"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Saatlar Bakı vaxtına qurulur – gözlər Azərbaycanda

08 Avqust 2016 - 09:05
in XƏBƏR LENTİ
FacebookVatsap

Saatlar Bakı vaxtına qurulur – gözlər Azərbaycanda

Bunu da oxuyun

İran səfiri Küveyt XİN-ə çağırılıb

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Bölgənin taleyində iz qoyacaq tarixi görüş; Bu gün ölkəmiz ilk dəfə Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli sammitinə ev sahibliyi edəcək; Bakı bölgənin vazkeçilməz iqtisadi-kommunikasiya ötürücüsünə və geosiyasi xaba çevrilir – Qarabağ məsələsi uduşda, işğalçı Ermənistan isə təlaşda…

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri – İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək. Xəbər verildiyi kimi, dövlət başçıları üç ölkəni bir-birinə daha da bağlayacaq strateji əhəmiyyətli “Cənub-Şərq” nəqliyyat dəhlizi layihəsini müzakirə edəcəklər. Prezidentlər həm ikitərəfli, həm də üçtərəfli formatlarda bir araya gələcək, ikitərəfli və regional əhəmiyyətli digər məsələləri diqqət mərkəzinə gətirəcəklər. 
Siyasi müşahidəçilər bu toplantını təkcə üç ölkə üçün yox, bütövlükdə region və ətraf ölkələr üçün də mühüm əhəmiyyətli sayırlar. “Sammit ”Cənub-Şərq” layihəsinin sonrakı tikinti və realizəsi prosesində vacib bir mərhələ olacaq”. Bunu Vaşinqtondakı “Gulf State Analytics”in məsləhətçisi, siyasi şərhçi Teodor Karasik deyib. Onun sözlərinə görə, görüş həmin layihənin realizəsinə təkan verəcək və prosesi sürətləndirəcək. T.Karasik qeyd edib ki, layihə yalnız iqtisadi mahiyyət kəsb eləmir.
Rusiyalı politoloq Vitali Arkova görə də, hər üç lider Bakıda iqtisadi və siyasi məsələlərlə bağlı ciddi müzakirələr aparacaqlar. “Müzakirə edilən mövzular sırasında, təbii ki, regiondakı təhlükəsizlik məsələləri, terrorizm təhdidinə qarşı birgə mübarizə də olacaq. İqtisadi sahədə əsas məqamlardan biri İran üzərindən sanksiyalar götürüldükdən sonra Hind okeanından Atlantik okeanına qədər nəqliyyat dəhlizinin yaradılması olacaq. Sözügedən marşrut Hindistan, Pakistan, İran məhsullarının Xəzər dənizi və Azərbaycanın dəmiryolları şəbəkəsi vasitəsilə Rusiya və daha sonra Avropaya ötürülməsinə kömək edəcək. Bundan əlavə, Bakıda çox vacib və çətin energetika məsələsinin həll variantı tapılmalıdır”,- ekspert qeyd edib.
 
*****
“İran, Rusiya və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələri nəzərə alaraq üç ölkə prezidentlərinin Bakıda keçiriləcək görüşünün çox müsbət nəticə verəcəyinə inanıram”. Bunu isə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Fars agentliyinə müsahibəsində deyib.
Səfir bildirib ki, son 3 ildə prezidentlər 6 dəfə görüşüblər: “Prezidentlərin siyasi iradəsinin nəticəsində bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, elm sahələrində münasibətlər xeyli inkişaf edib”.
M.Pakayin deyib ki, bu gün İran və Azərbaycan anlayır ki, regionda təhlükəsizliyə olan təhdidlərlə birgə mübarizə aparmalı və mövcud regional problemləri birgə həll etməlidirlər. Diplomat əlavə edib ki, Tehran və Bakı dəmir yolu, nəqliyyat, informasiya texnologiyaları, terrorizmlə mübarizə, turizm, enerji sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
 
***** 
Bakı sammiti çərçivəsində, təbii ki, Dağlıq Qarabağ probleminin də ikitərəfli görüşlər formatında müzakirəsi gözlənilir. “Rusiya prezidenti Putin Qarabağ probleminin nizamlanmasında eksklüziv iştirak edir. Nəzərə alsaq ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir, o zaman Qarabağ məsələsinin bu ölkənin prezidenti ilə müzakirə edilməsi Azərbaycan üçün mühüm önəm kəsb edir”. Bu fikri politoloq Rasim Musabəyov deyib.
Politoloq məhz Rusiyanın tez-tez Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşəbbüsçüsü olması faktına diqqət yönəldib. “İndi də proses xeyli dərəcədə Rusiya prezidentinin patronajlığı altında gedir. Başqa yandan, vacibdir ki, bu məsələdə Tehran da konstruktiv mövqe tutsun”, – deyə politoloq Bakıdakı üçtərəfli görüşün Qarabağ nizamlanmasına mümkün təsirlərindən danışarkən deyib.
“1992-ci ildə İranın vasitəçiliyi boşa çıxdı. Tehran anlaşmasının mürəkkəbi qurumamış ermənilər Şuşanı işğal elədilər. Və İran öz vasitəçilik nüfuzunu bərpa eləmək üçün o vaxtdan heç nə eləməyib” – Musabəyov əlavə edib.
***** 
Bu və digər amillərə görə prezidentlərin Bakı sammiti əslində təkcə iqtisadi deyil, eyni dərəcədə mühüm geosiyasi əhəmiyyət daşıyır və nə xoş ki, Azərbaycan hər iki prosesdə, həmçinin, regional super dövlətlərin yaxınlaşmasında  özünəməxsus xab rolu oynamağa başlayıb. Bu isə bizim əsas məsələmiz olan Qarabağ konfliktinin ədalətli nizamlanması üçün yeni əlverişli siyasi zəminin yaranması şansı deməkdir.
Təsadüfi deyil ki, işğalçı Ermənistan Bakının regional proseslərdə artan rolundan ciddi narahatlıq keçirməyə başlayıb. Hər necə olmasa, İran və Rusiya İrəvan üçün iki ən vazkeşilməz ölkə, faktiki, siyasi varlıq qarantıdır: biri onun əsas hərbi-siyasi müttəfiqidirsə, Tehran da onu iqtisadi baxımdan ayaqda durması üçün “pəncərə” rolu oynayan dövlətdir.
Bu iki dövlətin – şimal və cənub qonşumuzun ölkəmizlə iqtisadi, maliyyə, kommunikasiya bağlarının sürətlə möhkəmlənməsi aydın məsələdir ki, Ermənistanı narahat edir, təlaşlandırır. Ona görə ki, iqtisadi bağlar siyasi bağların yaranmasına və möhkəmlənməsinə aparır. Üstəlik, bu proseslər Ermənistanın iqtisadi cəhətcə daha da təklənməsinə gətirməklə onun “oyundan kənar” statusunu möhkəmlədir. Təcavüzkar ölkənin böyük iqtisadi layihələr üçün olan-qalan əhəmiyyətini də heçə endirir.
Əlavə edək ki, nə Putin, nə də Ruhani “balans yaratmaq”, “ermənilərin könlünü” almaq üçün Bakı sammitindən sonra dərhal İrəvana yollanmaq niyyətində deyillər. Bu da bir daha işğalçı ölkənin region üçün heç bir iqtisadi dəyər daşımadığının təsdiqidir.
Sonuncu qənaəti gücləndirən daha bir detal: erməni mənbələri Serj Sərkisyana yaxın qaynaqlardan öyrəniblər ki, əslində avqustun 10-da Sərkisyanı Moskvaya Putin çağırmayıb, o, özü Rusiya liderindən görüş xahişində bulunub. Mənbənin bildirdiyinə görə, əsas motiv də budur ki, rəsmi İrəvan öyrənmək istəyir ki, bütün bu proqramlarda Ermənistan hansısa rol oynayırmı, yoxsa o, növbəti dəfə kənarda saxlanılır? “Və təbii ki, başqa bir narahatlıq Dağlıq Qarabağ məsələsi ilə bağlıdır” – qaynaq qeyd edib.
Previous Post

Saatlar Bakı vaxtına qurulur – gözlər Azərbaycanda

Next Post

Bu gün 42 dərəcə isti olacaq

Bənzər yazılar

İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10

Küveyt Xarici İşlər Nazirliyi (XİN) iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən pilotsuz uçuş aparatları ilə hücumdan sonra İranın səfiri Məhəmməd...

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04

Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb. Elchi.az -ın  məlumatına görə, hadisə rayonun Təngərüd kəndində baş verib....

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

27 Noyabr 2026 - 19:56

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Hindistana 830 min 049,03 ton xam neft ixrac edib. Elchi.az -ın Dövlət Gömrük Komitəsinə istinadən...

200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

27 Noyabr 2026 - 13:18

2000-ə yaxın estoniyalı azərbaycanı turist kimi ziyarət edib Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın...

Next Post

Bu gün 42 dərəcə isti olacaq

Bu gün 42 dərəcə isti olacaq

Son xəbərlər

TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

28 Noyabr 2026 - 14:02

FHN Elmi-Tədqiqat Pediatriya İnstitutunda təlim keçirib – VİDEO

28 Noyabr 2026 - 13:58
Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi

Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi

28 Noyabr 2026 - 13:20
“Reuters”: Müğənniyə verilən şallaq cəzasının icrası İranda ictimai qəzəbi körükləyə bilər

“Reuters”: Müğənniyə verilən şallaq cəzasının icrası İranda ictimai qəzəbi körükləyə bilər

28 Noyabr 2026 - 12:57
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

28 Noyabr 2026 - 12:32
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

28 Noyabr 2026 - 12:19
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib – SƏRƏNCAM

28 Noyabr 2026 - 12:03
Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

28 Noyabr 2026 - 11:45
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

28 Noyabr 2026 - 11:29
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

28 Noyabr 2026 - 11:13
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

28 Noyabr 2026 - 10:40
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir

CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir

28 Noyabr 2026 - 10:33
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb

28 Noyabr 2026 - 10:10
İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10
Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.