"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Vüqar Bayramov: “Rusiya hansısa məsələdə Azərbaycana təzyiq etməyi düşünür”

29 Fevral 2016 - 21:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Rusiyanın “pomidor cığallığı”nın arxasındakı siyasi səbəblər...

Vahid Əhmədov: “Azərbaycanın Avropa ölkələri ilə iqtisadi layihələr imzaladığı bir vaxtda Rusiyanın bu addımı anlaşılandır”
 
Vüqar Bayramov: “Yəqin ki, Rusiya hansısa məsələdə Azərbaycana təzyiq etməyi düşünür”
Son zamanlar Rusiya ilə Azərbaycan arasında pomidor ixracı məsələsinə qalmaqal yaşanır. Belə ki, bir müddət öncə Azərbaycanı Türkiyə istehsalı olan pomidorları öz məhsulu adı altında Rusiya bazarına ixrac etməkdə suçlayan Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət üzrə dövlət agentliyi “Rosselxoznadzor” bu dəfə Moskvaya zərərli pomidor göndərməkdə ittiham edib. 
“Rosselxoznadzor”un əməkdaşları Mojayskdakı “Zapadnıye vorota” və Kolomnadakı “Severnaya zvezda” anbarlarından istifadəyə yararsız 173 ton idxal pomidor və alma müəyyən ediblər. Anbarlarda yoxlama zamanı Serbiya, Azərbaycan və İspaniyadan idxal olunmuş alma və pomidorlardan nümunələr götürülüb. Azərbaycan və İspaniyadan idxal olunan pomidorların tərkibində isə deltametrin və piriproksifen maddələrinin normanı aşdığı aşkar edilib.
Bundan əvvəl də “Rosselxoznadzor” Azərbaycanın Türkiyə istehsalı olan pomidorları öz məhsulu adı altında Rusiya bazarına ixrac etməsindən şübhələndiklərini açıqlamışdı. Agentliyin rəhbəri bildirmişdi ki, yanvar ayında Türkiyə pomidorlarının Rusiya bazarına daxil olmasına qadağa qoyulmasının ardınca Azərbaycan Rusiyaya pomidor ixracını birdən-birə 5 dəfə artırıb.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi isə bu şübhənin əsassız olduğunu bildirdi. Nazir Heydər Əsədov jurnalistlərə açıqlama verdi ki, “Rosselxoznadzor”un nümayəndələri Azərbaycana gəlib, pomidor istixanalarının bol məhsul verdiyini özləri də görə bilərlər.
Bəs, görəsən Rusiyanın müxtəlif əsaslarla Azərbaycandan pomidor idxalını əngəlləməsinin səbəbləri nədir? Rusiya rəsmisi şübhələrində haqlı ola bilərmi? Məsələ iqtisadi, yoxsa siyasi əhəmiyyət daşıyır?
İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın tərəvəz məhsullarının, xüsusən də pomidorun Rusiyaya ixracı ilə bağlı xeyli müddətdir, problemlər müşahidə olunur: “Bizim pomidor istehsalçıları ilə  söhbətimizdən də məlum oldu ki, bir çox hallarda Rusiya sərhəddində maşınlar dayandırılır və bəzən məhsullar buraxılmır. Hətta sahibkarlara cərimələr belə, tətbiq olunur ki, bunlar Türkiyə məhsullarıdır. Amma istehsalçıların da bildirdiyi kimi, Azərbaycanın və Türkiyənin istixanalarda yetişdirdiyi pomidorları fərqləndirmək çox çətindir. Çünki hər ikisi eyni toxumdan, eyni texnologiya ilə istehsal olunur. Rusiyanın azərbaycanlı fermerlərin məhsullarından imtina etməsi əksər hallarda fermerlər üçün çox böyük çətinliklər yaradır və ziyan  vurur”.
Ekspertin sözlərinə görə, Azərbaycan məhsullarının Türkiyə məhsulları kimi təqdim edilməsi və Rusiyaya buraxılmaması nəinki doğru deyil, hətta beynəlxalq razılaşmalara və iki ölkə arasındakı anlaşmalara belə, ziddir: “Bu, heç də xoşagələn hal deyil. Çünki, Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün Rusiya əsas bazar idi. Həmçinin, Azərbaycan məhsullarının da Rusiya bazarında üstünlüyü var və yüksək tələbat olan məhsullardır. Düşünmürəm ki, Rusiya daha ucuz satıcı tapdığı üçün Azərbaycan məhsullarına qarşı belə rəftar edir. Hər halda burada siyasi səbəblər axtarmaq lazımdır, burada iqtisadi səbəblər yoxdur. Yəqin ki, Rusiya hansısa məsələdə Azərbaycana təzyiq etməyi düşünür. Məhsulların ölkəyə buraxılmaması və bir müddət sonra onlarda sağlamlıq üçün zərərli maddələrin aşkarlandığının açıqlanması nə hüquqi, nə də iqtisadi prinsiplərə uğun deyil”.
Deputat Vahid Əhmədov isə bildirdi ki, bu məsələdə siyasi səbəblər əsas rol oynayır: “Rusiyaya ixrac olunan bu məhsullar Azərbaycanın özünün istehsal etdiyi məhsullardır. Bildiyiniz kimi, Azərbaycan Avropa dövlətləri ilə böyük layihələrə imza atıb. TANAP, TAP layihələri imzalanıb, prezident də orada iştirak edib. Bu baxımdan, Rusiya tərəfinin belə addımları gözləniləndir. Mən bunu sırf siyasi addım hesab edirəm. Çünki Azərbaycanın özünün kifayət qədər məhsulu var. Azərbaycanın Türkiyədən pomidor alıb, onu Rusiyaya eksport etməsi inandırıcı iddia deyil. Digər tərəfdən, Rusiya bazarlarında Türkiyə məhsullarına embarqo qoyulmasından sonra orada Azərbaycan məhsullarına tələbat daha da artıb. Bu baxımdan, ixracla bağlı ciddi problem olmamalıdır. Müəyyən məsələlər var ki, siyasi səbəblərlə bağlıdır”.
Previous Post

Vüqar Bayramov: “Rusiya hansısa məsələdə Azərbaycana təzyiq etməyi düşünür”

Next Post

Şok: Bin Laden sağdı

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Şok: Bin Laden sağdı

Putin Kadırovu yola salır? - Kremldən açıqlama

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.