"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bu deputat sələmə pul verirmiş

08 Avqust 2016 - 08:31
in XƏBƏR LENTİ
FacebookVatsap
 Deputat Rüfət Quliyev sələmə pul verirmiş

Lənkəranın deputatı ölmüş iş adamının yaxınlarına faiz davası açdı; 81 min dollar qarşılığında 246 min dollar tələb edilən iş adamı qəfildən dünyasını dəyişib, millət vəkili isə onun qohumlarını məhkəməyə verib pulunu tələb edir

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Deputat Rüfət Quliyev Səbayel Rayon Məhkəməsinə iddia ərizəsi verib. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı iddia ərizəsi yazmağa sövq edən isə… faizə pul verib, geri ala bilməməsidir. Redaksiyamıza daxil olan məlumata görə 2011-ci ildə deputat it-pişikləri üçün yem alarkən iş adamı Namiq Səfərovla tanış olub. Bu tanışlıqdan sonra N.Səfərov deputatın itlərinə Avropadan 1-2 dəfə pulsuz yem gətirib. 
Günlərin birində söhbət əsnasında iş adamı biznesini böyütmək üçün pul axtardığını deputata deyib. Deputat bir neçə ayın içində 10 faizlə iş adamına 81 min 850 dollar verib. N.Səfərovla imzalanan müqavilələrə görə deputat 2011-ci ilin oktyabrından pulların faizini almalı olub.  2011-ci ilin oktyabrında N.Səfərov deputata bildirib ki, faizləri ondan almasa, həmin faizləri də əsas borc məbləğinə – 81 min 850 dollara əlavə edib ona faizlərə görə də faiz ödəyəcək.
Deputat bu təkliflə dərhal, tərəddüdsüz razılaşıb. Növbəti dəfə deputata faizin ödənilməsi vaxtı çatanda N.Səfərov digər biznes sahəsinə pul yatırdığını, Bolqarıstandan ölkəyə xüsusi təyinatlı geyimlər gətirəcəklərini söyləyib. Təklif edib ki, deputata verdiyi pulların faizləri əsas məbləğə əlavə olunmuş hesab etsin, həmin pulların faizlərini də hesablayıb alacağı faizlər kimi nəzərində saxlasın. Deputat bu təklifə də yox deməyib, tərəddüdsüz razılaşıb.
Beləcə deputatın 81 min 850 dolları əldən verib faiz gözləməsi 3 il davam edib. Deputatın hesablamalarına görə bu müddət ərzində əldən verdiyi yaşıl 100-lüklər ona 246 min 800 dollar faiz gətirməli imiş. 2014-cü ilin əvvəllərindən başlayaraq devalvasiya söhbətlərini, bankların kredit verilməsində problemlərin yarandığını eşidən deputat N.Səfərovdan pullarını təcili olaraq geri qaytarmasını tələb edib. İş adamı isə deputata deyib ki, pulları onun razılığına əsasən dövriyyəyə buraxıb, bu səbəbdən də onun tələbini yerinə yetirə bilmir. Tərəflər arasında yaranan narazılıq münasibətlərin korlanmasına səbəb olur. İş o yerə çatır ki, N.Səfərov deputatın telefon zənglərinə belə cavab vermir. Deputat tez-tez sürücüsünü N.Səfərovun evinə göndərərək ondan pulların ödənilməsini tələb edir.  2015-ci ilin fevralında tərəflər yenidən görüşür. Bu dəfə belə razılıq əldə olunur ki, 2 devalvasiya nəzərə alınmaqla deputat verdiyi 81 min 800 dollara görə fazilərin hesablanmasını 2015-ci ilin  fevralından dayandırır və verdiyi pulları mərhələli şəkildə geri alır. Faizləri ödəyə bilməyən iş adamı isə vəziyyətdən çıxış yolu axtardığı bir vaxtda, 2015-ci ilin aprelində  qəfildən dünyasını dəyişib.
Bundan sonra deputat faiz davasını mərhum iş adamının yaxınlarına qarşı açıb. Məhkəməyə müraciət edərək mərhum N.Səfərovun ailəsindən pullarını, pullara hesablanan faizləri geri tələb etməyə başlayıb. Məsələ 2016-cı ilin bu günlərinə qədər uzanıb və deputat Səbayel Rayon Məhkəməsinə üz tutub. İddiaçı qismində Rüfət Quliyevin şəxsən özünün çıxış etdiyi faiz davası  üzrə şikayətinə avqustun 18-də, hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq.
Deputat mərhumun ailə üzvlərindən 81 min 800 dolların əvəzində bir xeyli mal-mülk tələb edir. İstəyir ki, məhkəmə mərhum iş adamının qızı Nuranə Səfərovaya məxsus “Mercedes” markalı maşını, Qəbələdəki evini və digər əmlakları onun mülkiyyətinə keçirsin.  Maraqlıdır ki, R.Quliyev məhkəməyə müraciət edərkən faizə pul verilməsinin qanunsuz olduğunu, deputat fəaliyyəti ilə bir araya sığmadığını, qanunverici orqanının adını ləkələyən hərəkət olmasını nəzərə almayıb…
Yazıda adı hallanan hər kəsi, deputat Rüfət Quliyevidə dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Previous Post

Bu deputat sələmə pul verirmiş

Next Post

Saatlar Bakı vaxtına qurulur – gözlər Azərbaycanda

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Saatlar Bakı vaxtına qurulur – gözlər Azərbaycanda

Saatlar Bakı vaxtına qurulur – gözlər Azərbaycanda

Son xəbərlər

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.