"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlham Əliyev: “Münaqişənin uzanması həm də dini ayrı-seçkilikdən qaynaqlanır”

23 Fevral 2016 - 09:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

İlham Əliyev: “Münaqişənin uzanması həm də dini ayrı-seçkilikdən qaynaqlanır”Prezidentdən qlobal güclərə Qarabağ məsələsində ikili standart yanaşmaya görə sərt tənqid

Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında bu münaqişənin həllinə cəlb olunmuş iri dövlətlərin ikili mövqeyi müstəsna rol oynayır. Bu məsələ əlbəttə ki, yeni deyil. Bu üzdəndir ki, ABŞ, Avropa Birliyi Krımı işğala görə Rusiyaya qarşı sanksiyalar tətbiq elədiyi halda, işğalçı Ermənistana tam əksinə, loyal münasibət bəsləyir, onun iqtisadi izolyasiyadan çıxması üçün çalışır, hətta vaxtaşırı sərhədlərin açılması üçün Türkiyə və Azərbaycana təzyiqlər göstərir.
 
***
“1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunub, xalqımız etnik təmizləməyə məruz qalıb, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş torpaqlarda bütün iqtisadi və sosial infrastruktur, mədəniyyət abidələri, o cümlədən məscidlər dağıdılıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Tehrana səfəröncəsi İranın Radio-Televiziya Şirkətinə müsahibəsində “Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun vasitəçilik fəaliyyətini necə dəyərləndirirsiniz, münaqişənin həlli üçün İslam və region ölkələrinin imkanlarından istifadə etmək barədə fikriniz nədir” sualını cavablandırarkən bildirib.
 
Prezident daha sonra deyib: “Ermənistan BMT başda olmaqla, dünyanın aparıcı təşkilatlarının işğal altında olan torpaqların azad olunmasını tələb edən qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. Təəssüf ki, dünya birliyi bu günədək problemin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə nail olmaq üçün Ermənistana qarşı heç bir real təsir mexanizmi tətbiq etməyib, o cümlədən münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış Minsk Qrupu həmsədrlərinin fəaliyyəti də indiyədək heç bir nəticə verməyib.
Əminliklə demək olar ki, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az deyil. Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir. Bəzi hallarda işğal faktı kəskin qınanmaqla yanaşı, həm də problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır və qısa zamanda tətbiq edilir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, passiv yanaşma müşahidə olunur və münaqişə tərəfləri – işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan – dini ayrı-seçkilikdən qaynaqlanır. Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik”.
Azərbaycan prezidenti həmçinin İslam ölkələrinin, o cümlədən İranın həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib: “Bunu həm ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin təzahürü, həm də İranın beynəlxalq hüququn aliliyinə münasibəti kimi qiymətləndiririk. İslam Konfransı Təşkilatının çoxsaylı qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasəti pislənmiş və işğal faktına son qoyulması tələb olunub. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş bütün səyləri, həmçinin İslam və region dövlətlərinin təklif və təşəbbüslərini dəstəkləyir və yüksək qiymətləndiririk. Münaqişənin ədalətli həlli sahəsində bundan sonra daha fəal dəstəyin göstəriləcəyinə inanırıq”.
***
Qarabağ probleminin həllinə gizli xristian təəssübkeşliyi ilə yanaşı, Rusiya amili də eyni dərəcədə tormozlayıcı təsir göstərir (Əfsus ki, Ermənistanın tərəfdaşı müsəlman İran da o sırada yer alıb – formal olaraq ölkəmizin ərazi bütövlüyünü tanısa da). Təsadüfi deyil ki, əhalisi əsasən xristian olan Gürcüstanın ərazilərinin işğalı da məhz bu faktora görə uzanır. Ermənistana gəlincə isə Moskva işğalçının əsas varlıq qarantı, 1 nömrəli hərbi-siyasi müttəfiqi olaraq qalır. Buna son olaylar şübhə yeri saxlamadı.
Belə ki, ötən həftə Rusiyanın 200 milyon dollar kredit həcmində işğalçı Ermənistana müasir silah-sursat verəcəyi bəlli oldu. İmzalanmış müqaviləyə əsasən, Moskva İrəvana güzəştli qiymətlərlə əlavə olaraq, aşağıdakı silahları verəcək: “Smerç” reakiv yaylım atəşi sistemləri və onun sürsatları, “İgla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26″ qumbaraatanları, Draqunov snayper tüfəngləri, ”Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri.
Bu fakt Türkiyə baş naziri Əhməd Davudoğlunun Kiyevdə verdiyi bəyanatın ciddiliyini və aktuallığını yenidən ortaya qoyur, Kremlin Azərbaycan ərazilərini işğal eləmiş Ermənistanın əsas himayədarı olduğu və arxasında dayandığına şübhə yeri saxlamır. Bir daha öz təsdiqini tapır ki, Rusiya Azərbaycan ərazilərini işğal eləmiş Ermənistanın arxasında möhkəm dayanıb və onu silahlandırmaqda davam edir. Hərçənd rəsmi Moskva bunu bir qayda olaraq, Azərbaycanla hərbi balansı qorumaq niyyəti ilə bağlayır.
***
Tanınmış rusiyalı hərbi-siyasi ekspert Alekandr Xramçixin də bu faktı Kremlin balans yaratmaq istəyi ilə izah edir. Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi fonunda Kreml həm də Ankara müharibə variantında öz potensial müttəfiqini gücləndirmək hədəfi güdür.
Azərbaycan tərəfində bu silah sövdələşməsinin narazılıq yarada biləcəyi ilə bağlı suala onun cavabı belə olub: “Rusiya Azərbaycana da eynilə bu cür hərbi texnika, həmçinin başqa silahlardan satıb. Özü də olduqca böyük sayda. Bu, təkcə Ermənistanda deyil, həm də Rusiyada qeyri-adi təəssürat yaradıb, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Azərbaycan isə yox. İndi qismən də olsa, hərbi balansın bərpası baş verir”.
Hərbi-siyasi ekspert son vaxtlar Moskvanın Gümrüdəki 102 saylı bazanı gücləndirməsinin səbəbinə də özünəməxsus şəkildə aydınlıq gətirib. Onun sözlərinə görə, şimal qonşumuz bununla həm Ermənistanın müdafiəsini, həm də Türkiyəyə qarşı sipəri gücləndirir.
***
Rusiyalı ekspertin də açıqlamasından görünür ki, Moskva forpost Ermənistandan “sözə baxmayan” region ölkələrinə, ələlxüsus da Azərbaycana və Türkiyəyə, eləcə də Gürcüstana qarşı hərbi sipər və şantaj vasitəsi kimi yararlanmağı hədəfləyib. Yeri gəlmişkən, Gümrüdən Tiflisə cəmi bir neçə saatlıq yoldur. 
Bu üzdən Azərbaycan, Türkiyə və Gürcüstan regionda vahid xarici siyasət və ortaq müdafiə-təhlükəsizlik kursu izləmək zorundadır. NATO üzvü və regional supergüc olaraq Türkiyənin üçtərəfli hərbi-siyasi əməkdaşlıq formatlarında iştirakı bu formatlara xüsusi çəki verməklə, Rusiya-Ermənistan ittifaqının bölgəyə yönəlik təhdidlərinə qarşı güclü sipər olardı.
Previous Post

İlham Əliyev: “Münaqişənin uzanması həm də dini ayrı-seçkilikdən qaynaqlanır”

Next Post

Bakı nefti bahalaşdı

Bənzər yazılar

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03

“Bu gün işğaldan azad olunmasını Qubadlı Şəhəri Günü kimi qürurla qeyd etdiyimiz bu qədim yurdumuz ötən əsrin sonlarından başlayaraq ağır...

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07

Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi...

Next Post

Bakı nefti bahalaşdı

Yaxın Şərq silahlanmağa başladı

Son xəbərlər

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.