"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Səlim Müslimovun korrupsiya ocaqlarından biri söndürülür

04 Avqust 2016 - 09:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Səlim Müslimovun korrupsiya ocaqlarından biri söndürülür

Bunu da oxuyun

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Ünvanlı sosial yardım adı altında baş verən qanunsuzluqları dayandırmaq mümkün olmadığından, prezident məsələyə kəskin mövqe bildirib; əmək və əhalinin sosial müdafiəsi nazirinin yaratdığı rüşvət mexanizmi kökündən qazınır; nazirlik isə iddia edir ki…

Aztəminatlı ailələrin güzəranının yaxşılaşması üçün nəzərdə tutulmuş ünvanlı sosial yardım dövrü artıq başa çatır. On il fəaliyyət göstərən bu layihənin ləğv olunacağı bildirilir. Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Bu yardımın verilməsində əsas məqsəd aztəminatlı ailələrin maddi şəraitinin yaxşılaşdırılmasıdır.
Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 105 AZN məbləğində müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və bir il müddətinə nəzərdə tutulur.
Bugünlərdə ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclasında insanlara ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələyə toxunub. Ölkə başçısı bildirib ki, artıq ünvanlı sosial yardımdan imtina etməyin vaxtıdır: “Biz ünvanlı sosial yardımla bağlı layihəni aztəminatlı insanların şəraitinin yaxşılaşması üçün nəzərdə tutmuşuq. Hazırda 200 min ailə ünvanlı sosial yardım alır. Amma ünvanlı sosial yardım insanlarda asılılıq yaradır və bu, gələcəkdə daha da təhlükəli ola bilər. Bunun üçün biz o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər”.
Prezident həmçinin onu da qeyd edib ki, gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanlı yardımın formalarına dəyişiklik edə bilər. Bu səbəbdən aztəminatlı ailələrə öz biznesini yaratmaq üçün dəstək veriləcək. Bununla da ünvanlı sosial yardımdan asılılıq aradan qaldırılacaq.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Vahid Əhmədov “Cümhuriyyət”ə açıqlamasında bildirib ki, bu məsələdə söhbət ünvanlı sosial yardımın ləğvindən getmir: “Məşğulluq məsələsi həll olunmayan insanlara ünvanlı sosial yardım yenə də veriləcək. Amma indi pilot layihələr həyata keçirilir. Artıq iki rayonda bu layihələrə start verilib və 11 rayonda da həyata keçməlidir. Gələcəkdə də bu layihə əgər uğurlu olsa, davam etdiriləcək. Burada məsələ ondan ibarətdir ki, prezident özünün ehtiyat fondundan 6 milyon manat vəsait ayırıb ki, bu pilot layihə vasitəsilə insanlara iş yerləri təşkil olunur. Təmin edilən iş yerləri ilə bağlı insanlara bildirilir ki, bu sahədə işləyib özünü dolandırmalısan. Hərənin maraq göstərdiyi sahə üzrə işlərə cəlb olunması nəzərdə tutulur. Çoxdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu layihəsi var və həyata keçirilir. Bu proses ələbaxımlılığın aradan götürülməsi üçün nəzərdə tutulub. Mən bu layihəni çox müsbət hesab edirəm. Bir var ki, ələbaxımlılıq olsun, camaat işləmək istəməsin və rahat olsun ki, dövlətdən yardım alacaq. Bir də var ki, insana ömürlük iş yeri və onunla məşğul olması üçün şərait yaradılır. Bu, çox mütərəqqi addımdır və Azərbaycan üçün müsbət nəticəsini verəcək”.
İqtisadçının sözlərinə görə, ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək: “Birdən-birə pilot layihəyə keçid olmayacaq, yəni buna zaman-zaman gediləcək. 3-5 il ərzində buna gedəcək olan insanlara həmin layihə üzrə şərait yaradılacaq. Əgər bu layihəyə gedənlər arasında artım olsa və uğurlu davam etsə, həmin insan ünvanlı sosial yardımdan çıxarılacaq”.
Əslində ünvanlı sosial yardımların verilməsi ilə bağlı tez-tez müxtəlif səpkili şikayətlər ictimailəşir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial yardımların verilməsində çətinliklər yaradılması, həmçinin bir neçə ayın yardımının yardımı düzəldən qurum və məmurlar tərəfindən alınması kimi məsələlər mətbuata çıxsa da, problem həllini tapmayıb.
“Yeni Müsavat”a özəl mənbələrdən daxil olan məlumatda bildirilir ki, sabiq nazir Füzuli Ələkbərovun vaxtından ünvanlı sosial yardımın verilməsində şəffaflığı təmin etmək mümkün olmayıb. 2013-cü ildə prezident fərmanı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Səlim Müslümov bu sahədəki korrupsiya ocaqlarını söndürmək işinə girişdiyi görüntüsü yaratmışdı. O, tez-tez keçirdiyi müşavirələrdə şou xarakterli olaylar çıxarırdı. Bir neçə idarə müdirini, rəhbər işçini elə iclas zalından qovaraq işdən çıxartdığını bəyan edirdi. Sonra ƏƏSMN-də hər şey “köhnə hamam, köhnə tas” formasında davam etdi. ÜSY-ların verilməsində ciddi qanun pozuntuları halları oldu. Yerlərdən gələn şikayətlərdə bildirilir ki, ƏƏSMN regional şöbələrində ünvanlı sosial yardım alanlara belə təklif olunur: “Altı ay bizim, 6 ay sənin”. Dövlətin pulunun bu şəkildə mənimsənilməsi heç şübhəsiz dövlət rəhbərliyinin də qulağına çatırdı. Mənbələr iddia edir ki, prezidentin məlum çıxışı da məhz Səlim Müslümovun və onun komandasının korrupsiya ocağının söndürülməsi üçün nəzərdə tutulub. Ona görə də ÜSY-nin forması dəyişdirilir.
***
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımın kəsiləcəyi barədə fikirlərə münasibət bildirib. Nazirlikdən “Yeni Müsavat”a göndərilən məlumatda bildirilir ki, həmin proqram aztəminatlı ailələrin yoxsulluqdan çıxmasını şərtləndirmir. “Ölkəmizdə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması, həmin ailələrə bu yardımların təyin olunması və ödənişi prosesi davam etdirilir. Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış və cari il fevral ayının 15-dən tətbiqinə başlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımından heç bir məmur müdaxiləsi mümkün olmadan, tam şəffaf şəraitdə faydalanırlar”, – deyə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
O, bununla belə, ayrı-ayrı KİV-lərdə guya ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə məlumatların yer aldığını və həmin məlumatların əsassız, şayiə xarakterli olduğunu və ictimai rəyi çaşdırmağa yönəldiyini diqqətə çatdırıb 
Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin yoxsulluğun çətinliklərindən qorunmasına yönəldiyini qeyd edən E.Babayev bildirib ki, bununla belə, həmin proqram aztəminatlı ailələrin yoxsulluqdan çıxmasını şərtləndirmir: “Ona görə də belə ailələr sırasından müvafiq potensialları olan ailələrin özünüməşğulluğuna, beləliklə, yoxsulluq vəziyyətindən çıxmalarına şərait yaradılması hazırda əsas fəaliyyət istiqamətlərindən biridir”. 
Previous Post

Səlim Müslimovun korrupsiya ocaqlarından biri söndürülür

Next Post

Yer kürəsi təhlükədə, dünya məhv ola bilər

Bənzər yazılar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20

“Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına...

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin...

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu...

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Next Post

Yer kürəsi təhlükədə, dünya məhv ola bilər

Yer kürəsi təhlükədə, dünya məhv ola bilər

Son xəbərlər

Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

12 Oktyabr 2026 - 19:28
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20
Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11
Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

12 Oktyabr 2026 - 18:56
Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

12 Oktyabr 2026 - 18:35
Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

12 Oktyabr 2026 - 18:19
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

12 Oktyabr 2026 - 17:57
Düyüdəki gizli təhlükə!

Düyüdəki gizli təhlükə!

12 Oktyabr 2026 - 17:45
Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36
Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

12 Oktyabr 2026 - 17:28
Küləklə bağlı sarı xəbərdarlıq verilib

Küləklə bağlı sarı xəbərdarlıq verilib

12 Oktyabr 2026 - 17:17
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09
Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.