"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əli Həsənov: İtkilərimizin böyük hissəsi kompensasiya olunacaq

02 Fevral 2016 - 19:45
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyardı isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıb.
APA-nın verdiyi məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışında deyib.
Ə.Həsənov bildirib ki, 1994-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı neft strategiyası əsasında transmilli xarici şirkətlərlə birlikdə Azərbaycanın enerji resurslarının işlənməsi, əsas ixrac marşrutlarının müəyyənləşdirilməsi, karbohidrogen ehtiyatların ixracı məsələləri həll olunub.
“2004-cü ildən Azərbaycan böyük neft pulları qazanmağa başlayıb və həmin pulların bir qismi Azərbaycanda yeni sosial-iqtisadi infrastrukturun yaradılmasına yönəldilib. Prezident İlham Əliyev Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunları ilə bağlı konfransda çıxış edərək bildirdi ki, biz keçən müddət ərzində həmin böyük pullardan istifadə edərək Azərbaycanda müasir cəmiyyət, güclü iqtisadiyyat quruculuğu sahəsində və gələcək inkişafımızı təmin etmək üçün lazım olan hər şeyi etmişik.
2008-ci ildə Azərbaycan ümumdünya iqtisadi böhranı hiss etmədi, lakin bu böhranın 2015-ci ildə başlanan ikinci dalğası, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün dünya ölkələrinə, o cümlədən də Azərbaycana öz təsirini göstərir.
Bununla yanaşı, hətta belə bir şəraitdə ötən il bizim iqtisadiyyatımız 1,1 faiz artıb, qeyri-neft sənayesində isə artın 8,4 faiz təşkil edib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirib, onun dayanıqlığını, davamlı və dinamik inkişafını təmin edib, bütün iqtisadi və sosial resursların istifadə strategiyasını düzgün müəyyənləşdirib. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın aparıcı istiqamətinə çevrilir və artıq Ümumi Daxili Məhsulun 70 faizi məhz bu sektorda formalaşır.
Lakin buna baxmayaraq, bundan sonrakı dövrdə də enerji potensialından istifadə olunacaq və bu istiqamətdə görülən işlər davam etdiriləcək. Qiymətindən asılı olmayaraq, neft Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir”, – deyə Ə.Həsənov bildirib.
Əli Həsənov deyib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən ölkə kimi ötən müddət ərzində nəqliyyat-tranzit imkanlarını əsaslı şəkildə genişləndirib.
“Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycan, Gürcüstan və Orta Asiya ölkələri Qərblə Şərqin, Avropa ilə Asiyanın əlaqələrində xüsusi bir həlqə təşkil edəcək, bununla da ölkəmizin tranzit imkanları əsaslı şəkildə realizə olunacaq. Hazırda bu dəhlizin tam işlək vəziyyətə gətirilməsi istiqamətində ciddi iş gedir.
Çindən çıxan məhsulların Orta Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Türkiyə-Aralıq dənizi marşrutu ilə Avropa bazarına çatdırılması sınaq mərhələsindədir. Bilirsiniz ki, Azərbaycan artıq Xəzər dənizində ən böyük ticarət limanını istifadəyə verib. Bu ilin sonunda dəmir yolu çalışmağa başlayacaq və Qazaxıstan, Türkmənistan və Rusiyada da eyni infrastrukturlar tam işə düşdükdən sonra Azərbaycana böyük gəlirlər daxil olacaq, ölkənin gələcək inkişafı üçün əlavə resurslar yaranacaq.
Bununla yanaşı, Azərbaycan Cənub-Şimal daşımalarında da əsas həlqələrdən biri kimi iştirak edir. İrandan və Fars Körfəzi regionundan gələn yüklərin Azərbaycandan Xəzərdəki bərələr vasitəsilə Qazaxıstan, Türkmənistan və Rusiyanın dəniz terminallarına çatdırılması da qarşıda duran məsələlərdir.
Bir sözlə, biz indi həm enerji, həm də nəqliyyat-tranzit resurslarından istifadə imkanları üzərində işləyirik. Bundan başqa, “Cənub Qaz Dəhlizi”çərçivəsində “Şahdəniz 2” fazasının işlənməsi və böyük miqdarda Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzərində iş gedir. Hazırda TANAP layihəsi icra olunur və bir müddət sonra böyük Azərbaycan qazını Türkiyəyə çatdıracaq ixrac boru kəməri işə düşəcək.
Bununla da neftin qiymətinin enməsi ilə bağlı itkilərimizin böyük bir hissəsi kompensasiya olunacaq. Biz postneft dövrünə, yəni neftin bitməsi, neftdən gələn gəlirlərin dayanması dövrünə, cənab prezidentin dediyi kimi, 2030-cu illərə güclü, rəqabətədavamlı iqtisadi sistemlə çıxmağı planlaşdırırıq. Lakin neftin qiymətinin süni şəkildə, bəzi beynəlxalq proseslərin təsiri altında, bir sıra beynəlxalq qüvvələrin təhriki ilə aşağı düşməsi bizi bir qədər tez yaxaladı.
Buna görə də biz burda itirdiyimiz gəlirlərin digər sahələrdə kompensasiyası taktikasını hazırlayıb reallaşdırırıq. Bunların sırasında da “Cənub” qaz dəhlizi, Azərbaycanın tranzit imkanları, habelə insan kapitalı, qeyri-neft iqtisadiyyatı və digər resurslar var. Göründüyü kimi potensialımız, imkanlarımız çox genişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına bu potensialı formalaşdırmaq mümkün olub. Bütün bunlar keçən müddətdə neftdən əldə olunan gəlirlərin qeyri-effektiv istifadəsi barədə bəzi boğazdan yuxarı iddialara ən layiqli cavabdır”, – deyə Ə.Həsənov vurğulayıb.

– See more at: http://www.cebhe.info/oxu/12182/#sthash.UzWtNAU6.dpuf

Previous Post

Əli Həsənov: İtkilərimizin böyük hissəsi kompensasiya olunacaq

Next Post

Yol polisində sürücüləri belə aldadıb “şirinlik” alırlar

Bənzər yazılar

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: - Qüdrət bəy,...

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

07 Sentyabr 2026 - 18:17

Almaniyanın Osnabrük şəhərindəki "Volkswagen" zavodunun müdafiə sənayesi istehsalat sahəsinə çevrilməsi planlaşdırılır. Elchi.az "Deutschlandfunk"a istinadən xəbər verir ki, "Volkswagen" müəssisəni Aşağı...

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp Ayı öz ölkəsinin mülkiyyəti elan edib. Elchi.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında...

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

07 Sentyabr 2026 - 10:35

*Ateroskleroz* jurnalında dərc olunan yeni bir araşdırma, göz ətrafında görünən solğun, qabarıq sarı ləkələrin (ksantelazma) ürək tutması, insult və keçici...

Next Post

Yol polisində sürücüləri belə aldadıb "şirinlik" alırlar

Yol polisində sürücüləri belə aldadıb "şirinlik" alırlar

Son xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

08 Sentyabr 2026 - 15:30
Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

08 Sentyabr 2026 - 15:16
Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı – MÖVQE

Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı – MÖVQE

08 Sentyabr 2026 - 15:12
Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

08 Sentyabr 2026 - 15:08
Böyük Britaniya Ukraynaya “Patriot” raketləri göndərəcək

Böyük Britaniya Ukraynaya “Patriot” raketləri göndərəcək

08 Sentyabr 2026 - 15:00
Ronaldo və Messi eyni komandada oynayacaq

Ronaldo və Messi eyni komandada oynayacaq

08 Sentyabr 2026 - 14:53
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

08 Sentyabr 2026 - 14:44
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33
“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

08 Sentyabr 2026 - 14:30
Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

08 Sentyabr 2026 - 14:14
Dərsliklər üzərində işləyirik – Nazir

Dərsliklər üzərində işləyirik – Nazir

08 Sentyabr 2026 - 14:07
“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

08 Sentyabr 2026 - 14:00
Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

08 Sentyabr 2026 - 13:52
DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

08 Sentyabr 2026 - 13:43
44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.