ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən “LA Talk Live” radiosunun efirində Azərbaycan musiqisinə, mədəniyyətinə, tarixinə və ədəbiyyatına həsr olunan geniş veriliş yayımlanıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundanAxşam.az-a verilən məlumata görə, proqramda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev əsas qonaq qismində çıxış edib.
Diplomat Azərbaycanın milli musiqi sənətinin tarixindən bəhs edərək, xüsusilə Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində Azərbaycanın bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat, bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib.
Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərimizin əvəzolunmaz rolundan bəhs edib, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.
Eyni zamanda, diplomat, qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul, 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsərləri sırasına daxil edilərək, Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.
Baş konsul, həmçinin Azərbaycan caz musiqi sənəti və onun qurucularından olan Vaqif Mustafazadənin qeyri-adi istedadından da söz açıb. Diplomat bildirib ki, Azərbaycan caz məktəbinin bu gün artıq böyük sayda yetirmələri milli musiqimizə rəngarəng töhfələr verməkdədir. Baş konsul, həmçinin Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələri, Qarabağın əzəli Azərbaycan torpağı olması və Nizami Gəncəvi yaradıcılığı barədə də dinləyicilərə məlumat verib.
Qeyd edək ki, proqram zamanı Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadənin əsərlərindən, eyni zamanda Rəşid Behbudov, Müslüm Maqomayev və Vaqif Mustafazadənin unudulmaz ifalarından və Azərbaycan muğamından nümunələr səsləndirilib. Əsərlərin tam şəkildə 26 may tarixində efirə veriləcəyi nəzərdə tutulub.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...
Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək. Bu barədə Elchi.az - a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində...
"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib. Elchi.az -ın məlumatına görə, Yunanıstan təmsilçisi "Kolossos"u qəbul...
ABŞ Ukrayna tərəfi ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb. Elchi.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald...
Son şərhlər