"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Putin superkəşfiyyat orqanı yaradır? – DOSYE

07 Sentyabr 2016 - 12:49
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Tək bir insan ordunun bacarmadığı çox şeyi reallaşdıra bilər. Bir casus minlərlə insanın taleyini həll etmək gücünə malikdir”.
(Vladimir Putin)

Rusiya Prezidenti Vladimir Putinin KQB ilə bağlı keçmişi hər kəsə bəllidir. Putinin həyatını dərindən araşdıran almaniyalı jurnalist və tədqiqatçı Boris Raytşuster KQB illərini Putin üçün “kilid dövr” adlandırır. Onun fikrincə, əgər Putin vaxtilə Şərqi Almaniyada fəaliyyət göstərməmiş olsaydı, bu gün bizim qarşımızda tamamilə başqa insan duracaqdı.

Boris Raytşuster belə hesab edir ki, Rusiya Prezidentinin hazırkı siyasətini anlamaq üçün mütləq onun 25 il bundan əvvəlki tərcümeyi-halına diqqət yetirmək lazımdır. Həmin illər Putinə heç zaman unutmayacağı dərslər verib. Kütlənin necə idarə edilməsi, sağlam, güvənilən insanların necə təyin olunması və s. məhz o illərdə öyrənilib. Şərqi Almaniya ilə Qərbi Almaniyanın birləşəcəyi ərəfədə, Berlin divarının yıxılması, SSRİ-nin dağılması kimi ən önəmli və kritik məqamlarda Putin Drezdendə KQB yetkilisi kimi çalışıb, görüb-götürüb, yaşayıb-öyrənib.

1980-cı illərin ortalarında Şərqi Almaniyadakı KQB bürosuna təyinat alan Putin Kommunist blokunun Qərb ilə üzbəüz dayandığı bir dövrdə işə başlamışdı. Onun çalışığı dövr çox mürəkkəb. Maraqlıdır ki, Şərqi Almaniyanın xüsusi xidmət orqanı olan “Stasi”yə (Ştazi) arxivindən çıxmış bəzi tarixi fotolara əsasən, Putin o zaman siyasi elitaya yaxınlaşa bilib. Bu, olduqca vacib kriteriya idi.

Almaniyanın nüfuzlu “ZDF” telekanalı üzə çıxarıb ki, Putin 1985-1990-cı illər ərzində Moskvadan gələn əmrlərə tam şəkildə tabe olmayıb və Şərqi Almaniyada (ADR) özünə bağlı ayrıca bir casus şəbəkəsi formalaşdırmağa cəhd edib.

Vladimir Putinin prezident seçilməsindən bu yana Rusiya dövlətinin daxilində keçmiş KQB mənsublarının sayı xeyli artıb və fəaliyyat sferaları genişlənib. Avropa mediasının yazdıqlarına görə, hazırda Almaniya ərazisində 130-a qədər rus casusu fəaliyyət göstərir. Onlar əsasən siyasi partiyalar, strateji əhəmiyyət daşıyan təşkilatlar, hərbi təşkilatlar, elmi araşdırma və düşüncə mərkəzlərində təmsil olunurlar. Ekspertlərin rəyincə, məhz Almaniyada Rusiyanın bu qədər casusunun olması əslində Putinin soyuq müharibə dövründə Almaniyadakı fəaliyyətindən qaynaqlanır.

Digər önəmli fakt isə keçmiş “Ştazi” casuslarının hazırda Almaniyada məmur kimi fəaliyyətlərinə davam etmələridir. Arxiv materiallarına görə, Şərqi Almaniyada vaxilə 17 min nəfər “Ştazi”də çalışıb.

“Financial Times Deutschland” qəzeti yazır ki, keçmiş casusların əksəriyyəti Almaniyanın Şərq hissəsindəki əyalətlərdə, ələlxüsus da da yerli idarəetmə orqanlarında çalışırlar. Almaniyanın müvafiq orqanları da rəsmi açıqlamasında sovet vaxtı casusluq edən 23 nəfərin müxtəlif idarələrdə çalışdığını açıqlayır. Almaniyanın ARD televiziyasının yayımladığı bilgilərə görə, “Ştazi”nin təqribən 100 nəfər keçmiş yüksək rütbəli əməkdaşı Brandenburqun Əyaləti Təhlükəsizlik İdarəsində çalışır, onlardan iki nəfəri isə hətta kansler Angela Merkelə məxsus evlərdən birinin qorunmasına cavabdeh şəxslərdir.

Keçmişdə çalışdığı xüsusi xidmət oqranı işçilərini Putin ən etibar etdiyi şəxslər kimi, əhəmiyyətli vəzifələrə təyin edib. Məsələn, uzun illər Rusiyanın silah ixracatını idarə edən Sergey Çemezov, “Transneft”in rəhbəri Nikolay Tokarev bu şəxslərin sırasına daxildirlər. Putin keçmiş “Ştazi” casusu olan Mattias Varniqi hazırda Baltik dənizi üzərindən rus qazını Almaniyaya çatdıran “Şimal Axını-1” nəhəng boru xəttinin idarə heyətinin direktoru təyin edib.

2016-cı ilin 7 iyul tarixində Rusiya Prezidenti Vladimir Putin ilk baxışda adi görünən, ancaq təyin olunan kadrların bioqrafiyasına baxdıqda böyük əhəmiyyət kəsb edən qərar verdi. Qərara görə, Putinin 4 xüsusi təmsilçisi Rusiya üçün önəmli sayılacaq böyük ərazilərə (Sibir, Cənub, Şimal-Qərb, Şimali Qafqaz) yeni rəhbər təyin olundu. Təyinat alan 4 nəfər Kalininqrad, Yaroslavl, Kirov və Sevastopolu idarə edəcəklər. Bundan başqa, Gömrük İdarəsinə də yeni rəhbər təyin olundu. Onların karyeraları birbaşa KQB ilə sıx bağlıdır.

SSRİ dağıldıqdan sonra KQB liberal Rusiyanın ilk dövlət başçısı Boris Yeltsin tərəfindən bir neçə yerə bölünərək, yerində FSB, FSO, FAPSI və SVR adlı hər biri ayrı-ayrı sahələrə nəzarət edən xüsusi xidmət orqanları yaradıldı. Rusiyanın nüfuzlu beyin mərkəzlərindən biri kimi tanınan “Katehon”a görə, Suriya münaqişəsi, Krımın ilhaqı, Donetsk ətrafındakı gərginlik, eləcə də Moskvanın Qərb və ABŞ-la yaşadığı soyuq müharibə fonunda ortaya çıxmaqda olan problemləri önləmək üçün yeni və böyük, daha güclü xüsusi xidmət orqanının yaradılması labüdləşməkdədir və bu iş çoxdan başladılıb.

Rusiya təhlükəsizlik və xüsusi xidmət orqanları sistemində yeni islahat gözlənilir. SVR, FSB, FSO və FAPSI yenidən bir mərkəzdə birləşdirərək, super xüsusi xidmət qurumu yaradılacaq. Bu, faktiki KQB-nin geri dönüşü də sayıla bilər. Dövlətdən rəsmi açıqlama olmasa da, “Katehon” analitik araşdırmalar mərkəzi hökumətdəki mötbər mənbələrə istinadən bildirir ki, xüsusi xidmət orqanlarının birləşdirilməsi üçün işlər 2016-cı ilin aprel başladılıb.

Previous Post

Putin superkəşfiyyat orqanı yaradır? – DOSYE

Next Post

ABŞ İrana gizl pul göndərirmiş

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post

ABŞ İrana gizl pul göndərirmiş

ABŞ İrana gizl pul göndərirmiş

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.