"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Turistləri heyran qoyan paytaxt sakinləri xoşbəxtdirmi?

05 Avqust 2016 - 10:50
in XƏBƏR LENTİ
FacebookVatsap
 Turistləri heyran qoyan paytaxtın yerli sakinləri niyə xoşbəxt deyil?

Ekspert bunu ən əvvəl iqtisadi amillərlə bağlayır

Bunu da oxuyun

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Hava şəraiti ulduz müşahidələrinə mane olub

Bakı sakinlərindən fərqli olaraq xarici turistlər bu qədim cənub şəhərinə heyranlıqlarını gizlətmirlər. Əllərindəki fotoaparatla az qala hər bir daşın, hər bir döngənin fotolarını çəkir, bir binaya dəqiqələrlə tamaşa edirlər. Bakının kafe və restoranlarında zövqlə əylənir, buranın çox gözəl şəhər olduğunu dilə gətirməkdən çəkinmirlər. 
Xüsusən son vaxtlar sayları artan ərəb turistlər Bakının havasını cənnət hesab edirlər. Bəs görəsən, turistlərin gözünü oxşayan Bakını yerli sakinləri niyə o qədər bəyənmir, hər addımda tənqid edirlər? Ərəbləri heyran qoyan şəhərdə biz niyə xoşbəxt deyilik?
İqtisadçı ekspert Rəşad Həsənovun bu suala özünəməxsus yanaşması var.
 
Onun fikrincə, səbəblərdən biri Azərbaycan manatının dəyərdən düşməsindən sonra turizm xidmətlərinin xaricilər üçün ucuzlaşmasıdır.  Digər səbəbləri isə o, belə sıraladı: “Bizim İslam dini ilə bağlı ərəb ölkələri ilə müəyyən yaxınlığımız var. Ərəblərin Azərbaycanda istirahət etməyə meyl etməsinin əsas səbəblərindən biri də ölkəmizdə İslam və Qərb mədəniyyətlərinin paralel olaraq mövcud olmasıdır. Bu da onların Azərbaycana meyl etməsinə təkan verir. Ölkəmizdə Qərb mədəniyyətinə məxsus istirahət və əyləncə məkanları da var. Onların bir çoxu ərəb ölkələrində faktiki olaraq qadağandır. Eyni zamanda Azərbaycan həm də bir İslam ölkəsidir və müsəlman adət-ənənələri, ibadət və sair insanlar tərəfindən heç bir halda pis qarşılanmır, diskriminasiya ilə üzləşmir. Ona görə də insanlar özlərini rahat hiss edə bilirlər. Azərbaycanda pulun varsa, istədiyin cür əylənə, istirahət edə bilərsən, bəzi hallarda isə qanunların belə üzərindən keçmək olur. Bu isə qayda-qanunlara, sivil davranışlara yiyələnməmiş ərəb üçün rahat şərait hesab olunur. O baxımdan onlar Bakıya meyllidir”.
 
Ekspertin sözlərinə görə, bəzi ərəblər isə Azərbaycana biznes məqsədi ilə yanaşırlar: “Onlar da adət-ənənələrin yaxın olmasından dolayı üstünlük verirlər. Həm də Azərbaycanı bir çox ölkələrlə, o cümlədən ərəb ölkələri ilə viza rejimi sadələşib. Bu özü də turizm prosesinə təkan verən amillərdən hesab olunur.  Ərəblərin Bakını sevməsinin digər səbəbinə gəlincə, istənilən ölkədə yerli media nümayəndəsi turistə yaxınlaşırsa, turist ona müsbət cavab verməyə bilməz. Turist ölkədə qonaqdır, o mənfi  söz demək istəməz. Xüsusən Azərbaycan kimi ifadə azadlığı nisbətən məhdud olan ölkədə turistlər də mümkün qədər qonaq olduğu hər yerdə yaxşı sözlər deməyə çalışırlar, öz yerlərini daha isti etmək istəyirlər. Lakin bu, o demək deyil ki, Azərbaycana  gələn ərəblər ölkəmizdə hər şeyi bəyənirlər. Burada bir amil də var ki, istirahət məqsədilə hansısa şəhərə getmək orada yaşamaqdan fərqlidir. Onlar burada dincəlməyə gəliblər,  qayda-qanun baxımından burada rahat nəfəs alırlar”.
R. Həsənovun fikrincə, bizim insanlarımızın gündəlik qayğıları, problemləri daha çoxdur və onlar şəhərin imkanlarından istifadə edə bilmirlər, gözəlliklərindən zövq ala bilmirlər: “Bakı bu günə qədər dünyanın ən bahalı şəhərlərindən hesab olunur. Lakin gəlir baxımından Bakı əhalisi digər ölkələrlə müqayisə oluna bilməz. Bu mənada paytaxt əhalisində sosial gərginliyin olması təbiidir. Lakin bu, o demək deyil ki, insanlar şəhəri sevmir. Sadəcə, əhali qısamüddətli dövrdə sürətli təbəqələşmənin nəticələrini hələ də həzm edə bilmir. Təbəqələşmə o qədər güclüdür ki, imkansız insanlar arasında psixoloji sarsıntı yaşanmaqdadır”.
Previous Post

Turistləri heyran qoyan paytaxt sakinləri xoşbəxtdirmi?

Next Post

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi – turistlər hara baxır?

Bənzər yazılar

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44

2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Elchi.az-a Elm...

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01

Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və...

Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

27 Oktyabr 2026 - 14:52

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanın elmi və turistik baxımdan diqqət çəkən məkanlarından biridir. Göy cisimlərini müşahidə etmək, astronomiya...

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

27 Oktyabr 2026 - 14:43

Niderland Azərbaycanda və Ermənistanda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün maliyyə yardımı ayıracaq. Elchi.az xəbər verir ki, bunu Niderlandın xarici...

Next Post

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?

Son xəbərlər

Qaradağda qonşularını öldürüb, meyitini basdıran ər-arvada və digər şəxsə hökm oxunub

Qaradağda qonşularını öldürüb, meyitini basdıran ər-arvada və digər şəxsə hökm oxunub

27 Oktyabr 2026 - 17:25
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

27 Oktyabr 2026 - 17:16
Konqoda Ebolaya yoluxanların sayı 10 mini keçdi: 5 mindən çox ölü var

Konqoda Ebolaya yoluxanların sayı 10 mini keçdi: 5 mindən çox ölü var

27 Oktyabr 2026 - 17:10
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü

Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü

27 Oktyabr 2026 - 16:59
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi

Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi

27 Oktyabr 2026 - 16:47
Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib

27 Oktyabr 2026 - 16:29
ADY yeni rayonlararası sərnişin qatarları alır: Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək

ADY yeni rayonlararası sərnişin qatarları alır: Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək

27 Oktyabr 2026 - 16:22
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 16:14
BMT Baş katibinin müavini: Vaxtilə Qarabağda gördüklərim məni dəhşətə gətirdi

BMT Baş katibinin müavini: Vaxtilə Qarabağda gördüklərim məni dəhşətə gətirdi

27 Oktyabr 2026 - 16:06
İtaliya Ukraynaya göstərdiyi yardıma görə problemlə üzləşib

İtaliya Ukraynaya göstərdiyi yardıma görə problemlə üzləşib

27 Oktyabr 2026 - 16:00
“Xameneinin səhhəti qaydasındadır” – Qalibaf

“Xameneinin səhhəti qaydasındadır” – Qalibaf

27 Oktyabr 2026 - 15:53
Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44
FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

27 Oktyabr 2026 - 15:34
Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

27 Oktyabr 2026 - 15:30
TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

27 Oktyabr 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.