"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Akif Çovdarovun işi – SENSASİON EPİZOD: “Hardasan əə, 3 gündür qaçıb gizlənirsən? Bakıda at oynadırsan”

12 Oktyabr 2016 - 10:28
in aktual-banner, Banner
FacebookVatsap

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

Akif Çovdarovun işi - SENSASİON EPİZOD: “Hardasan əə, 3 gündür qaçıb gizlənirsən? Bakıda at oynadırsan”
Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun  barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb.
Virtualaz.org bu gündən başlayaraq qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion, indiyədək heç yerdə bəhs olunmayan epizodları oxuculara təqdim edəcək. Belə epizodlardan biri Çovdarovun işi üzrə zərərçəkən iş adamlarından biri, qızıl-zinət əşyalarının istehsalı və satışı ilə məşğul olan “Riyad Prodakşn” şirkətinin direktoru Qurbanov Şahmar Sərdar oğlunun istintaqa verdiyi ifadədir.
“Hardasan əə, 3 gündür gizlənirsən?”
Şahmar Qurbanov istintaqa verdiyi ifadədə göstərib ki, 1994-cü ildən zərgərlik fəaliyyəti ilə məşğul olur. 2007-ci ildə onu Akif Çovdarov MTN-ə çağırıb, Qurbanov generalın xidməti kabinetində onunla görüşüb. Və iş adamı otağa girən kimi Çovdarov onun üstünə qışqırıb: “Hardasan əə, üç gündür qaçıb gizlənirsən? At oynadırsan Bakıda, bir hindistanlıya 120 min dollar borcun var. Ona pul atmısan, milyonlar qazanırsan, gizli yolla brilyant gətirmisən. Bakı Əyləncə Mərkəzində toy etmisən, filan qədər pul vermisən”.
Şahmar Qurbanovun bildirdiyinə görə, Çovdarov daha sonra onun nə vaxt hansı ölkəyə səfər etdiyi, Bakıdakı evlərinin sayı, 4 maşınının olması barədə məlumatları deyib. Onun telefon danışıqlarından sitatlar gətirib və iş adamı əmin olub ki, Çovdarov onun telefon danışıqlarına qulaq asdırıb. Habelə izlətdirib.
Ya 1 milyon dollar, ya “podval”
Hədə-qorxu və şantajdan sonra  Çovdarov mətləbə keçib  və qızıl-brilyant alverçisinə deyib: “İndi 2 adam çağıraram, narkotiki qoyarlar qabağına, buradan da birbaşa gedərsən podvala. Ya da 1 milyon dollar verib canını qurtara bilərsən”.
Şahmar Qurbanov MTN generalının bu hədə-qorxusundan özünü itirib, qorxusundan əsə-əsə Çovdarova yalvarıb ki, onu buraxsın. Ancaq deyibki ona verməyə 1 milyon dolları yoxdur, bu qədər pulu düzəldə bilməz.
Bədheybətin yumşalması : “Sənə hörmətim bu olar ki…”
Bədheybət general bu dəfə “yumşalır” və iş adamına “hörmət” edir: “Sənə hörmətim bu olar ki, 500 min dollar verəsən, qalan 500 min dolları da brilyant olaraq çatdırasan. Sənə 3 gün vaxt verirəm”.
Ş.Qurbanov həbs olunacağından qorxaraq dərhal Çovdarovun bu “konstruktiv təklifi” ilə razılaşır. İş adamı ifadəsində təsdiq edir ki, onun həqiqətən də Qriş adlı Hindistan vətəndaşına 120 min dollar borcu var idi. Çovdarov isə bu məlumatı ola bilsin onun telefon danışıqlarına qulaq asdırmaqla öyrənib. Yaxud məlumatı Çovdarovun işçisi və Qrişin dostu İsgəndər Hüseynov ona ötürüb.
Bunun ardınca Çovdarov həmin İsgəndər Hüseynovu otağına çağırır, ona göstəriş verir ki, qızıl alverçisini başqa otağa aparıb Qrişə olan borcunu 2 ay ərzində ödəyəcəyinə dair ərizə-iltizam yazdırıb imzalatsın. Çovdarovun “çekisti” iş adamını qonşu otağa aparır və ona müvafiq ərizəni yazıb imzalatdırır. Və iş adamı ərizəni imzalayıb MTN-dən çıxır.
Çovdarovun işçisi cəmi 5-6 gün sonra peyda olur: “Qrişin borcunu təcili ödə”
Lakin cəmi 5-6 gün sonra İsgəndər Hüseynov Ş.Qurbanovun iş yerində peyda olur, ona bildirir ki, Qrişə olan borcu təcili ödəmək lazımdır. Ş.Qurbanov çıxılmaz vəziyyətdə qalır və deyir ki, hazırda o qədər pulu yoxdur. Bu zaman Çovdarovun işçisi rəisi kimi “kompromis” təklif edir, bildirir ki, pulu yoxsa 120 minlik əmlak da verə bilər.
Şahmar Qurbanovun bu təkliflə razılaşmaqdan başqa yolu qalmır. O, Bakının Əhmədli qəsəbəsində çoxmərtəbəli bina inşa edən dostu Rövşəndən xahiş edir ki, tikdirdiyi binada 120 min dollarlıq bir mənzili İsgəndərin arvadının adına sənədləşdirsin. Sənədləşmə baş tutur, ancaq həmin mənzildə nə Çovdarovun işçisi, nə arvadı yaşamır. Mənzil 2 aydan sonra satılır.
İş adamı bütün var-dövlətini satır…
İş adamı Çovdarovun tələb etdiyi 500 min dolları düzəltmək üçün Bakının Zərgərpalan küçəsində yerləşən 250 kvadratmetrlik mülkü Aqil adlı başqa qızıl alverçisinə 470 min dollara satır. Üstəlik Anar adlı dostundan 100 min dollar borc alır. Habelə özünə məxsus “Hummer H3”, “Mercedes S Class” və “Craysler” markalı avtomobilləri satıb, bu satışdan daha 100 min dollar toplayıb. Bununla da kifayətlənməyib və İradə adlı tanışından 70 min dollar borc alıb.
Çovdarovun 050 210 60 12 mobil nömrəsinə zəng, “Şamaxinka” da generala verilən 500 min dollar
Şahmar Qurbanov həmin pulları MTN-dən çıxandan sonra cəmi 3-4 gün ərzində toplayıb. O, 2007-ci il avqust ayının ortalarında Çovdarovun 050 210 60 12 mobil nömrəsinə zəng vuraraq məbləğin hazır olduğunu deyib. Əvvəlcədən razılaşdıqları kimi 500 min dolları Bakının “Şamaxinka” ərazisində Çovdarovun xidməti avtomobilində onun özünə çatdırıb. Çovdarov pulu alandan sonra bildirib ki, qalan 500 min dollarlıq brilyantın nə vaxt hansı şəkildə çatdırılmalı olduğunu telefonla bildirəcək. Bildirib ki, həmin daş-qaşı hazırlamaq üçün 1-2 ay vaxt verir.
Ş.Qurbanov Çovdarovun ondan tələb etdiyi 500 min dollarlıq brilyantı ala bilmək üçün Bakının Səməd Vurğun küçəsindəki mənzilini 120 min dollara satıb, arvadı üçün aldığı “Toyota Camry” avtomobilini və onun qızıl-zinət əşyalarını və s. satıb. Bu yolla 400 min dollar cəmləşdirib.
Brilyant dalınca Hindistana, oradan Dubaya…
2007-ci ilin payızında Ş.Qurbanov Akif Çovdarovun tələb etdiyi brilyan daş-qaşa baxmaq üçün Hindistana, oradan Dubaya gedib. Dubaydan daş-qaşın siyahısını götürərək oradan Çovdarovun mobil telefon nömrəsinə zəng vurub. Çovdarov deyib ki, hazırda İstanbuldadır və orada görüşmək lazımdır. Qurbanov elə həmin gün Dubaydan İstanbula uçur, Çovdarovla görüşüb ona brilyant daş-qaşın siyahısını təqdim edir.
Çovdarov iki qızı və gəlini üçün nə sifariş verdi
Çovdarov bu siyahı ilə tanış olduqdan sonra iki qızı və gəlini üçün 9 ədəd 1 karatlıq brilyant, arvadı üçün 1 ədəd 3 karatlıq brilyant seçib. Ş.Qurbanov ertəsi gün İstanbuldan Bakıya gəlib. Buradan Çovdarovun ona caladığı İsgəndər Hüseynovla birlikdə brilyant daş-qaşı almaq üçün yenidən Dubaya uçub. Çovdarovun seçdiyi brilyantlara 120 min dollar verərək alıb və İsgəndərlə birlikdə Bakıya qayıdıb. Bakıya qayıdan günü ertəsi Ş.Qurbanov Çovdarova zəng edərək daş-qaşın hazır olduğunu deyib. Və razılaşdıqları kimi həmin daş-qaşı generala MTN-in inzibati binasının qarşısında, Parlament prospektində yenə də Çovdarovun xidməti avtomobilində ona şəxsən çatdırıb.
İş adamı ifadəsində deyib ki, Dubaydan brilyantları alıb gətirəndə Bakı aeroportunda onu MTN əməkdaşları qarşıladı və sərhəd-gömrük yoxlamasındn keçirdi.
Bu dəfə Eldar Mahmudov üçün brilyant-260 min dollarlıq
Çovdarov qızları və arvadı üçün daş-qaşları alandan bir gün sonra yenidən Ş.Qurbanova zəng vurur. Bu dəfə deyir ki, “rəhbərlik üçün” (nazir Eldar Mahmudov nəzərdə tutulur) 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlıq, sertifikatı olan brilyant gətirmək lazımdır. Ş.Qurbanov bu tapşırıq əsasında 5 gün sonra yenidən Dubaya uçur, oradan MTN “rəhbərliyi” üçün nəzərdə tutulan brilyantı 260 min dollara alıb Bakıya gətirir. Çovdarova zəng vurur və ertəsi gün onun Novxanıdakı bağ evində generalla görüşərək daş-qaşı çatdırır. Bu zaman Çovdarov xəbərdarlıq edir: “Əgər sənin bu brilyantları almağın haqda İsgəndər də daxil olmaqla kimsə eşitsə həbsə gedəcəksən!”.
Generalın qızları və arvadı zərgərlik sexinə gedir…
Beləliklə, Ş.Qurbanov Çovdarova 500 min dollar nəğd və 380 min dollarlıq brilyant olmaqla cəmi 880 min dollar verir. Qanqsterin soyğuçuluğu bununla da bitmir. Üstəlik cinayət işinin materiallarından məlum olur ki, soyğunçuluğa nəinki Çovdarov özü, üstəlik onun arvadı və qızları da qoşulubmuş. Belə ki, aradan bir neçə gün keçəndən sonra Çovdarovun arvadı və qızları Ş.Qurbanovun işlətdiyi zərgərlik sexinə gəlir. Ona əmr edilir ki, Dubaydan gətirilən brilyant qaşlara uyğun olaraq qızıl üzük-sırqa düzəltsin. Qurbanovun bu işə daha 1000-1500 manatı gedir. Qızıl taciri nəhayət müflisləşir və Azərbaycanda fəaliyyətini dayandıraraq 2011-ci ildə İstanbulda qızıl alverinə girir.
İstintaq Ş.Qurbanovu A.Çovdarovla üzləşdirib və generalın bu soyğunçuluq əməllərinə dair dəlil-sübutları təqdim edib. Habelə 500 min dolları Çovdarova çatdırarkən onun xidməti maşınının sükanı arxasında olan sürücünü də üzləşdirmədə tanıyıb. Həmin şəxs hazırda da DTX-də sürücü işləyən Atakişiyev Nurxan Aslan oğlu idi…
Previous Post

Akif Çovdarovun işi – SENSASİON EPİZOD: “Hardasan əə, 3 gündür qaçıb gizlənirsən? Bakıda at oynadırsan”

Next Post

Мövsüm Aslanov böhtançılara od püskürdü

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

25 Fevral 2026 - 20:19

Londonda ilk Ukrayna dron istehsalı zavodu - "Ukrspecsystems" şirkətinin istehsal kompleksi fəaliyyətə başlayır. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın...

ABŞ “Hizbullah”a dəstəyə görə Rusiya və Livan vətəndaşlarına sanksiyalar tətbiq edib

ABŞ “Hizbullah”a dəstəyə görə Rusiya və Livan vətəndaşlarına sanksiyalar tətbiq edib

10 Fevral 2026 - 23:42

ABŞ Livanın "Hizbullah" hərəkatına Birləşmiş Ştatların məhdudiyyətlərindən yayınmağa kömək edən fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib. Elchi.az xəbər verir ki,...

Next Post

Мövsüm Aslanov böhtançılara od püskürdü

Мövsüm Aslanov böhtançılara od püskürdü

Son xəbərlər

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.