"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

İran seçkilərində türklərin haqlarından danışan varmı?

27 Fevral 2016 - 10:46
in DÜNYA, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ
FacebookVatsap

Sədrəddin Soltan

►Mühafizəkarlar qalib görünür

Bunu da oxuyun

“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

Hindistanda “Tarakan partiyası” bloklanıb

ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

Fevralın 26-da İranda parlamentə və Ali Dini liderə məsləhət verən Ekspertlər Şurasına seçkilərkeçirilir.

Xarici media seçkilərin prezident Hassan Rohani-nin islahatçı tərəfdarları ilə mühafizəkarlar arasında mübarizə şəraitində keçəcəyini yazır.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İrandakı seçki şəraiti, kimin qalib çıxacağı haqqında AzadlıqRadiosuna fikirlərini bölüşüb:

– Əslində İranda hamı – istər özünə “islahatçı”, istərsə də “mühafizəkar” deyən qüvvələr islam adı altında fəaliyyət göstərirlər. Hamısının siyasi-ideoloji xəttinin əsasında islam dayanır. İslahatçılarla mühafizəkarların mübarizəsi isə yeni yaranmayıb. Az qala, 1979-cu il fevral inqilabından sonra meydana çıxıb. Çünki o vaxt Xomeyni ilə Şəriətmədari arasında müəyyən ziddiyyətlər yaranmışdı. O zaman da Xomeyniyə qarşı olanlara “liberallar”, ya da indiki dillə, “islahatçılar” deyirdilər. Bu gün də həmin qüvvələr arasında müəyyən mübarizə gedir. İndi islahatçılar qrupunun başında Hassan Rohani dayanır. Bu seçkiqabağı kampaniyanı Məhəmməd Rza Arif aparmışdı. Onlar İslahatçılar və Hökuməti Dəstəkləyənlər Birliyi altında çıxış edirlər. Blokun şüarı da ümid və sabitlik, iqtisadiyyatda irəliləyişdir. Xamneyini müdafiə edən mühafizəkarlar, ya da sərtxətçilərin kampaniyasını parlamentin keçmiş sədri Qulaməli Həddad Adil aparıb. Onların da şüarı güzəran, təhlükəsizlik və irəliləyişdir. Mübarizə bu iki qüvvə arasında gedir. Amma İran kimi ölkələrdə seçkinin demokratikliyindən, azad və ədalətliliyindən danışmaq absurd və gülüncdür.

Həsən Rohani səs verir. 25 fevral

​– Seçkidə islahatçıların qalib gəlmək şansı yüksəkdir, yoxsa, mühafizəkarların?

– Düşünmürəm ki, İranda parlamentdə Hassan Rohani tərəfdarları qalib gələcək. Çünki bir dəfə seçkidə islahatçı adı altında fəaliyyət göstərən xəttin təmsilçiləri qalib gəlmişdi. Bu, özünü islahatçı adlandıran Məhəmməd Xatəminin prezidentliyi dövründə olmuşdu. Onda istər Ayətullah Xamneyi, istərsə də sərt xətt təmsilçiləri çox əziyyət çəkdilər. Hətta ölkənin qanunlarına görə, Ayətullah Xamneyi bu məsələdə tərəfsiz olmalıdır. Ancaq hadisələr elə göstərdi ki, Xamneyi islahatçıları yerində oturtmaq üçün ara-sıra məsələyə qoşulurdu. Ona görə də Tehran hakimiyyətinin indiki vəziyyətində mühafizəkarlar daha qalib görünürlər. Çünki onların apardığı siyasət nəticəsində sanksiyalar yumşaldılıb. Suriya, İraq və Yəməndə müəyyən üstünlük var. Bu üstünlüyü heç də islahatçı, ya da Qərbyönlü sayılanqüvvələrə vermək istəməzlər. Hesab edirəm ki, belə də olacaq. Bütün məsələlərin hamısının başında Ayətullah Seyidəli Xamneyinin durduğu təsdiqlənəcək. Yəni, Hassan Rohani, bütövlükdə islahatçılar isə mühafizəkarların istək və düşüncələrinin icraçıları kimi təsdiqlənəcək. Parlamentdə mühafizəkar yönlü, Xamneyiyə, islam inqilabına etibarlı qüvvələrin seçiləcəyi şübhəsizdir. Çünki bundan əvvəl, onların hamısı namizəd olmamışdan qabaq, namizəd olmaq üçün süzgəcdən keçirilirlər. Bu süzgəcdən İranın Konstitusiyasına, ölkənin ideoloji siyasi təməl prinsiplərinə sadiq olmayanlar keçmir. Necə ki, Ayətulla Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni Dini Ekspertlər Şurasına namizədliyini irəli sürəndə, o süzgəcdən keçə bilmədi.

– Konstitusiya Mühafizləri Şurası parlament seçkilərində iştirak etmək istəyən 12 minə yaxın adama “yox” deyilib. Onların islahat tərəfdarları olduqları bildirilir.

– Konstitusiya Şurası, yəni, Nəzarət Şurası, – bunun bir başqa adı da Şuray-Nigahbardır, – 12 nəfərlik qurumdur. Bu qurum Khamenei-nin nəzarəti altında fəaliyyət göstərir. Bu qurumun səlahiyyətləri prezidentin, parlamentin səlahiyyətlərindən daha artıqdır. Namizədlərin qeydiyyata alınma mərhələsini Nəzarət Şurası həyata keçirir.Bunların imzası, icazəsi olmadan kiminsə namizədliyi qeydə alına bilməz.

– Ancaq İrana beynəlxalq sanksiyaların qaldırılmasından sonra siyasi həyatda da yumşaqlıq gözləyənlər vardı…

– İranda istənilən halda islahatlar getmədən, özəlliklə, Konstitusiya, kadr islahatları getmədən, fundamental kadr dəyişiklikləri aparılmadan, bu qüvvələr və bu düşüncələrlə islahatın gedəcəyini, dünyaya açılacaqlarını düşünmək sadəlövhlükdür. “İsrailə ölüm”, “Amerikaya ölüm” deyən adamlar necə birdən –birə “Amerika, səni sevirəm”, “İsrail səni sevirəm” deyə bilər? Amma İranda sərt xəttin nümayəndələri Qərblə növbəti mərhələdə danışıqlara getməkdən ötrü hazırlıq görürlər. Ehtimal etmək olar ki, parlament seçkisindən sonra formalaşacaq kabinet və s. bu hazırlıq mərhələsinin başlanğıcı olacaq.

– Bu seçki İranda yaşayan azərbaycanlılara nə verəcək? Yəqin ki, seçkidə iştirak edənlər olacaq.

– Azərbaycan türkləri İran əhalisinin böyük çoxluğunu təşkil edir. Şübhəsiz, onların da bu tip siyasi kampaniyalarda iştirakı istisna deyil, iştirak edirlər. Khamenei-nin özünün və tərəfdarlarının iştirakı bunu təsdiqləyir. Ancaq nəticə etibarilə, bu siyasi kampaniyanın da Azərbaycan türklərinin milli haqlarının təminatına bir töhfə verəcəyini düşünmək ağılsızlıq olardı. Bu tip seçki kampaniyaları İranın ərazi bütövlüyünün qorunması, İrandakı mövcud ideoloji-siyasi hakimiyyətin qorunmasına xidmət edir və bundan sonra da xidmət edəcək. Çünki İranda istər Azərbaycan türklərinin, ərəblərin, türkmənlərin, bəlucların, istərsə də başqa xalqların milli haqlarının təmin olunması üçün ölkədə ictimai-siyasi mühit olmalıdır. İranda bu mühit yoxdur. Azərbaycan türklərindən də bu seçkidə iştirak edən hansısa namizəd yekun nəticədə heç nə əldə edə bilməyəcək. Uzağı nə vaxtsa deyə bilər ki, “bizim də dilimiz var, ya da Urmu gölü əldən gedir”. Vəssalam. Ondan o yana gedə bilməz.

Previous Post

İran seçkilərində türklərin haqlarından danışan varmı?

Next Post

Otelə silahlı hücum – 14 ölü, 20 yaralı

Bənzər yazılar

“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

05 İyun 2026 - 16:00

"ABŞ Kubadakı rejimi dəyişmək niyyətindədir". Elchi.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp deyib. O, Ağ Evdə jurnalistlərlə...

Hindistanda “Tarakan partiyası” bloklanıb

Hindistanda “Tarakan partiyası” bloklanıb

05 İyun 2026 - 15:46

Hakim Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Jaivir Shergillin sözlərinə görə, Hindistanın "Xalq Tarakan Partiyası" gənclər qrupu satira adı altında təxribat...

ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

05 İyun 2026 - 15:00

Birləşmiş Ştatlar Kuba prezidenti Migel Diaz-Kanelə və keçmiş lider Raul Kastronun oğlu Alejandro Kastro Espin də daxil olmaqla bir sıra...

Parlamentdə futbol müzakirəsi

Parlamentdə futbol müzakirəsi

05 İyun 2026 - 14:29

Milli Məclisin bugünkü plenar iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2025-ci il 7...

Next Post

Otelə silahlı hücum – 14 ölü, 20 yaralı

Otelə silahlı hücum – 14 ölü, 20 yaralı

Son xəbərlər

9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

05 İyun 2026 - 16:25
Zakir Fərəcov səyyar görüş keçirdi

Zakir Fərəcov səyyar görüş keçirdi

05 İyun 2026 - 16:18
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

05 İyun 2026 - 16:09
Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrıldı

Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrıldı

05 İyun 2026 - 16:06
“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

05 İyun 2026 - 16:00
Hindistanda “Tarakan partiyası” bloklanıb

Hindistanda “Tarakan partiyası” bloklanıb

05 İyun 2026 - 15:46
Bir gündə 7 bağlı cinayət də açıldı

Bir gündə 7 bağlı cinayət də açıldı

05 İyun 2026 - 15:30
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 İyun 2026 - 15:14
ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

05 İyun 2026 - 15:00
Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

05 İyun 2026 - 14:49
Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

05 İyun 2026 - 14:38
Parlamentdə futbol müzakirəsi

Parlamentdə futbol müzakirəsi

05 İyun 2026 - 14:29
Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

05 İyun 2026 - 14:18
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər

Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər

05 İyun 2026 - 14:09
“Lazım gələrsə, KTMT-dən çıxacağıq” – Paşinyan

“Lazım gələrsə, KTMT-dən çıxacağıq” – Paşinyan

05 İyun 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.