"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakı və Tiflis arasında mühüm anlaşma – gözlənilən oldu

02 Mart 2016 - 08:45
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

 Bakı və Tiflis arasında mühüm anlaşma - gözlənilən olduAzərbaycan Gürcüstanın İran və Rusiyadan qaz asılılığına düşməsinə imkan vermədi; işğalçı ölkənin tranzit ölkə olmaq arzusu da gözündə qaldı

Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının 2-ci toplantısı uğurla başa çatdı. Rusiyadan yan keçəcək bu kəmərlər sisteminin layihədə iştirakçı ölkələrin energetik və milli təhlükəsizliyinə böyük töhfə verəcəyi artıq şübhə doğurmur. Prezident İlham Əliyev toplantıdakı çıxışında ilk növbədə bu aspektə diqqət yönəltmişdi.      
CQD layihəsində əsas iştirakçı (tranzit) ölkələrdən biri də Gürcüstandır. Qonşu ölkəni Bakı toplantısında baş nazirin müavini, energetika naziri Kaxa Kaladze təmsil edirdi. Nazirin səfəri son vaxtlar Gürcüstanın öz bazarı üçün Rusiyadan (“Qazprom”) və İrandan (Ermənistandan keçməklə) əlavə qaz almağa dair danışıqlar aparması baxımından ikiqat önəm daşıyırdı. 
Məlumdur ki, Gürcüstanın siyasi müxalifəti, ictimai və ekspert dairələri, o sırada sabiq prezident Mixail Saakaşvili neçə vaxtdır konkret olaraq Rusiya qazından asılılığın artmasını ölkənin suverenliyi və müstəqilliyinə real təhlükə sayırlar – xüsusən də Kremlin bölgədə hərbi cəhətdən gücləndiyi indiki məqamda. “Qazprom” əleyhinə Tiflisdə dəfələrlə etiraz aksiyaları da keçirilib – özü də ideyanın əsas müəllifi hesab edilən, “Qazprom”da pay sahibi olduğu deyilən sabiq baş nazir Bidzina İvanişvilinin ofisinin qarşısında…
***
Bakı səfəri öncəsi isə Kaladze bəyan eləmişdi ki, Azərbaycanda SOCAR rəhbərliyi və “Şahdəniz” konsorsiumunun rəsmiləri ilə görüşəcək və “Şahdəniz” qaz kəməri ilə əlavə qaz almağın mümkünlüyünü müzakirə edəcək. “Çox nikbin ovqatdayıq və düşünürük ki, müəyyən anlaşma əldə edəcəyik. Yalnız bundan sonra tam mənzərə üzə çıxacaq ki, ”Qazprom”la danışıqları necə yekunlaşdıraq. Fikrimcə, danışıqları sürəkli başa vurmağı bacaracağıq”, – deyə nazir nikbinliklə qeyd eləmişdi.
Bu mənada nazirin Bakı səfəri kulminasiya nöqtəsi sayılırdı. Səfəröncəsi həmçinin, Gürcüstanın Azərbaycandan yeni təklif aldığı haqda maraqlı məlumat yayılmışdı. “Tabula” telekanalının yaydığı məlumatda Gürcüstanın neft-qaz şirkətinin adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsinə istinadən bildirilirdi ki, SOCAR Gürcüstana qaz tədarükünü 500 milyard kub metr artırmağı və qaz üçün aşağı qiymət təklif edib, bunu da “Şahdəniz” qaz kəməri vasitəsilə təmin edəcəyinə boyun olub.
Kaladzenin səfərsonrası açıqlamasından görünür ki, anlaşma, hər halda, baş tutmuş hesab oluna bilər. Belə ki, Bakıdan qayıtdıqdan sonra o, mediaya açıqlamasında bildirib: “Azərbaycandan əlavə qaz həcmlərinin alınması məsələsi faktiki olaraq həllini tapıb. Bakıya səfərim çərçivəsində mən prezident İlham Əliyevlə, SOCAR-ın rəhbəri ilə görüşdüm. Görüşlərdə ”Şahdəniz” layihəsi müzakirə olundu. SOCAR prezidenti ilə görüşdə biz əlavə qaz həcmlərinin alınmasını müzakirə etdik. Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir. Faktiki olaraq, əlavə qaz həcmlərinin alınması ilə bağlı əsas razılıq əldə olundu”.
“Qazprom”la danışıqların taleyinə gəlincə, baş nazirin müavini deyib ki, “Bakı anlaşması ilə əlaqədar” şirkətlə danışıqlar bir neçə günə yekunlaşacaq…
***
Beləliklə, qənaət hasil olur ki, Gürcüstana daha bahalı olan İran qazı da lazım olmayacaq – hansı ki, Ermənistan ərazisindən nəql ediləcəyi istisna olunmurdu. Bu xüsusda Bakı anlaşması həm də siyasi anlam daşıyır – bir yandan bu anlaşma “Qərb qapımız” Gürcüstanın Rusiyaya qarşı energetik təhlükəsizliyini gücləndirirsə, digər yandan da işğalçı Ermənistanın İran qazı üçün istər Gürcüstana, istərsə də perspektivdə Avropaya tranzit ölkə olmaq arzusunu gözündə qoyur, onun əlavə iqtisadi qazanc götürməsini əngəlləyir.
Xatırladaq ki, hazırda Gürcüstanın təbii qaza olan ehtiyacının təxminən 90 faizi Azərbaycan qazı hesabına ödənir. Yerdə qalan həcm isə Rusiya qazının Ermənistana nəqlinə görə alınan tranzit xərcləri qarşılığında “Qazprom”dan alınır.
 
Bəzi təhlilçilərə görə, rəsmi Tiflisin aylardır əlavə qaz alınması ətrafında yaratdığı intriqalı ajiotaj Gürcüstanın qaz bazarında SOCAR-ın inhisarçı mövqeyini zəiflətmək və enerji mənbələrini şaxələndirmək istəyindən daha çox, elə məhz Azərbaycan qazını daha ucuz kommersiya qiymətinə almağa hesablanıb. Buna nə dərəcədə nail olunduğu yəqin ki, yaxın günlərdə – “Qazprom”la danışıqlara nöqtə qoyulanda bilinəcək.   
Previous Post

Bakı və Tiflis arasında mühüm anlaşma – gözlənilən oldu

Next Post

Hadı Rəcəbli: “Torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması?”

Bənzər yazılar

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 373 cinayət işi başlanılıb....

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Next Post

Hadı Rəcəbli: “Torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması?”

Hadı Rəcəbli: “Torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması?”

Son xəbərlər

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

21 Oktyabr 2026 - 13:30
Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

21 Oktyabr 2026 - 13:18
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09
Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

21 Oktyabr 2026 - 13:00
Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

21 Oktyabr 2026 - 12:53
Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

21 Oktyabr 2026 - 12:49
Noyabrda 5 günlük tətil olacaq

Noyabrda 5 günlük tətil olacaq

21 Oktyabr 2026 - 12:38
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

21 Oktyabr 2026 - 12:29
DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

21 Oktyabr 2026 - 12:28
Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

21 Oktyabr 2026 - 12:08
Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

21 Oktyabr 2026 - 11:55
Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

21 Oktyabr 2026 - 11:49
Mllli Məclisdə konfrans keçirilir

Mllli Məclisdə konfrans keçirilir

21 Oktyabr 2026 - 11:36
Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb – FAKTİKİ HAVA

21 Oktyabr 2026 - 11:28
Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

21 Oktyabr 2026 - 11:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.