"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Kamerada kiminsə 15 dəqiqəyə özünü asması mümkün deyil”

25 Dekabr 2015 - 16:22
in XƏBƏR LENTİ
FacebookVatsap
  “Kamerada kiminsə 15 dəqiqəyə özünü asması mümkün deyil”

İl yarım Bakı İstintaq Təcridxanasında saxlanılan Əvəz Zeynallı MTN polkovnikinin intiharını şübhə altına alan sensasion faktları ortaya qoydu

Bunu da oxuyun

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr seçilib

Bakı İstintaq Təcridxanasından (BİT) 2 gün fərqlə 2 dustaq – ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin və onun kamera yoldaşı olması deyilən Manaf Məmməd oğlu Paşayevin meyitləri çıxdı. 
Rəsmi məlumatlara görə, hər iki dustaq intihar edib. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bu ehtimallar və İlqar Əliyevin ölümü ətrafında cərəyan edən olaylarla bağlı söhbətləşdik.  2011-ci ildə həbs olunaraq 1 il 6 ay Bakı İstintaq Təcridxanasında saxlanılan baş redaktor deyir ki, BİT-in hər korpusunda nəzarət kameraları var və hətta təqsirləndirilən şəxs kameradan çıxarıb harasa aparılanda belə onun kimləsə salamlaşması böyük səs-küyə səbəb olur: 
“BİT-də əvvəllər nəzarətçilər 8 saatlıq iş rejimində çalışırdılar. Sonradan isə 24 saatlıq iş rejiminə keçirdilər. Onlar 450 manat əmək haqqı alırlar və dustaqlardan 1-2 manat almaq məcburiyyətindədirlər. Orada bu gün durum belədir. Nəzarət sistemi son dərəcə bərbaddır. Mən İlqar Əliyevin ölümündən sonra Penitensiar Xidmətin məsələ ilə bağlı rəsmi məlumatı ilə tanış oldum. Sosial şəbəkədə yazdım ki, həmin rəsmi məlumatı hazırlayanlar  BİT-dəki kameraların içindəki şəraitdən xəbərsizdir. Və ya nəzərə almayıblar ki, orada olmuş şəxslər də var və onlar da həqiqəti deyə, onların yalanlarını üzə çıxara bilərlər. BİT-də və oradakı kameranın içində kiminsə 15 dəqiqənin içində özünü asması mümkün deyil! Bu birmənalı belədir.
Çünki pəncərə o hündürlükdə deyil. Orada özünü asmağa nə şərait, nə imkan var.
 
– Rəsmi məlumatdan belə qənaət formalaşır ki, oradakı kameraların pəncərələri hündürdə yerləşir. İlqar Əliyev də mələfəni pəncərəyə bağlamaqla özünü asıb…
– İlqar Əliyevin boyu 1 metr 40 santimetr olsaydı belə onun həmin pəncərədən özünü asması mümkün olmazdı. Çünki ayaqları yerə dəyərdi. Onun isə boyu yəqin ki, daha hündür olub. 1 metr 70-80 olub. Əgər İlqar Əliyev oturub özünü asmaq istəsəydi belə yenə də bu mümkün olmayacaqdı. Çünki bu halda da pəncərənin hündürlüyü o səviyyədə deyil ki, İlqar Əliyev asılmış vəziyyətdə ölənə qədər dayana bilsin. Ölməyə də şərait lazımdır axı. BİT-dəki kamerada intihar mümkün deyil. Həmin məlumatı oxudum. Onu sonradan uydurublar ki, guya İlqar Əliyev intihar edib. Amma nəzərə almayıblar ki, oradakı kameralarda belə bir şərait yoxdur.
 
– Tutaq ki, şərait rəsmi məlumatda yazıldığı kimi olub. Bəs nəzarətçilərin müdaxiləsi niyə olmayıb? Onun kamera yoldaşının 15 dəqiqə deyil, kameraya daha tez qayıtma ehtimalı da olub axı?
– Telefonla ən çox danışmaq müddəti 15 dəqiqədir. Dustaq telefonla danışıq üçün həmin otağa 30-40 saniyəyə gedib çata və həmin müddətə də geri qayıda bilir. İlqar Əliyev 15 dəqiqədə özünü asa bilməz. İnanmıram ki, nəzarətçilər də onu diqqətdən kənar qoyardılar. Fikir verin, rəsmi məlumatda nəzarətçilərin səhlənkarlığı haqda nəsə yoxdur! İlqar Əliyev gözdən yayınıbsa, burada nəzarətçi səhlənkarlığı ortadadır. Bəs digər məhkum necə oldu gözdən yayındı?  Nəzarətçilər harada olublar?
– İlqar Əliyevin bu şəkildə ölümünü onun psixoloji durumu ilə əlaqələndirənlər oldu. Deyirdilər ki, daim komfort içində yaşamış sabiq idarə rəisi bir günün içində həbsə alınmasına və BİT kamerasına salınmasına dözə bilməyib, həyatla vidalaşmaq qərarını verib…  
– İlqar Əliyev ictimai-siyasi sektorda tanınan çox önəmli bir adamdır. Təbii ki, bunu təcridxana rəhbərliyi bilməmiş deyildi. O tip adamları adətən tək saxlayırlar. Məni ilyarımdan çox 4 nəfərlik kamerada tək qalmışam. Kameraya adam qəbul etməmişəm. Demək istəyirəm ki, qanunun dustaq üçün saxladığı imkanlar var. Onun komfort həyatdan sonra BİT-dəki kamerada dözüm limitinin tükəndiyi haqda fikirlər boş şeydir. İnsan zülmə tabedir. Mən orada yüzlərlə insan görmüşəm ki, vəzifədə, hər gün eyş-işrət içində olublar, hər gün komfort içində olandan sonra gəlib ora düşüblər. Hərəsinə də 10-15 il verdilər. Mən təcridxanada da, “zon”da da belə adamlar görmüşəm. Yəni insan bu gün yaxşı, sabah pis yaşayıb deyə intihar edib kimi bir şey yoxdur.
– İlqar Əliyevin ölümü kəskin devalvasiya baş verən tarixə təsadüf etdi. Çox maraqlı təsadüf oldu. Sanki onun ölümü gündəmi zəbt etmiş devalvasiya məsələsinin kölgəsində qaldı… 
– Həqiqətən də çox maraqlı təsadüfdür. Ümumiyyətlə, təsadüfdürmü? Önəmli məqamlardan biri də İlqar Əliyevin ölümünün detalları ilə bağlıdır. Ortada rəsmi məlumatdan başqa demək olar ki, heç nə yoxdur. İlqar Əliyev həqiqətən ölübmü? Onun dəfni ilə bağlı 2 xəbər çıxdı – birinci xəbərdə deyilirdi ki, İlqar Əliyevin meyiti Göyçay rayonuna, doğulduğu kəndə aparılıb, orada dəfn ediləcək. Bir xəbər də çıxdı ki, artıq onu Bakıdakı “Qurd qapı”sı qəbiristanlığında dəfn ediblər. Bu məsələlər də araşdırılmalıdır.
 
– Digər təqsirləndirilən şəxs Manaf Paşayevin ölümünə qayıdaq. 2 gün fərqlə eyni təcridxanada 2 intiharın olması, sizcə, təsadüfdür? 
– Məsələ çox ciddidir. “İçəri”də qayda belədir ki, əgər bir dustağı öldürüblərsə və ya buna mənim dustaq olaraq hər hansı bir şübhəm varsa, aləmi bir-birinə qatıram. Mümkündür ki, bizim təxmin etdiyimiz versiyaları həmin Manaf Paşayev bilib və çox önəmli şahid kimi aradan götürülüb. Rəsmi məlumatdan da aydın olurdu ki, bu çox naşı şəkildə hazırlanan bir iş olub. Kameranın içindəki vəziyyəti bilmədən belə açıqlama yazıb yayıblar. Belə görünür ki, həmin dustaq real vəziyyəti bildiyinə görə onu aradan götürüblər.
-Manaf Paşayev haqda olan məlumatlara görə, bu şəxs 8 dəfə həbsdə olub. Onu 9-cu dəfə bu ilin yayında tutublar və BİT-ə göndəriblər. Deyək ki, İlqar Əliyevin psixoloji durumu tab gətirməyib və rəsmi məlumatda yazılan qaydada özünü asıb. Bəs türmə az qala evi olan dustaq özünü niyə assın? 
– BİT-də vəziyyət elədir ki, orada dustaqlar, nəzarətçilər bir-birini tanımırlar. Yəni İlqar Əliyev özü haqda məlumat verməsə, onunla birgə kamerada saxlanılan şəxs kimliyi haqda məlumatsız ola bilər. Həmçinin oradakı nəzarətçilər də. Çünki nəzarətçilər elə cahil, elə məlumatsız şəxslərdir ki… Orada mətbuatdan, cəmiyyətdən uzaq nəzarətçilər var. Bütün ölkənin tanıdığı adamları belə oradakı nəzarətçilər tanımır. Heyrətamizdir, amma orada belədir. Ola bilər ki, İlqar Əliyevin yanında saxlanan dustaq gəlib görüb ki, onun kamera yoldaşı ölüb və qışqır-bağır salıb. Deyib ki, onun kamera yoldaşını öldürüblər. Bu mümkün məsələdir və bunu etdiyinə görə də onu aradan götürüblər. Bəlkə həmin binəva ölmüş şəxsin kimliyini bilmədən qışqır-bağır salıb. Bilsəydi ki, İlqar Əliyev kimdir, mümkündür ki, susardı. 9-cu dəfə həbs olunursa, deməli, köhnə dustaqdır və ömründə yalan danışmaz. Yəni o çıxıb düzünü deyəcəkdi – “bəs filan vaxt kamerada İlqar Əliyevi asıblar” deyəcəkdi. Burada sirri gizlətmə, qapatma cəhdi var və işin rəngini dəyişmə cəhdi ortadadır.
 
– Rəsmi məlumata inansaq, BİT-də 2 gün fərqlə 2 dustaq özünü asıb. Bu halda orada saxlanan MTN generalları Akif Çovdarov, Sübahir Qurbanov və digərlərinin həyatlarının təhlükədə olduğunu söyləmək olarmı? 
– Bir təcridxanadan 2 gün fərqlə 2 ölü çıxırsa, deməli, orada başqa olayların baş verə biləcəyini gözləmək olar.
Previous Post

“Kamerada kiminsə 15 dəqiqəyə özünü asması mümkün deyil”

Next Post

Prezidentin köməkçisi KİV-lərə xəbərdarlıq etdi

Bənzər yazılar

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

16 Oktyabr 2026 - 17:36

Muzey Mərkəzində görkəmli xalçaçı-rəssam, ornamentalist və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş sərgi keçirilib. Elchi.az xəbər verir...

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12

Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin...

Next Post

Prezidentin köməkçisi KİV-lərə xəbərdarlıq etdi

Prezidentin köməkçisi KİV-lərə xəbərdarlıq etdi

Son xəbərlər

Polşada NATO aviasiyası sutka ərzində üçüncü dəfə səmaya qaldırılıb

Polşada NATO aviasiyası sutka ərzində üçüncü dəfə səmaya qaldırılıb

16 Oktyabr 2026 - 17:59
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

16 Oktyabr 2026 - 17:47
Zelenski Aİ-dən 2027-ci il üçün əlavə 70 milyard avro istəyib

Zelenski Aİ-dən 2027-ci il üçün əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 17:40
Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

16 Oktyabr 2026 - 17:36
Hörmüz boğazında neft tankerində yanğın baş verib

Hörmüz boğazında neft tankerində yanğın baş verib

16 Oktyabr 2026 - 17:33
Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

16 Oktyabr 2026 - 17:25
Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

16 Oktyabr 2026 - 17:13
FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

16 Oktyabr 2026 - 16:58
Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

16 Oktyabr 2026 - 16:45
Cəbrayılda ADSEA-nın yeni inzibati binası istifadəyə verildi

Cəbrayılda ADSEA-nın yeni inzibati binası istifadəyə verildi

16 Oktyabr 2026 - 16:36
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

16 Oktyabr 2026 - 16:29
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

16 Oktyabr 2026 - 16:17
“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

16 Oktyabr 2026 - 16:10
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

16 Oktyabr 2026 - 16:02
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.