"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Cəlilabad rayonunda ciddi qanun pozuntuları aşkarlandı — RƏSMİ

15 Sentyabr 2016 - 12:04
in aktual-banner, Banner, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Cəlilabad rayonunda ciddi qanun pozuntuları aşkarlandı —  RƏSMİ

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Azərbaycan Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan Elchi.az-a verilən məlumata görə, Cəlilabad rayonu üzrə xəstəxana çarpayılarının sayı 840 çarpayı azaldılaraq 365 çarpayı təsdiq edilib, strukturunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 28 Kənd Həkim Məntəqəsi və 40 Kənd Tibb Məntəqəsi, ştat vahidlərinin ümumi sayı 1858,0 vahid təsdiq edilməklə rayon üzrə 209,3 min nəfərə stasionar və ambulator qaydada tibbi xidmət göstərilib. Xəstəxana tərəfindən auditin əhatə etdiyi illərdə ümumilikdə 14150,0 min manat məbləğində vəsait icra edilib.

Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin həkimlərlə təminatı 27 nəfər, çarpayılar ilə təminatı isə 39,6 ədəd olduğu halda bu göstəricilər Cəlilabad rayonu üzrə müvafiq olaraq 15 nəfər və 17 ədəd təşkil edib. Bununla belə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2013-cü ildə 18,2%-i və ya 307,0 vahidi, 2014-cü ildə 19,4%-i və ya 328,0 vahidi, 2015-ci ildə isə 20,3%-i və ya 344,0 vahidi vakant ştatlar təşkil etməklə 3 il ərzində vakant ştatların sayı 37 vahid artıb. Xəstəxanalarda müalicə alan xəstələrin sayı 2013-cü ildə 4653 nəfər, 2014-cü ildə 5521 nəfər, 2015-ci ildə 4842 nəfər təşkil etsə də, çarpayıların işlədiyi günlərin sayı bu göstəricilərə uyğun olmayaraq azalıb, müvafiq olaraq 214 gün, 208 gün  və 184 gün olub, nəticədə rayon üzrə çarpayı günlərinin icra göstəriciləri də azalaraq auditin əhatə etdiyi illər üzrə müvafiq olaraq 63,8%, 62,0% və 55,0% təşkil edib.

Xəstəxana tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, xərclərin icrası zamanı bəzi hallarda təyinat dəyişikliyinə yol verilib.

Bir neçə halda zərurət olmadan inventar alınması və əvvəlki illərdə alınmış inventarların uzun müddət istifadəsiz saxlanılması səbəbindən xəstəxana tərəfindən səmərəsiz xərcə yola verilib. Nazirlər Kabinetinin “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında”  müvafiq qərarının tələblərinə uyğun hesablamalar aparılmayaraq bir çarpayı gününə ərzaq xərci 1,0 manat dəyərində proqnozlaşdırılıb, lakin faktiki icra olunmuş çarpayı günlərinə görə bir çarpayı gününə sərf olunan ərzaq xərci 2013-2015-ci illərdə 2,4 manat, 2016-cı ilin I-ci rübündə 2,7 manat olub, nəticədə çarpayı günləri ərzaqla tam təmin edilməyib. Auditlə əhatə olunan dövrdə bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər illər və tibb müəssisələri üzrə fərqli olub, bununla yanaşı xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq xərcinə yol verilib.

Ehtimal olunan qiymətin satınalınacaq mallara ayrı-ayrılıqda deyil, cəm şəkildə təyin edilməsi mal-materialların orta bazar qiymətlərindən baha alınmasına səbəb olub və nəticədə artıq vəsait ödənilib, bununla yanaşı, bəzi hallarda nəzərdə tutulan vəsaiti ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsinə yol verilib. Təmir tikinti işlərinin yoxlanılması zamanı ümumilikdə beş obyekt üzrə bəzi işlərin tam yerinə yetirilməməsi müəyyən edilib.

Xəstəxana tərəfindən elektrik sayğacının sərfiyyat göstəricisinin nəzərə alınmaması nəticəsində istehlak olunmamış elektrik enerjisinə görə vəsait ödənilib, əsas fondlara və qeyri-maddi aktivlərə köhnəlmə ayrı-ayrılıqda hesablanmayıb. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınmasına ödənilmiş vəsait düzgün olmayaraq faktiki xərclərə daxil edilib, azqiymətli tezköhnələn avadanlıqlar və material ehtiyatları aid olduğu hesablarda deyil, əsas fondlar hesabında uçota alınıb, eləcə də həmin əməliyyatları özündə əks etdirən ilkin uçot sənədlərində toplanmış məlumatların icmallaşdırılması və mühasibat registrlərinə köçürülməsi müvafiq tələblərə uyğun aparılmayıb.

Hesablama Palatasının Kollegiyası xəstəxana tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Auditin nəticələri barədə Milli Məclisə və aidiyyəti üzrə   Səhiyyə Nazirliyinə məlumat verilib.

Previous Post

Cəlilabad rayonunda ciddi qanun pozuntuları aşkarlandı — RƏSMİ

Next Post

Ət, qızıl, mebel bahalaşıb

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Next Post

Ət, qızıl, mebel bahalaşıb

Ət, qızıl, mebel bahalaşıb

Son xəbərlər

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

21 Avqust 2026 - 23:34
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

21 Avqust 2026 - 23:33
Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14
İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

21 Avqust 2026 - 23:11
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

21 Avqust 2026 - 21:49
Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

21 Avqust 2026 - 21:46
Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

21 Avqust 2026 - 21:44
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 21:41
Çində qapı dizaynına görə 4,3 milyon avtomobil geri çağırılacaq

Çində qapı dizaynına görə 4,3 milyon avtomobil geri çağırılacaq

21 Avqust 2026 - 21:37
Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

21 Avqust 2026 - 19:18
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

21 Avqust 2026 - 19:07
MİQ üzrə müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 18:55
Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

21 Avqust 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.