"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Avropa yenə öz ampluasındadır, yaxud Almaniya Bundestaqı saxtakarlığı dəstəkləyir – ŞƏRH

03 İyun 2016 - 10:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Şuşa – qəhrəmanlığın rəmzi

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsində Almaniyanın ədalətli mövqe tutacağı şübhə doğurur

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniya Bundestaqı mütləq səs çoxluğu ilə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınması haqda qətnamə qəbul edib. Səsvermədə iştirak edən deputatlardan biri layihənin əleyhinə səs verib, biri isə bitərəf qalıb.

Bundan sonra Türkiyə hökumətinin atacağı addımlar daha çox Avropaya qaçqın axını ilə bağlı Avropa İttifaqı ilə imzalanan mövcud anlaşmalarda özünü göstərə bilər. Çünki Almaniya bu qondarma “erməni soyqırımı” məsələsini qabardan ilk dövlət deyil.

Almaniya başda olmaqla, Avropa İttifaqına üzv dövlətlərin Türkiyə ilə əməkdaşlığı və əlaqələri genişləndirmək, habelə ölkəyə tətbiq edilən vizasız rejimin ləğvi qarşılığında qarşısına qoyduğu şərtlərdən biri türk dövlətinin terrorçuluğa qarşı qanununa yenidən baxmasıdır.

Rəsmi Ankara isə bu dəyişikliyin mümkünsüzlüyünü bildirərək, Avropa İttifaqının şərtlərinə əməl etməkdən boyun qaçırıb.

Ona görə də rəsmi Berlin qərbli müttəfiqləri ilə bərabər Türkiyəyə öz istəklərini qəbul etdirmək üçün təzyiq vasitələrindən biri kimi erməni oyuncağından yararlanmağa çalışır.

Onda belə çıxır ki, səsvermə prosesində ölkənin kansleri Angela Merkel, onun Sosial-Demokrat Partiyasında olan müavini, iqtisadiyyat naziri Ziqmar Qabriel və xarici işlər naziri Valter Ştaynmayerin iştirak etməməsi sənədin rəsmi Berlindən ötrü daha çox su bulandırmaq xarakterli olmasının göstəricisi sayıla bilər.

Elə Buntestaqın ermənilərlə bağlı qəbul etdiyi qətnamə də buna nümunə ola bilər.

Türkiyə rəsmiləri belə bir qanun layihəsinin qəbul edilməsinin iki ölkə arasında dostluq, müttəfiqlik və əməkdaşlığa ziyan vuracağını bildiriblər.

“Biz Türkiyəni ittiham etməyə cəhd edənlərin xoşniyyətli olmadıqlarını bilirik. Bütün dünyaya açıq və aydın şəkildə bəyan edirik ki, bizim bu məsələ ilə bağlı gizlədəcəyimiz heç nə yoxdur. Qoy, hərtərəfli araşdırma aparılsın, tərəflərin səhvləri aşkarlansın. Məsələyə tarixçilər qiymət verməlidirlər. Tarixi mövzunu, o cümlədən daxili məsələni siyasətin aləti etmək kökündən səhvdir”, – deyə Türkiyənin baş naziri Binəli Yıldırım məsələyə münasibət bildirib.

Baş nazir xəbərdarlıq edib ki, bu sənədin qəbul edilməsi Almaniya-Türkiyə münasibətlərinə xələl gətirəcək: “Biz bunu istəməsək də, belə vəziyyətin yaranacağı şübhəsizdir. Səsvermə zamanı parlament üzvlərinin Almaniyanın 3,5 milyonluq etnik türk vətəndaşını nəzərə alacağına ümid edirəm”.

B.Yıldırım deyib ki, başqa dövlətlərdə də belə qanunlar qəbul edilməsinə baxmayaraq, onların Türkiyə üçün heç bir hüquqi gücü yoxdur: “Biz belə əsassız qərarın qəbul edilməsinin tərəfdarı da deyilik”.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası da Almaniya Bundestaqına göndərdiyi müraciətində bu layihənin müzakirəsinin gülünc olduğunu bəyan edib: “Almaniya Bundestaqı Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına xidmət etmək məsələsində səmimidirsə, düşmənçilik və intiqam hisslərini miras qoymamalı, tarixi təhrif etməkdən əl çəkməli, yeni nəsillər arasında dostluq və barışın yaranmasına çalışmalıdır”.

Almaniya parlamentariləri öz aləmində bu yolla Türkiyə və Ermənistan arasında münasibət qurmaq istədiklərini bildirir, niyyətlərinin “keçmişin uçurumlarını aradan qaldırmaq məsələsində türklər və erməniləri dəstəkləmək” olduğunu ifadə edirlər.

Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Almaniya arasında tarixi müttəfiqlik mövcuddur.

I Dünya müharibəsi zamanı Osmanlı İmperiyası ilə Almaniya müttəfiq idi. 1914-cü ildə Osmanlı dövləti 1882-ci ildə Bismarkın yaratdığı Almaniya, Avstriya-Macarıstan və İtaliyadan ibarət “üçlər ittifaqına” qoşulmuşdu.

Sonralar bu müttəfiqlik davam edib.

Ancaq Türkiyədə pozuculuq fəaliyyəti ilə məşğul olub, ölkənin ərazisinə parçalamaq istəyənləri himayə etdiyi üçün Ankara ilə Berlin arasında zaman-zaman gərginlik yaşanıb və proses günümüzdə də davam etməkdədir. Bununla belə, hər iki dövlət NATO kimi güclü bir hərbi blokun üzvü və müttəfiqdirlər.

Erməni məsələsindən başqalarının istifadə etməsi anlaşılandır. Çünki onlar I Dünya müharibəsində Osmanlıya müharibə elan etmiş, onu parçalayıb, məhv etməyi qarşılarına məqsəd qoymuşdular. Məqsədlərinə tam çata bilmədiklərindən erməni məsələsindən Türkiyəyə qarşı istifadə etməkdədirlər. Ancaq Almaniyanın o zaman belə bir hədəfi olmamış, osmanlılarla müttəfiqlik etmişlər.

İqtisadi maraq baxımından da Türkiyə Almaniya üçün Ermənistandan daha sərfəli tərəfkeşdir.

2015-ci ildə Türkiyə Almaniya arasında illik ticarət dövriyyəsinin həcmi 36,8 milyard avro olub. Almaniyanın ən çox ixracat etdiyi ölkələri siyahısında Türkiyə 14-cü, ən çox idxalat etdiyi dövlət sırasında isə 17-ci yerdədir. Başqa sözlə, ötən il Almaniya Türkiyəyə ixracatının həcmi 22,4 milyard avro, bu ölkədən idxalat isə 14,4 milyard avrodur. Statistikaya əsasən, 2014-cü ildə Almaniyanın ixracatında Türkiyə 16-cı, ötən il isə 14-cü yerdə olub. Göstərilən hesabat ilində idxalatda uyğun olaraq 18-ci yerdən 17-ci yerə yüksəlib.

Almaniya Federal Statistika İdarəsinin məlumatına əsasən, Avropanın ən böyük iqtisadiyyata malik olan dövlətinin 2015-ci ildə ixracatının həcmi 1 trilyon 195 milyard 800 milyon avro, idxalatının həcmi isə 948 milyard avro təşkil edib.

Ötən il Ermənistanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi isə 442 milyon 93 min dollar təşkil edib.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsində Almaniyanın ədalətli mövqe tutacağına şübhənin yaranması təbiidir.

Qeyd edək ki, Almaniya Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsində yaradılan vasitəçi ATƏT-in Minsk qrupunun üzvlərindəndir. Bundan başqa, AFR ATƏT-in fəaliyyətdə olan sədridir.

Yeri gəlmişkən, Almaniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 2015-ci ildə 2 mlrd. dollar təşkil edib. Almaniya Azərbaycanın xarici ticarət sahəsində əməkdaşlıq etdiyi əsas ölkələr sırasındadır.

AFR-in Türkiyə və Azərbaycanla iqtisadi əlaqələri Ermənistandan üstün bir vəziyyətdədir. Onda belə çıxır ki, almanlar milyardlardan imtina edib, özlərini tarixi “ədalətin müdafiəçisi” kimi göstərirlər.

Ancaq bunun heç də belə olmadığı sirr deyil. Türkiyənin də yaxın olduğu Orta Şərq bölgəsində nüfuzu və gücü var. Bölgədə xəritənin və ya iki ölkənin siyasi-inzibati xəritəsinin dəyişəcəyi nəzərə alınarsa, bu güc isə perspektivdə başqa qərblilər kimi Almaniyaya da mane ola bilər. Ona görə də alman dövləti indidən Türkiyəni erməni oyuncağı ilə hədələyir.

Ancaq qərblilər nədənsə onlar üçün ən etibarlı müttəfiqin Türkiyə olacağını unudurlar. Öz torpaqlarında Suriya və İraqdan olan 3,5 milyon qaçqını qəbul etmiş ölkənin, Türkiyənin dövlətçilik ənənələrini deyəsən nəzərə almaq istəmirlər.

Ola bilsin, Avropa İttifaqı yenə də nəyi isə hələ anlamayıb, ya da gec anlayacaq.

Almaniya kansleri Angela Merkel “Bunte” jurnalına müsahibəsində deyib: “Avropa qaçqınların gəldiyi ölkələrdə vəziyyətin acınacaqlı olduğunu çox gec anladı”.

Görünür, avropalılarda belə hal olur. Elə ona görə də 101 il öncə baş verən məsələ ilə bağlı çıxardıqları qərar da saxtakarlığı dəstəkləyir. Başqa nə deyəsən, ax, Avropa, Avropa…

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Avropa yenə öz ampluasındadır, yaxud Almaniya Bundestaqı saxtakarlığı dəstəkləyir – ŞƏRH

Next Post

Laçın təhsilində müdhiş korrupsiya – İTTİHAMLAR

Bənzər yazılar

Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

06 Noyabr 2026 - 13:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin...

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06 Noyabr 2026 - 12:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak...

Şuşa – qəhrəmanlığın rəmzi

Şuşa – qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 - 12:26

Şuşanın işğaldan azad olunması xalqımızın arzusu olmaqla yanaşı tarixin də gözləntisi idi. Çünki qala şəhərimizin düşmənə təslim edilməsini nə xalqımız,...

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18

Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları...

Next Post

Laçın təhsilində müdhiş korrupsiya - İTTİHAMLAR

Laçın təhsilində müdhiş korrupsiya - İTTİHAMLAR

Son xəbərlər

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 15:08
Pentaqon rəhbəri Amerika xalqına müraciət edib

Pentaqon rəhbəri Amerika xalqına müraciət edib

06 Noyabr 2026 - 15:00
Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

06 Noyabr 2026 - 14:53
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu

06 Noyabr 2026 - 14:50
Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06 Noyabr 2026 - 14:44
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək

Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək

06 Noyabr 2026 - 14:30
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

06 Noyabr 2026 - 14:24
Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

06 Noyabr 2026 - 14:14
Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

06 Noyabr 2026 - 14:07
Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00
Sürücülər 18 manat əvəzinə gəlirlərinin 1 faizini vergi verəcək

Sürücülər 18 manat əvəzinə gəlirlərinin 1 faizini vergi verəcək

06 Noyabr 2026 - 13:52
Tarixi Zəfərin  6-cı ildönümü mübarək, Azərbaycan!

Tarixi Zəfərin 6-cı ildönümü mübarək, Azərbaycan!

06 Noyabr 2026 - 13:48
Beş ildə peşə məktəblərinə qəbul 70 faiz artıb

Beş ildə peşə məktəblərinə qəbul 70 faiz artıb

06 Noyabr 2026 - 13:43
2020-ci ildən bəri 449 uşağa Zəfər adı verilib

2020-ci ildən bəri 449 uşağa Zəfər adı verilib

06 Noyabr 2026 - 13:30
Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

06 Noyabr 2026 - 13:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.