"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İrəvandan dişsiz müharibə hədələri – Bakıdan real qisas vədi

22 Oktyabr 2016 - 09:06
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

 İrəvandan dişsiz müharibə hədələri - Bakıdan real qisas vədiÇıxılmaza düşən təcavüzkardan absurd və təhlükəli tövr; Azərbaycanın ən optimalı sülh təklifini də düşmən davakar ritorika ilə qarşıladı; dünya praktikasında görünməmiş presedent: təcavüzkar təcavüzə məruz qalana beynəlxalq birliyi təzyiq göstərməyə çağırır

Azərbaycan dövləti prezident İlham Əliyevin dilindən Qarabağ məsələsində gedə biləcəyi ən böyük güzəşti bəyan elədi – muxtar respublika, Dağlıq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinə, iqtisadi inkişafı və rifahına zəmanət. Kifayət qədər rasional, hamını qane edəcək bu formul, ən əsası, rəsmi Bakının xoşməramlı niyyəti və sülh ritorikası, əfsus ki, yenə işğalçı tərəfdə yanlış anlaşılıb.
 
Əslində gözlənilən idi. Ancaq qəribəsi odur ki, Azərbaycan sülhdən, real həll variantından danışanda da ermənilər bunu süngü ucunda qarşılayır, dünyaya car çəkirlər ki, azərbaycanlılar sülh istəmir, ədalətli sülhdən danışıb real həll modeli təklif edəndə narazılıq edir, ölkəmizi qeyri-konstruktivlikdə ittiham edirlər.
***
Ermənistan rəsmiləri və ekspertlərinin Azərbaycan prezidentinin məlum fikrinə son reaksiyaları bir daha xain qonşuların əsl xislətini ortaya qoyur. Növbəti dəfə qənaət hasil olur ki, Ermənistana Dağlıq Qarabağda, bölgədə ədalətli sülh yox, aparıcı güclərin, xüsusən də Rusiyanın əlində vasitə, maşa olmaq daha sərfdir və işğalçıya qarşı real təzyiq rıçaqı işə salınmayınca (fərq eləməz, bunu Azərbaycan edəcək, yoxsa başqa güclər), problemin həlli heç vaxt yerindən tərpənməyəcək.
Azərbaycanın ən optimal sülh təklifinə də düşmən ölkədən səslənən davakar reaksiya qənaətimizə şübhə yeri saxlamır. Məsələn, Ermənistan parlamentinin vitse-prezidenti Eduard Şarmazanov Bakının sülh ritorikasına cavab olaraq, “Beynəlxalq birlik Azərbaycana pressinq tətbiq etməlidir” deyir. 
 
Image result for BMT Təhlükəsizlik Şurası
Bu, əlbəttə ki, erməni həyasızlığının zirvəsidir. Çünki məntiqlə pressinq və onun on qatı məhz illərdir BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qərar və qətnamələrini yerinə yetirməkdən imtina edən işğalçı tərəfə – Ermənistana tətbiq olunmalıdır.
Amma göründüyü kimi, öz havadarlarına arxayın olan erməni yetkililəri gerçəyi, beynəlxalq hüququ baş-ayaq təqdim eləməkdə davam edirlər. Belə olmasaydı, arxadan havadarların nəfəsini hiss eləməsəydilər, Şarmazanov bu ifadəni dilə gətirməyə cürət etməzdi, ən azı ayıbına kor olardı.
Sitat: “Beynəlxalq birlik, ilk növbədə də ATƏT-in Minsk Qrupunun həmsədrləri əllərindən gələni etməlidir ki, Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan anlaşmalar (?!-red.) reallaşsın ki, Azərbaycan belə ”cinayətkar fəaliyyətlə” (dırnaqlar bizimdir – red.) məşğul olmasın. Azərbaycanı təzyiqə məruz qoymaq lazımdır”.
 
***
Diqqət edildi yəqin: bu, dünya tarixində görünməmiş presedentdir ki, təcavüzkar təcavüzə məruz qalana beynəlxalq birliyin təzyiq göstərməsini istəyir. Əlbəttə ki, bir daha yeri var qeyd edək ki, Ermənistanın arxasında güclü himayədarlar dayanmasaydı, heç vaxt belə absurd istəyə düşməzdi.
Image result for Sergey Minasyan
Eləcə də döyüş əməliyyatlarına çağıran erməni politoloq Sergey Minasyanın çərənləməsi eyni qəbildəndir. Sitat:“Azərbaycana qarşı yalnız bir üsulla mübarizə aparmaq olar – əgər orada əmin olsalar ki, bizim cavabımız onların hərəkətinin 3-4 misli qədər olacaq. İndi erməni tərəfdən sərt siyasi və hərbi reaksiya sərgilənməlidir”.

Belə görünür ki, düşmən rusdan 1-2 silah, ABŞ-dan isə müasir müşahidə cihazları alandan sonra aprel dərsini əməllicə unudub. Ancaq erməni tərəfi onu da unudur ki, apreldəki hərbi uğurla özünün məğlubiyyət sindromunu birdəfəlik sındırmış Azərbaycan xalqını bu kimi hərzə-mərzə sözlərlə qorxutmaq daha qeyri-mümkündür.
Image result for Aprel Döyüşləri
Hətta erməni ekspertlərinin özləri də etiraf edir ki, böyük müharibə olarsa, “İsgəndər”lər belə Ermənistanı xilas edə bilməyəcək. Çünki Azərbaycanın budəfəki qisası, zərbəsi qat-qat ağır olacaq, nəinki apreldəki mini-savaşda düşmənə verilən dərs. Bu dəfə çətin ki, Moskva da erməni yalvarışlarına görə atəşkəsə nail ola bilsin. 
***
Odur ki, sağlam məntiq deyir ki, düşmən tərəf vaxt var ikən Azərbaycan prezidentinin son və ən ədalətli təklifini, faktiki ən böyük Qarabağ güzəştini  bir daha ciddi götür-qoy etsin. Eyforiyadan, mifik arzu-istəkdən qurtulsun. Zira, bu gün təklif etdiyimizdən sabah imtina da edə bilərik, əgər həll yolu hərbçilərin – Azərbaycan Ordusunun öhdəsində qalacaqsa.
Əlavə edək ki, erməni tərəf çox vaxt referendum ideyasının yer aldığı “Madrid prinsipləri”ni özünəməxsus şəkildə interpretasiya edir.
Image result for Dağlıq Qarabağ
Guya həmin prinsiplər yekun etibarilə Dağlıq Qarabağa “müstəqil dövlət” statusu  vəd edir. Hərçənd, referendum bir ideya olaraq müsbət qarşılansa da, onun real həyata keçmə mexanizminə münaqişə tərəflərinin baxışları köklü şəkildə fərqlənir – elə ona görə də sənəd halına düşməyib.
Yəni düşmən ölkədə yaddan çıxarırlar ki, “Madrid prinsipləri” hüquqi və məcburi sənəd deyil, sadəcə, indiyədək səslənən təkliflərdən biridir. Onu Azərbaycan və Ermənistan parlamentləri təsdiqləməyib. Bu təklifi Azərbaycan qəbul edə də bilər, etməyə də. Necə ki, qəbul etməyib.
Demək, savaş variantı, işğalçıya ən böyük dərs-cəza variantı gündəmdən çıxmayıb.
Previous Post

İrəvandan dişsiz müharibə hədələri – Bakıdan real qisas vədi

Next Post

Dünya bazarında neft çatışmazlığı yarana bilər

Bənzər yazılar

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00

İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10

Bəşəri şərin iki böyük bədii modeli - İnsan bəzən göylərdə şeytan axtarır, halbuki o, çox vaxt öz qəlbinin qapısını açanda...

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilib

14 Avqust 2026 - 15:43

Hesablama Palatasına yeni səlahiyyət verilir. Elchi.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna...

Next Post

Dünya bazarında neft çatışmazlığı yarana bilər

Dünya bazarında neft çatışmazlığı yarana bilər

Son xəbərlər

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49
İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.