəfindən barəsində axtarış verilən şəxslərə şamil edilir. Qalan bütün hallarda vətəndaşlar istədiyi vaxt şəxsiyyət vəsiqəsinin alınması və yenilənməsilə ilə bağlı müraciət edə bilərlər. Qeyd olunub ki, hüquq-mühafizə orqanları ilə heç bir problemi olmayan, şəxsiyyət vəsiqəsinin alınmasında yaxud dəyişdirilməsində çətinlik çəkən vətəndaşlar Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edə bilər.
Əlavə edək ki, DİN-in saytında şəxsiyyət vəsiqəsi ilə bağlı aşağıdakılar qeyd olunur: “Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin sənədləri. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Şəxsiyyət vəsiqəsi 2 halda müvəqqəti alına bilər: vətəndaş həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda – hərbi xidmət başa çatanadək; barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş və müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqan tərəfindən müvəqqəti alınır və əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır”.
Previous Post

Kredit borcuna görə şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzluqdur

Next Post

Azərbaycanda baş redaktor, redaktor və müxbir həbs edildi

Bənzər yazılar

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

30 Sentyabr 2026 - 13:52

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik edilməsi nəzərdə tutulur. Elchi.az xəbər verir ki, bununla bağlı protokolun...

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 13:30

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya...

Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

30 Sentyabr 2026 - 13:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan...

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 12:44

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya...

Next Post

Azərbaycanda baş redaktor, redaktor və müxbir həbs edildi

Azərbaycanda baş redaktor, redaktor və müxbir həbs edildi

Son xəbərlər

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

30 Sentyabr 2026 - 17:20
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

30 Sentyabr 2026 - 17:12
İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

30 Sentyabr 2026 - 17:04
Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

30 Sentyabr 2026 - 16:57
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

30 Sentyabr 2026 - 16:49
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:45
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

30 Sentyabr 2026 - 16:40
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:37
Hərbçilərin əməkhaqları 22,8% artacaq

Hərbçilərin əməkhaqları 22,8% artacaq

30 Sentyabr 2026 - 16:24
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

30 Sentyabr 2026 - 16:16
Səfir: Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq

Səfir: Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq

30 Sentyabr 2026 - 16:08
Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

30 Sentyabr 2026 - 16:00
Qarabağda avtobus parkı yenilənir: 18 milyon manatlıq layihə icra olunacaq

Qarabağda avtobus parkı yenilənir: 18 milyon manatlıq layihə icra olunacaq

30 Sentyabr 2026 - 15:43
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

30 Sentyabr 2026 - 15:38
“McDonald’s” Ukraynada menyusunu ixtisar edib

“McDonald’s” Ukraynada menyusunu ixtisar edib

30 Sentyabr 2026 - 15:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.