"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“MTN işi”ndə “kimə nə vermişəm, deyərəm”in qırdığı qandallar

11 Mart 2016 - 09:53
in XƏBƏR LENTİ
FacebookVatsap
 “MTN işi”ndə “kimə nə vermişəm, deyərəm”in qırdığı qandallar

Ötən ilin ən qalmaqallı hadisəsi üzərindəki sirr pərdəsi qalır…

Bunu da oxuyun

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

 
Bugünlərdə “MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə ibtidai istintaqın müddəti növbəti dəfə iyunun 17-dək uzadıldı. İstintaqın iyundan sentyabra, sentyabrdan ilin sonuna kimi uzadılacağı da gözləniləndir. Yada salaq ki, cinayət işi üzrə istintaqın başlanması barədə qərar 2015-ci il oktyabrın 17-də verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən həyata keçirilir. Bu günə qədər iş üzrə 20 nəfərdən çox şəxs həbs edilib. “Akula Akif” kimi tanınan Akif Mustafayev iş üzrə axtarışdadır. MTN-in Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova isə ev dustağıdır. 
 
Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı məlumata görə, bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
“MTN işi”nin 19 vəzifəli şəxsin həbsi ilə məhdudlaşmasının ilginc səbəbi haqda məlumat almışıq. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, iş üzrə şikayətçilərin sayı yüzlərlə olsa da, istintaqçılar şikayət obyekti olan vəzifəlilərin bir çoxunu söhbət edib yola salmaqla kifayətlənməli olurlar. İstintaqa söhbətə çağırılan belə şəxslərdən biri açıq tekstlə “kimə nə vermişəm, deyərəm” söyləyib. Bildirib ki, həbs olunsa, məsələni ictimiləşdirməkdən də çəkinməyəcək və israr edəcək ki, ifadələri olduğu kimi dindirmə protokollarında əks olunsun. Odur ki, həmin şəxsin qoluna vurulmaq üçün hazırlanan qandalları bir kənara tullamalı olublar. İttihamnaməyə də qandalların yanında yer tapılıb.
 
İstintaq Təcridxanasının rəisi işdən çıxarıldı və…
 
Xatırladaq ki, MTN-də keçirilən məlum əməliyyatdan sonra prezidentin fərmanı ilə qurum ikiyə bölünməklə faktiki ləğv olundu və “təmizləmələr” başlandı. Eldar Mahmudova yaxın kadrlar MTN-dən uzaqlaşdırılaraq  istintaqa cəlb olundular. Aldığımız məlumata görə, ən son işdən çıxarılanlardan biri də uzun illər MTN-in İstintaq Təcridxanasının rəisi olmuş Zaur Bənnayevdir. Bənnayev Eldar Mahmudovun göstərişi ilə günahsız insanların qurumun təcridxanasına salınmasına şahidlik edib. MTN-in digər vəzifəlilərindən fərqli olaraq təcridxana rəisi “MTN işi” üzrə istintaqdan kənarda qala bilib. Bu, Z.Bənnayevin baş verənlərə qarışmaması ilə izah edilir. Digər tərəfdən, rəis işlədiyi dövrdə Z.Bənnayevin MTN təcridxanasından yolu düşən məşhurlar, onların qohumları, yaxınları haqda mübhəm məlumatlarla tanış olma imkanları yaranıb. Belə xəbər də var ki, bu məlumatlar son nəticədə onun “MTN işi” üzrə istintaqdan kənarda qalmasına gətirib çıxarıb.
Çovdarovun əmlaklarına həbs qoyulub
MTN-in odioz fiqurlarından biri olan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evlərinə və obyektlərinə həbs qoyulub. Badamdar qəsəbəsi “Kempinski” hoteli yaxınlığında Çovdarova məxsus olan 3 villaya artıq onun yaxınları daxil ola bilmir. Bu barədə informasiyanı moderator.az-a eks generalın qonşuları verib. Akif Çovdarovun vəkili Sadiq Rəsulov deyilənlər barədə heç bir açıqlama vermək istəməyib.
Yanan bina işi “MTN işi”nə birləşdirilə bilərmi?
 
Binəqədi rayonu ərazisində yanan bina işi ilə “MTN işi”nin birləşdirilməsi haqda zaman-zaman məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilir ki, “MTN işi”nin 2015-ci ilin mayında Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğın arasında əlaqə var. Son məlumatlara görə, yanğınla bağlı istintaq yekunlaşıb məhkəməyə göndərilməli olsa da, “MTN işi”nə görə bu məsələ saxlanılıb. Yada salaq ki, Abid Şərifov hadisədən təxminən 2 ay sonra bildirib ki, istintaq 10 günə yekunlaşacaq. İddia olunur ki, yanğın hadisəsinin “kredit qalmaqalı” ilə eyni vaxta təsadüf etməsi hakimiyyətin zirvəsində şübhələrə səbəb olub. Ona görə də istintaqın hərtərəfli aparılması, bütün versiyaların, şübhələrin yoxlanılması tapşırılıb. “MTN işi” isə bu məsələyə diqqəti daha da artırıb. “Azadlıq” qəzeti yazır ki,  baş verənlərdə MTN-dəki şəbəkənin rolu olub-olmadığı ciddi şəkildə araşdırılır. İddialara görə, yanğın hadisəsinə görə həbs edilən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov istintaqa ifadəsində MTN-lə bağlı da hansısa faktlar açıqlayıb. Bizdə Miryusif Mahmudovun konkret hansı faktları açıqladığı barədə dəqiq bilgi yoxdur. Lakin o bəllidir ki, həbsdə olan iş adamı yanğınla “MTN işi” arasında əlaqəyə dair bəzi ilginc detalları açıqlayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) 2015-ci ildə görülən işlərlə bağlı mətbuat konfransı keçirilib. İdarə rəisi Kamran Əliyev bildirib ki, “MTN işi” ilə bağlı KQMBİ-də araşdırma aparılmır. Baş İdarədə Rabitə Nazirliyinin vəzifəli şəxslərinin işi üzrə araşdırma aparılır. 
Previous Post

“MTN işi”ndə “kimə nə vermişəm, deyərəm”in qırdığı qandallar

Next Post

İsveç mətbuatı azərbaycanlı gəncin qəhrəmanlığından danışır

Bənzər yazılar

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

14 Oktyabr 2026 - 14:14

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında çıxışı zamanı Qərbi azərbaycanlıların hüquqlarına, onların tarixi torpaqlarına...

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

14 Oktyabr 2026 - 12:32

Cari ilin yanvar-sentyabr aylarında Bakı Limanında yük daşıma göstəricilərində artım qeydə alınıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)  bildirilib ki, 2026-cı...

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi...

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

Next Post

İsveç mətbuatı azərbaycanlı gəncin qəhrəmanlığından danışır

İsveç mətbuatı azərbaycanlı gəncin qəhrəmanlığından danışır

Son xəbərlər

Reuters: Starlink məhdudiyyəti Ukraynanın PUA əməliyyatlarını iflic edir

Reuters: Starlink məhdudiyyəti Ukraynanın PUA əməliyyatlarını iflic edir

14 Oktyabr 2026 - 17:57
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 17:51
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

14 Oktyabr 2026 - 17:49
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

14 Oktyabr 2026 - 17:39
Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin görüşü keçirildi – VİDEO

Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin görüşü keçirildi – VİDEO

14 Oktyabr 2026 - 17:36
Enerji qiymətlərinin baha olması səbəbindən Aİ-ni çox çətin qış gözləyir

Enerji qiymətlərinin baha olması səbəbindən Aİ-ni çox çətin qış gözləyir

14 Oktyabr 2026 - 17:28
Lavrov Bakıya gəldi

Lavrov Bakıya gəldi

14 Oktyabr 2026 - 17:16
Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09
İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

14 Oktyabr 2026 - 16:59

Şavkat Mirziyoyev Bakıya yola düşüb

14 Oktyabr 2026 - 16:53
İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

14 Oktyabr 2026 - 16:47
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 16:35
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

14 Oktyabr 2026 - 16:30
DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

14 Oktyabr 2026 - 16:22
Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

14 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.