"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

Problemli kreditlər: Günahkar banklardır, yoxsa müştərilər? – Fikrət Yusifovun şərhi

04 Dekabr 2015 - 12:51
in İQTİSADİYYAT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

Problemli kreditlər: Günahkar banklardır, yoxsa müştərilər? – Fikrət Yusifovun şərhi
Problemli kreditlər mövzusu mətbuat səhifələrində yenidən müzakirəyə çıxarılıb. Məsələyə müxtəlif yanaşmalar var. Lakin təəssüf ki, ekspert təhlilləri və şərhləri kimi təqdim olunan materialların əksəriyyətində real vəziyyəti və problemi doğuran səbəbləri obyektiv və dərindən göstərən fikirlərə rast gəlinmir. Bir çox hallarda dilletandcasına səsləndirilən çağırışlar müşahidə olunur. Məsələn,  “Əhalinin banklara olan borcu silinməlidir”, yaxud “Hökumət problemli kreditləri bağışlamalıdır” kimi tamamilə yersiz və əsassız fikirlərə son günlər mətbaut səhifələrində daha çox rast gəlinir ki, bu da bizi bank və kreditlər mövzusuna yenidən toxunmağa sövq edir.
Problemli kreditlərdən danışılırsa, bunun necə yarandığı dərindən araşdırlmalı və sonra konkret faktlara söykənərək fikir bildirilməlidir.  Ümumiyyətlə,  əgər kredit normal qaydada  hər iki tərəf  –  bank və müştəri arasında əldə olunan razılaşma əsasında götürülübsə,  bu kredit necə olur ki, sonradan problemli kreditə çevrilir? Aydındır ki, kredit götürüləndə nə müştəri, nə də bank sonradan onun problemli kreditə çevriləcəyini düşünmürlər.  Vətəndaş öz məsuliyyətini tamilə dərk edərəkmi kredit müqavilələrinin altından imza atır? Fikrimizcə məsələnin kökü də elə bu məsuliyyət məsələsindədir. Borc verən tərəf kreditinin geri qaytarılmaması ilə heç vaxt barışa bilməz. Əgər o, bu krediti verəndə onun geri qaytarılacağına zərrə qədər şübhə etsə, onda heç vaxt kredit müqaviləsinin tərtib olunmasına həvəs göstərməz. Lakin müştərilər bir çox hallarda öz maliyyə imkanlarını düzgün hesablamadan “təcili pul lazımdır” narahatlığı ilə istənilən sənədin altından imza atır, müqavilələrin şərtlərilə tanış olmağa belə həvəs göstərmirlər. Nəticədə bir neçə aydan sonra bank əməkdaşının “Xeyirli olsun” deyərək kassaya göndərdiyi şəxs problemli müştəriyə çevrilir.  Sözsüz ki, məsuliyyətini dərk edən və üzərinə düşən vəzifələri vaxtinda yerinə yetirən müştərilər də var. Odur ki, bank müştəriləri kantingentini də bir neçə kateqoriyaya bölmək olar:
Birinci kateqoriya  müştəriləri:
–  Onların normal gəlirləri var. Kreditə görə banka müraciət etmələrinin səbəbi hansısa məişət və ya təsərrüfat məsələsinin həllində tələb olunan vəsaitin bir qisminin ehtiyac yarandığı vaxtda çatışmamasıdır.  Belə müştərilər bir qayda olaraq öz hesablarını çox dəqiq apararaq götürdükləri krediti vaxtlı-vaxtında və  tam şəkildə geri qaytarırlar. Bəzən borcu bütövlükdə vaxtından əvvəl də bağlaya bilirlər;
İkinci kateqoriya  müştəriləri:
– İkinci kateqoriyaya aid müştərilərin gəlirləri qeyri-stabil olur. Onların maliyyə imkanları ilə götürülən krediti bağlamaq şansı 50:50 nisbətindədir. Təbii ki, onlar kredit götürərkən vəziyyətin belə olduğunu bank mütəxəssisindən gozlədir və gəlirlərinin stabil olmadığını müxtəlif üsullarla pərdələyirlər;
Üçüncü kateqoriya müştəriləri:
– Üçüncü kateqoriya müştəriləri isə daha az sənədləşmə tələb edən, məbləğ etibarı ilə çox da böyük olmayan, lakin yüksək faizli istehlak kreditlərinə üz tuturlar. Bu kateqoriyaya aid müştərilərin 70-80%-ni kreditin necə qaytarılacağı məsələsi az narahat edir. Onları həmin an düşündürən yalnız vəsaiti bankdan götürməkdir.
Üçüncü kateqoriya müştərilərinin götürdüyü kreditlərin hara yönəldiyini müəyyən etmək o qədər də çətin deyil. Hər birimizin ətrafında belə insanlar var. İndi gəlin baxaq, onlar – aztəminatlı insanlar əsasən hansı məqsədlər üçün bankdan kredit götürürlər. Apardığımız kiçik araşdırma aşağıdakıları ortaya çıxardı.
– Xaricdə istirahət üçün;
– Övladına kiçik toy etmək üçün (toya 500 adam dəvət edib əvəzində 150 adam gəlib);
– Qohum əqrabasının bir-birinin ardınca keçirilən toy məclislərində iştirak etmək üçün;
– Yas məclisinə gələn bir neçə yüz adama ehsan vermək üçün və s.
Siyahını sözsüz ki, uzada da bilərik. Lakin hesab edirik ki, mənzərə hamı üçün aydındır.
Əlbəttə, biz öz yazılarımızda dəfələrlə qeyd etmişik ki, Azərbaycanda bank faizləri kifayət qədər yüksəkdir. Dünya təcrübəsindən konkret misallar göstərərək banklarımız faizləri aşağı salmağa da çağırmışıq. Lakin unutmamalıyıq ki, banklar kommersiya qurumlarıdır və öz fəaliyyətlərini müstəqil şəkildə qururlar. Bankların işinə hökumət səviyyəsində müdaxilə etmək mümkün deyil və yazının əvvəlində qeyd etdiyimiz çağırışların hüququ baxımdan heç bir əsası yoxdur. Əlbəttə, yaxşı olar ki, banklar faiz dərəcələrini azaldıb, kredit siyasətini hazırkı çətin maliyyə dövrünün tələblərinə uyğunlaşdırsınlar.  Lakin bu baş verməsə belə, müştərilər bankları məcbur edə bilməz ki, hansısa dəyişikliyə getsinlər. Deməli, vətəndaşlarımız kredit götürərkən öz maliyyə imkanlarını dəqiq hesablamalıdırlar. Əgər kimsə əvvəlcədən bilirsə ki, onun qarşıda maliyyə çatışmazlıqları olacaq, deməli, heç bir halda yüksək faizli kreditə yaxın getməməli, öz istək və arzularını mövcud imkanlarına uyğunlaşdırmalıdır.  Banklar  kredit müqavilələrinə heç kəsə zorən imza atdırmırlar. Müqavilə könüllü şəkildə imzalanır və orada yazılan məbləğ bankın istəyi olmadan heş bir halda vətəndaşa bağışlana bilməz.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor
Previous Post

Problemli kreditlər: Günahkar banklardır, yoxsa müştərilər? – Fikrət Yusifovun şərhi

Next Post

`Rəsulzadəni təhqir etməmişəm` – Naqif Həmzəyev danışdı

Bənzər yazılar

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

25 Fevral 2026 - 22:07

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb. Səfirlikdən Elchi.az -...

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

12 Fevral 2026 - 19:54

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Dövlət başçısı: Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb

Dövlət başçısı: Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb

09 Fevral 2026 - 20:58

Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev...

Next Post

`Rəsulzadəni təhqir etməmişəm` - Naqif Həmzəyev danışdı

`Rəsulzadəni təhqir etməmişəm` - Naqif Həmzəyev danışdı

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.