Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri zamanı verdiyi tapşırığa əsasən, Şamaxıdan Balakənə qədər olan ərazidə turizm infrastrukturu daha da gücləndirilməlidir.
Kanal S (Region TV) xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu istiqamətdə görüləcək işləri açıqlayıb.
“Hazırda təkliflər hazırlanır. Şimal-qərb bölgəsində və ümumilikdə, Azərbaycanın digər dilbər yerlərində turizmin inkişafı üçün xüsusi zonaların yaradılması məsələsi gündəmdədir və bu istiqamətdə iş gedir. Burada tarixi abidələrin bərpası ilə yanaşı, turistlər üçün xüsusi dayanacaqların yaradılması, mədəni xidmətlərin çeşidliliyinin gücləndirilməsi, həmçinin kadr hazırlığı ilə bağlı təkliflər irəli sürülüb”– deyə nazir bildirib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elchi.az - a Məktəbəqədər...
Fövqəladə Hallar Nazirliyi (FHN) əlverişsiz hava şəraiti ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bu barədə Elchi.az - a...
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Esvatini Krallığının müstəqillik gününü təbrik edib. Elchi.az xəbər verir ki, XİN bununla bağlı sosial şəbəkə...
Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....
Son şərhlər