"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistan prezidentinin Rusiya səfəri – rüblük tapşırıq – ŞƏRH

11 Mart 2016 - 10:57
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr seçilib

O 2015-ci il dekabrın 20-də Moskvaya işgüzar səfər etmişdi

Martın 10-da Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

Kremlin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı ticarət-investisiya, enerji və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivləri müzakirə olunub.

Vladimir Putinlə Serj Sarqsyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişənin tənzimlənməsi məsələsini də müzakirə edilməsi haqda xəbər yayılıb.

Əslində Ermənistan öz müstəqillyini elan edəndən indiyə kimi rəsmi Yerevan Kremlin çubuğu ilə idarə olunub. Bu ölkənin regionda həm də Rusiyanın istəklərinin “maşası” olduğu da sirr deyil. Başqa sözlə Ermənistan davamlı olaraq, Moskvanın sifarişlərinə əməl edərkən, bölgədə özünə düşmən bildiyi dövlətlərə də pisliyindən əl çəkmir.

Bu baxımdan, Serj Sarqsyanın Rusiyaya səfərinə önəm verməmək də olardı. Ancaq son aylar bölgədə və dünyada baş verənlər fonunda buna toxunmaq istərdik.

Yeri gəlmişkən, fevralın sonunda Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin iki dəfə telefonla danışıb. Danışıqlar zamanı iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldığı bildirilmişdi. Ancaq bu danışıqdan sonra Rusiyanın baş naziri Dmtiri Roqozin və xarici işlər naziri Qriqori Karasinin Bakı səfərləri tərəflər arasında başqa məsələlərin müzakirə edildiyini ehtimal etməyə əsas verdi.

Ona görə ehtimal etmək olar ki, Rusiya prezidentinin telefon danışığı və hökumət təmsilçilərinin Bakı səfərində müzakirə olunan, əldə edilən razılıqlar (əgər varsa) erməni prezidentinin də diqqətinə çatdırılıb.

Bu həm də Serj Sarqsyanın Kreml qarşısında növbəti hesabatı da sayıla bilər. Çünki o, 2015-ci il dekabrın 20-də Moskvaya işgüzar səfər etmişdi.

Ondan bir gün öncə, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş olmuşdu.

İlham Əliyevlə görüşdən bir gün sonra Moskvaya məruzə etməyə gedən S.Sarqsyan yeni təlimatlar almaq və gördüyü, görəcəyi işlər barədə Kremlə hesabat verməyə gedir.

Bundan başqa Ermənistanda hakimiyyətdaxili qruplar arasında yerdəyişmə baş verib. Hakim Respublikaçılar Partiyası daşnaklarla yeni koalisiya qurub. Hökumət üzvlərinin yeri dəyişib. Hətta yeni təhlükəsizlik naziri təyin edilib.

Rəsmi Yerevanın bu dəyişiklikləri özbaşına, Moskvanın xəbəri olmadan etdiyinə inanmaq gülüncdür. Ermənistanda rusiyayönlülərin hakimiyyətdən getməsinin Kremlin maraqları baxımından faciəli sonluğu ola biləcəyi istisna edilmir. Ona görə də Rusiya rəhbərliyi Ermənistanı bölgədəki maraqlarının təmin olunması üçün daim tətikdə saxlayır.

Putinin Sarqsyanla İrandan təbii qazın Ermənistana, oradan isə Gürcüstana nəqli ideyasının da müzakirə edildiyi istisna olunmur. Bu ideya gerçəkləşərsə, o zaman Rusiya bölgədəki təbii qaz bazarında İran və Azərbaycana təsir etmək imkanları əldə edə bilər.

Kreml Yerevana 200 milyon dollarlıq silah-sursat və hərbi texnika da verib. Görüşdə Moskvanın bölgədə hərbi gücünün təmin olunması perspektivlərinin müzakirə olunduğu ehtimallar sırasındadır.

Bir məsələyə də diqqəti çəkmək istərdik. Nə qədər qəribə də olsa Rusiya prezidenti erməni həmkarını federasiya subyektlərinin başçıları ilə müqayisədə daha tez-tez qəbul edir. Məsələn, Putin Tatarıstan prezidenti Rüstəm Minnixanovla Moskvada 2015-ci ilin fevralında görüşüb.

Beləliklə, Serj Sarqsyan Rusiya prezidentindən rüblük tapşırıq almağa gedib, desək, yəqin ki yanılmarıq.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Ermənistan prezidentinin Rusiya səfəri – rüblük tapşırıq – ŞƏRH

Next Post

Erməni kəşfiyyatının talış marionetləri yenə oyunda

Bənzər yazılar

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

16 Oktyabr 2026 - 17:36

Muzey Mərkəzində görkəmli xalçaçı-rəssam, ornamentalist və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş sərgi keçirilib. Elchi.az xəbər verir...

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12

Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin...

Next Post

Erməni kəşfiyyatının talış marionetləri yenə oyunda

Erməni kəşfiyyatının talış marionetləri yenə oyunda

Son xəbərlər

Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

16 Oktyabr 2026 - 17:47
Zelenski Aİ-dən 2027-ci il üçün əlavə 70 milyard avro istəyib

Zelenski Aİ-dən 2027-ci il üçün əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 17:40
Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

16 Oktyabr 2026 - 17:36
Hörmüz boğazında neft tankerində yanğın baş verib

Hörmüz boğazında neft tankerində yanğın baş verib

16 Oktyabr 2026 - 17:33
Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

16 Oktyabr 2026 - 17:25
Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

16 Oktyabr 2026 - 17:13
FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

16 Oktyabr 2026 - 16:58
Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

16 Oktyabr 2026 - 16:45
Cəbrayılda ADSEA-nın yeni inzibati binası istifadəyə verildi

Cəbrayılda ADSEA-nın yeni inzibati binası istifadəyə verildi

16 Oktyabr 2026 - 16:36
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

16 Oktyabr 2026 - 16:29
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

16 Oktyabr 2026 - 16:17
“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

16 Oktyabr 2026 - 16:10
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

16 Oktyabr 2026 - 16:02
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.