"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yüksək səslə Putinə dedi: “Yox, sən atəş açmağı dayandır!”

24 Oktyabr 2016 - 21:10
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Yüksək səslə Putinə dedi: “Yox, sən atəş açmağı dayandır!”

“Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) ölkələrinin prezidentlərinin ötən həftə Berlində keçirilən danışıqlarının sensasion detalları yayılıb.
Virtualaz.org xəbər verir ki, Ukraynanın “Liqa” saytı bu ölkənin danışıqlarda iştirak etmiş nümayəndə heyətindəki mənbəyə istinadən prezident Pyotr Poroşenkonun rusiyalı həmkarı Vladimir Putinlə sərt polemika apardığını bildirir.
Xatırladaq ki, “Normand dördlüyü” ölkələri Donbassda hərbi əməliyyatların dayandırılmasına dair Minskdə razılaşma əldə ediblər. Lakin bu razılaşma yerinə yetirilmir. Elə Berlin görüşü də bu məsələ ilə bağlı təşkil edilmişdi.
Məlumata görə danışıqların mətbuata qapalı keçən hissəsində Ukrayna nümayəndə heyəti Minsk razılaşmasının yerinə yetirilməsinin mümkün olmadığını, bunun səbəblərinin Donbass separatçıları tərəfindən atəşkəsin tez-tez pozulması və Rusiyanın bölgəyə silah göndərməyi dayandırmamasıo olduğunu bildirib. Ukrayna tərəfi deyib ki, hərbi eskalasiya davam etdikdə Kiyev Donbassın statusu haqda qanun qəbul edib birtərəfli güzəştə gedə bilməz.
Putin isə özünü elə göstərib ki, nə baş verdiyini başa düşmür və əsas diqqəti seçkilərə, Donbassın statusuna, qoşunların geri çəkilməsinə yönəldib. Danışıqlar dalana dirənib və Almaniya kansleri Putini konstruktiv məcraya qaytarmağa çalışıb. Angela Merkel deyib: “Gəlin razılaşaq ki, atəşi dayandırmaq lazımdır”. Putin isə “Bu, Ukrayna tərəfinin ideyasıdır” deyib və dolayısı ilə ifadə edib ki, Moskva atəşin dayandırılmasına dair qarantiya verə bilməz.
Diskussiyalar davam edib, kansler Merkel deyib ki, liderlər bir-birləri ilə açıq danışmaq istəmir və bu halda onların Berlinə toplaşmasının səbəbini anlamır. Hansısa məqamda prezident Poroşenko söz alıb və birbaşa Putinə üz tutaraq deyib: “Bilirsiniz, heç kim üçün sirr deyil ki, Donbassın işğal olunmuş ərazilərində sizin nə qədər silahınız və qoşunlarınız var. Biz nə üçün buradayıq? Onun üçün ki, siz atəş açmağı dayandırasınız…”
Bu məqamda Putin Poroşenkonun sözünü kəsib və Minsk razılaşmasının siyasi hissəsinin yerinə yetirilməli olduğuna dair atmaca atıb. Poroşenko isə səsini qaldırıb, barmağını Putinə tuşlayaraq əsəbi halda deyib: “Yox, sən sadəcə olaraq atəş açmağı dayandır!”
Danışıqların rəsmi hissəsi başa çatandan sonra kansler Merkel prezidentləri söhbəti şam yeməyi ətrafında davam etdirməyə çağırıb. Lakin Putin azı üç dəfə danışıqların dayandırılmasını istəyib. “Bütün bunları dayandırmaq lazımdır. Biz Minskdəki kimi səhərə qədər burada oturmalı deyilik”-Putin əsəbi halda bildirib.
Merkel isə Putinə xatırladıb ki, danışıqlar onun ənənəvi olaraq gecikməsi ucbatından uzanıb. “Biz adəti üzrə burada da vaxtında başlamadıq”-kansler replika atıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Berlin danışıqlarının asan keçmədiyini təsdiq edib, ancaq Poroşenko ilə Putin arasında əsəbi söhbətin olmadığını deyib.
Previous Post

Yüksək səslə Putinə dedi: “Yox, sən atəş açmağı dayandır!”

Next Post

`Qaz ehtiyatlarımız ən azı 100 il kifayət edəcək` – Prezident

Bənzər yazılar

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Elchi.az  xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində...

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46

"Taliban" hərəkatı ABŞ ilə diplomatik münasibətləri normallaşdırmağa can atdığını bəyan edib və Amerika səfirliyinin Qabilə qayıtmasına isti münasibət göstərdiyini açıqlayıb....

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44

Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil...

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Elchi.az xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində...

Next Post

`Qaz ehtiyatlarımız ən azı 100 il kifayət edəcək` - Prezident

`Qaz ehtiyatlarımız ən azı 100 il kifayət edəcək` - Prezident

Son xəbərlər

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

29 Avqust 2026 - 19:45
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.